Yaşıl Taksonomiya: dayanıqlı inkişaf və yaşıl keçid üzrə strateji hədəflərə doğru


Digərləri 06 Mar 2025 16:11:00 118 0

Yaşıl Taksonomiya: dayanıqlı inkişaf və yaşıl keçid üzrə strateji hədəflərə doğru

Yaşıl taksonomiyalar nə üçün lazımdır?  Beynəlxalq miqyasda yaşıl taksonomiyalar maliyyə sistemini "yaşıllaşdırmaq" və maliyyə resurslarını dayanıqlı iqtisadi fəaliyyətlərə yönəltmək üçün olduqca vacib vasitədir. Beynəlxalq Kapital Bazarları Assosiasiyasına (ICMA) əsasən  yaşıl taksonomiyalar iqlim, ətraf mühit, sosial və ya dayanıqlı məqsədlərə töhfə verən fəaliyyətlər, aktivlər, yaxud layihələri müəyyən etmək üçün əvvəlcədən müəyyən edilmiş hədlərə əsaslanan bir təsnifat vasitəsidir. Təmiz Hava Siyasəti Mərkəzinə (CCAP) əsasən , dayanıqlı maliyyə taksonomiyalarının bir alt kateqoriyası olan "yaşıl taksonomiyalar" dayanıqlı sərmayələr üçün dəqiq milli standartlar müəyyən etməklə, təmiz enerji, innovativ texnologiyalar və dayanıqlı infrastruktur daxil olmaqla, aşağı-karbonlu həllərə özəl kapitalın yönləndirilməsini təşviq edir. 

Yaşıl taksonomiyalar strateji əhəmiyyət kəsb edən əsas mexanizmlərdən birinə çevrilərək və maliyyə dayanıqlığının təşviqində kritik alət kimi çıxış edərək, aşağıdakı əsas məqsədlərə xidmət edirlər: • Taksonomiyalar "yaşıl yuma" (greenwashing) riskinin qarşısının alınmasına kömək edir; • Taksonomiyalar investorların məlumatlı və əsaslandırılmış investisiya qərarları vermələrinə dəstək olur; • Taksonomiyalar maliyyə axınlarının davamlı və ya yaşıl iqtisadi fəaliyyətlərə və aktivlərə yönəldilməsini təmin edir.

Təmiz Hava Siyasəti Mərkəzinin (Center for Clean Air Policy - CCAP) 2024-cü il üçün açıqladığı məlumatlara əsasən  (bax: Şəkil 1), hazırda 53 ölkədə yaşıl taksonomiyalar mövcuddur və müzakirə mövzusudur. Bunlardan 24 yurisdiksiyada yaşıl taksonomiya artıq qəbul edilib, 24 yurisdiksiyada hazırlanma mərhələsindədir, 5 yurisdiksiyada isə planlaşdırma prosesi davam edir.

Şəkil 1: Davamlı Maliyyə Taksonomiyalarının qlobal mənzərəsi, 2024, Təmiz Hava Siyasəti Mərkəzi - Center for Clean Air Policy (CCAP)

Mərkəzi Bankın Yaşıl Taksonomiyası

Mərkəzi Bankının Yaşıl Taksonomiyası ("Taksonomiya") Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin iştirakı və Dünya Bankı ekspertlərinin dəstəyi ilə hazırlanmışdır və 2024-cü il 7 noyabr tarixində Mərkəzi Bank tərəfindən təsdiqlənmişdir.  Taksonomiya həm maliyyə, həm də qeyri-maliyyə bazarı iştirakçıları və maraqlı tərəflər üçün fəaliyyətin, layihələrin, aktivlərin və ya portfelin ölkənin, eləcə də dünyanın ekoloji və dayanıqlılıq məqsədlərinə uyğunluğunu qiymətləndirmək və açıqlamaq üçün istiqamətləndirici çərçivə rolunu oynayır.  Taksonomiyanın istifadəsi və ona uyğunluğun təmin edilməsi könüllüdür və onun subyektləri üçün tövsiyə xarakteri daşıyır. Eyni zamanda, tənzimləyici dövlət qurumları müvafiq sahə üzrə dövlət siyasətlərini həyata keçirərkən Taksonomiyaya uyğun fəaliyyətləri uyğunluq meyarı kimi istifadə edə bilər;  həmçinin dövlətə məxsus və ya özəl müəssisələr özlərinin korporativ məqsədləri (məsələn, xarici ölkəyə məhsul ixracı, xarici mənbələrdən maliyyə resurslarının cəlb edilməsi və s.) çərçivəsində könüllü qaydada fəaliyyətlərini Taksonomiyanın şərtlərinə uyğunlaşdıra bilər.

