Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub


Siyasət 23 Apr 2025 11:54:00 82 0

Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub

Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Sədr Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd etdi.

Söhbət zamanı ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan birgə bəyanat məmnunluqla xatırlandı. Bu gün dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyanatda isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin daha bir pillə yüksələcəyi qeyd edildi.

Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunuldu.

Çin Xalq Respublikasının Sədri Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrliyini məmnunluqla vurğulayaraq, bu xüsusda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdi.

Görüşdə Azərbaycanın və Çinin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulandı. Dövlətimizin başçısı "Vahid Çin" siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd etdi. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olundu.

Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev buna görə təşəkkürünü bildirərək, COP29 çərçivəsində qlobal iqlim gündəliyi üçün vacib qərarların qəbul edildiyini xatırladı.

Dövlətimizin başçısı öz növbəsində Si Cinpinin müdrik rəhbərliyi ilə Çinin inkişafına toxundu.

Ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğu bildirildi, artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlərin imzalandığını və praktiki əməkdaşlığın həyata keçirildiyi vurğulandı.

Görüşdə Hökumətlərarası Komissiyanın sonuncu iclasına toxunuldu, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu.

Ticarət dövriyyəmizin son dövrlərdə 20 faizdən çox artması müsbət qiymətləndirildi.

Çin Xalq Respublikasının Sədri "Bir kəmər, bir yol" layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycanın olduğunu məmnunluqla xatırladı. Bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olundu.

Son dövrlərdə Orta Dəhliz vasitəsilə Çindən Avropaya gedən yüklərin həcmində artım dinamikası məmnunluqla qeyd edildi və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulandı.

Strateji tərəfdaşlığa dair Birgə Bəyanatda qeyd edildiyi kimi, Azərbaycanın Qlobal Təhlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyi bildirildi, bununla bağlı əməkdaşlıq məsələlərinə toxunuldu.

Sin Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə Toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət etdi.

Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdi.

Zaur Kərimov vəzifəsindən getdi like
  • 23 Apr 11:44  
Digərləri Zaur Kərimov vəzifəsindən getdi

Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin rəisi vəzifəsi

arrow Ətraflı
Röya bu geyiminə 130 min verib  Təkcə üzük 2 780 dollardır  FOTO like
  • 23 Apr 11:35  
Şou-biznes Röya bu geyiminə 130 min verib Təkcə üzük 2 780 dollardır FOTO

Xalq artisti Röya Ayxan səhnə tərzi ilə gündəmə gəlib.

arrow Ətraflı
Sağlam bilib içirik amma kola qədər zərərli imiş like
  • 23 Apr 11:27  
Digərləri Sağlam bilib içirik amma kola qədər zərərli imiş

Son illərdə xüsusilə sağlam qidalanma tərzi ilə maraqlananların menyusun

arrow Ətraflı
Türkiyə ordusu şəhid verdi  FOTO like
  • 23 Apr 10:44  
Digərləri Türkiyə ordusu şəhid verdi FOTO

Pəncə-Kilit Hərəkatı bölgəsində terror təşkilatı üzvlərinin həyata

arrow Ətraflı
Bakıda qızının ərini öldürən şəxs görün kim imiş  FOTO like
  • 23 Apr 10:15  
Digərləri Bakıda qızının ərini öldürən şəxs görün kim imiş FOTO

Paytaxtda qaynata kürəkəninə xəsarət yetirərək öldürüb.

arrow Ətraflı
Tramp geri çəkildi like
  • 23 Apr 09:52  
Dünya Tramp geri çəkildi

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq olunan yüksək gömrük rüsumları

arrow Ətraflı
"Bunun üçün 400 min manat XƏRCLƏDİM"  FOTO like
  • 23 Apr 09:36  
Şou-biznes "Bunun üçün 400 min manat XƏRCLƏDİM" FOTO

Müğənni Aygül Səfərova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Rubl və avro ucuzlaşdı, dolların qiyməti isə...  RƏSMİ like
  • 23 Apr 09:15  
Digərləri Rubl və avro ucuzlaşdı, dolların qiyməti isə... RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
“O, studiyaya gəlsə yerimdən qalxıb onu qucaqlayıb, öpəcəyəm"  like
  • 23 Apr 09:01  
Şou-biznes “O, studiyaya gəlsə yerimdən qalxıb onu qucaqlayıb, öpəcəyəm"

"Bu hadisə bir dəfə olub. Əvvəllər öndə gedən bir əyləncə mərk

arrow Ətraflı
Bu məhsulları kərə yağı ilə birlikdə YEMƏK OLMAZ like
  • 23 Apr 08:48  
Digərləri Bu məhsulları kərə yağı ilə birlikdə YEMƏK OLMAZ

Kərə yağı çoxumuzun qidalanmasında əvəzolunmaz məhsuldur. Lakin müəyy

arrow Ətraflı
Azərbaycanda bu sahədə böyük potensial var – Ekspert AÇIQLADI like
  • 23 Apr 08:35  
Digərləri Azərbaycanda bu sahədə böyük potensial var – Ekspert AÇIQLADI

"Azərbaycanın texnoloji suverenliyə nail olması vacibdir".

arrow Ətraflı
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub like
  • 23 Apr 08:10  
Siyasət Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub

Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi

arrow Ətraflı