Taksonomiyanın əsas məqsəd və prinsipləri

Taksonomiya, iqlim dəyişikliyinin mitiqasiyasından başlayaraq, iqlim dəyişikliyinə adaptasiya, su və dəniz ehtiyatlarının dayanıqlı idarə olunması və qorunması, dairəvi iqtisadiyyata keçid, çirklənmənin qarşısının alınması və ona nəzarət, həmçinin biomüxtəlifliyin və ekosistemlərin mühafizəsi və bərpasına qədər bir sıra strateji məqsədləri hədəfləyir. Taksonomiyada onun aktuallığını, effektivliyini, milli və beynəlxalq dayanıqlılıq məqsədlərinə uyğunluğunu təmin etmək üçün aşağıdakı prinsiplər rəhbər tutulur:  - milli prioritetlərə uyğunlaşma - Taksonomiya milli qanunları, siyasətləri və qaydaları özündə birləşdirərək, ölkənin iqlimini, ətraf mühiti və dayanıqlı inkişaf məqsədlərini holistik şəkildə əks etdirir  - beynəlxalq öhdəliklərə uyğunlaşma - Taksonomiya ölkənin beynəlxalq öhdəliklərini, o cümlədən Paris Sazişi və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC), eləcə də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDG) kimi qlobal çərçivələrini özündə ehtiva edir; eyni zamanda hər bir sektorun əhatə etdiyi SDG-ləri müəyyən edir.  - dayanıqlılıq məqsədlərinə mühüm müsbət töhfələrin təmin edilməsi və zərərin qarşısının alınması - Taksonomiyada dəqiq ekoloji məqsədlər, müvafiq fəaliyyətin "əhəmiyyətli töhfə vermə" prinsipi vasitəsilə məqsədlərə əhəmiyyətli müsbət töhfələr verməsi, habelə "əhəmiyyətli zərər verməmə" prinsipi vasitəsilə digər məqsədlərə heç bir zərər vurulmaması və "minimum sosial təminatlar" (insan hüquqlarına hörmət; əmək hüquqlarının qorunması; işçilərə ədalətli münasibət) prinsipləri vasitəsilə sosial məqsədlərin həllinə yönəldiyi vurğulanır.

- qlobal səviyyədə digər taksonomiyalarla qarşılıqlı əlaqənin təmin edilməsi - Taksonomiya beynəlxalq kapitalın sərhədlərarası axınını təmin etmək üçün digər taksonomiyalarla müqayisəyə və qarşılıqlı fəaliyyət göstərməyə prioritetlik verir. - müntəzəm təhlillərin aparılması - Taksonomiyanın gələcəkdə yenilənməsi zamanı və tam "yaşıllaşdırılması" üçün "keçid" fəaliyyətlərin daxil edilməsi nəzərdə tutulur. 

Taksonomiya üzrə müəyyən edilmiş sektorlar 

Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Gəl, Novruzum” adlı konsert proqramı təqdim edəcək like
  • 06 Mar 15:55  
Kriminal Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Gəl, Novruzum” adlı konsert proqramı təqdim edəcək

14 mart 2025-ci il saat 19:00 baharın gəlişi, Novruz bayramı münasibətiyl�

arrow Ətraflı
Oruc tutan şəxs çimə bilər? like
  • 06 Mar 15:53  
Digərləri Oruc tutan şəxs çimə bilər?

Ramazan ayında oruc tutan şəxslər müəyyən qaydalara riayət etməlidir. B

arrow Ətraflı
Ali Məhkəmədən yolnəqliyyat hadisələri ilə bağlı mühüm qərar like
  • 06 Mar 15:47  
Digərləri Ali Məhkəmədən yolnəqliyyat hadisələri ilə bağlı mühüm qərar

Azərbaycan Respublikasının Ali Məhkəməsində ölümlə nəticələnən yol

arrow Ətraflı
Rusiyada adam öldürdülər, 12 il sonda Bakıda həbs olundular like
  • 06 Mar 15:30  
Digərləri Rusiyada adam öldürdülər, 12 il sonda Bakıda həbs olundular

Azərbaycan Prokurorluğu və xarici ölkələrin hüquq-mühafizə orqanların�

arrow Ətraflı
Yeni smartfon hazırlandı like
  • 06 Mar 15:25  
Digərləri Yeni smartfon hazırlandı

Çinin Hubei əyalətinin İçan şəhərindən olan məktəbli Lan Boven köhn�

arrow Ətraflı
Medvedev Makronu ələ saldı – adını like
  • 06 Mar 15:21  
Dünya Medvedev Makronu ələ saldı – adını

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezi

arrow Ətraflı
Ermənistan bunu etməyə MARAQLIDIR like
  • 06 Mar 15:15  
Digərləri Ermənistan bunu etməyə MARAQLIDIR

Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlıdır.

arrow Ətraflı
Tezliklə üç bürc həyatlarını dəyişdirəcək insanla görüşəcəklər like
  • 06 Mar 15:10  
Digərləri Tezliklə üç bürc həyatlarını dəyişdirəcək insanla görüşəcəklər

Sevgi həmişə cədvələ uyğun gəlmir, lakin bürcün üç əlaməti üçün

arrow Ətraflı
Onlara Metropolitendə yeni vəzifələr verildi like
  • 06 Mar 15:04  
Digərləri Onlara Metropolitendə yeni vəzifələr verildi

"Bakı Metropoliteni" QSC-də Hüquq departamentinin rəisi, Kommersiy

arrow Ətraflı
Məşhur restoranda nöqsanlar aşkarlandı  FOTO like
  • 06 Mar 14:58  
Digərləri Məşhur restoranda nöqsanlar aşkarlandı FOTO

Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhi

arrow Ətraflı
"Omeqa3"ü belə içsəniz, daha FAYDALI OLACAQ like
  • 06 Mar 14:55  
Digərləri "Omeqa3"ü belə içsəniz, daha FAYDALI OLACAQ

Qastroenteroloq-terapevt Svetlana Yermakova "Omeqa-3" yağ turşular�

arrow Ətraflı
SevilSevinc QƏZAYA DÜŞDÜ  buna görə əməliyyata alınıb  FOTO like
  • 06 Mar 14:53  
Şou-biznes SevilSevinc QƏZAYA DÜŞDÜ buna görə əməliyyata alınıb FOTO

Müğənni Sevinc Səfərova bir neçə gün əvvəl əməliyyat etdirməsinin s

arrow Ətraflı
Azərbaycana PUA ilə narkotik vasitələr keçirmək istədilər like
  • 06 Mar 14:49  
Digərləri Azərbaycana PUA ilə narkotik vasitələr keçirmək istədilər

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafi

arrow Ətraflı