Tramp geri çəkildi


Dünya 23 Apr 2025 09:52:00 62 0

Tramp geri çəkildi

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq olunan yüksək gömrük rüsumları ilə bağlı açıqlama verib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Tramp Oval Ofisdə keçirilən mərasimdə jurnalistlərin "ticarət müharibəsi" ilə bağlı suallarını cavablandırıb. O deyib ki, Çinlə münasibətləri yaxşıdır və ümumilikdə, dünyanın əksər ölkələri ABŞ ilə ticarət əlaqələri qurmaq istəyir. Prezidentin sözlərinə görə tərəflər arasında danışıqlar davam edir və Çinlə münasibətlər qaydasındadır.

Bununla belə, Tramp ABŞ-nin maraqlarını qorumaqda qətiyyətli olduqlarını da bildirib. O deyib ki, Çinə qarşı tətbiq olunan 145 faizlik gömrük rüsumu tamamilə aradan qalxmayacaq, lakin azaldılacaq. Bu addım Çinlə ədalətli və qarşılıqlı anlaşmaya əsaslanan ticarət münasibətlərinin qurulması üçün atılıb.

Tramp bildirib ki, Çin ABŞ bazarından qazandığı pulla ordusunu gücləndirə bilər və bu vəziyyətə son verilməlidir.

Qeyd edək ki, Tramp aprelin əvvəlində Çinə tətbiq olunan gömrük tariflərini 125 faizə qaldırıb. Çin isə buna cavab olaraq ABŞ məhsullarına 84 faiz rüsum tətbiq edib. Ağ Ev son açıqlamasında bildirib ki, Trampın elan etdiyi 125 faizlik tarifə əvvəldən mövcud olan 20 faizlik rüsum daxil deyildi. Bu da ümumi tarifin 145 faiz olduğunu göstərib. 

ABŞ tərəfi vergi siyasəti ilə təzyiq etməyə çalışdığı halda, Çin isə cavab olaraq əsas xammal üzərindən cavab verib. Bu zaman Pekinin atdığı addım - ABŞ-yə NTE ixracını dayandırması ticarət müharibəsində Çinin əlinin boş olmadığını göstərib. Nadir torpaq elementləri müasir texnologiyada, xüsusilə elektronika və müdafiə sənayesində əvəzsiz xammal sayılır. Bu addımı ilə Çin strateji üstünlüyünü ortaya qoyub.

Çin bu üsuldan əvvəl də istifadə etmişdi. 2010-cu ildə Yaponiyayla yaşadığı gərginlik fonunda Pekin yenə NTE ixracını dayandırmış və nəticədə Tokio geri addım atmışdı.

İslam Son.az

"Bunun üçün 400 min manat XƏRCLƏDİM"  FOTO like
  • 23 Apr 09:36  
Şou-biznes "Bunun üçün 400 min manat XƏRCLƏDİM" FOTO

Müğənni Aygül Səfərova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Rubl və avro ucuzlaşdı, dolların qiyməti isə...  RƏSMİ like
  • 23 Apr 09:15  
Digərləri Rubl və avro ucuzlaşdı, dolların qiyməti isə... RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
“O, studiyaya gəlsə yerimdən qalxıb onu qucaqlayıb, öpəcəyəm"  like
  • 23 Apr 09:01  
Şou-biznes “O, studiyaya gəlsə yerimdən qalxıb onu qucaqlayıb, öpəcəyəm"

"Bu hadisə bir dəfə olub. Əvvəllər öndə gedən bir əyləncə mərk

arrow Ətraflı
Bu məhsulları kərə yağı ilə birlikdə YEMƏK OLMAZ like
  • 23 Apr 08:48  
Digərləri Bu məhsulları kərə yağı ilə birlikdə YEMƏK OLMAZ

Kərə yağı çoxumuzun qidalanmasında əvəzolunmaz məhsuldur. Lakin müəyy

arrow Ətraflı
Azərbaycanda bu sahədə böyük potensial var – Ekspert AÇIQLADI like
  • 23 Apr 08:35  
Digərləri Azərbaycanda bu sahədə böyük potensial var – Ekspert AÇIQLADI

"Azərbaycanın texnoloji suverenliyə nail olması vacibdir".

arrow Ətraflı
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub like
  • 23 Apr 08:10  
Siyasət Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub

Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi

arrow Ətraflı
“Sənətkarlar var ki, kart göndərib ondanbundan pul istəyirlər” like
  • 23 Apr 08:08  
Şou-biznes “Sənətkarlar var ki, kart göndərib ondanbundan pul istəyirlər”

Müğənni Manaf Ağayev qalmaqallı açıqlamalar verib.

arrow Ətraflı
Dünyanın ən güclü smartfonu oldu like
  • 23 Apr 07:37  
Digərləri Dünyanın ən güclü smartfonu oldu

Honor şirkəti yeni flaqman "GT Pro"nu təqdim etməyə hazırlaşır

arrow Ətraflı
İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub like
  • 23 Apr 07:04  
Siyasət İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasın

arrow Ətraflı
Xəzər 2050ci ilədək kritik səviyyəyə düşə bilər like
  • 23 Apr 06:35  
Digərləri Xəzər 2050ci ilədək kritik səviyyəyə düşə bilər

Qazaxıstanlı alimlərin araşdırmalarına görə, Xəzər dənizinin səviyy�

arrow Ətraflı
Bu xəstəlik uşaqları saatlar içində öldürür  Necə qoruyaq? like
  • 23 Apr 06:06  
Digərləri Bu xəstəlik uşaqları saatlar içində öldürür Necə qoruyaq?

Menengit (beyin və onurğa beynini əhatə edən qişaların iltihabı) - uşaq

arrow Ətraflı
Qaraciyərdəki zəhərləri təmizləyir, xolesterini, qan şəkərini isə...  Möcüzəvi təsir  FOTO like
  • 23 Apr 04:04  
Digərləri Qaraciyərdəki zəhərləri təmizləyir, xolesterini, qan şəkərini isə... Möcüzəvi təsir FOTO

Bitki tərkibi ilə diqqət çəkən bu təbii məhsul, bədənin müdafiə sist

arrow Ətraflı
8 milyonluq "Ferrari" aldı, 1 saat sonra kül oldu  FOTO like
  • 23 Apr 03:03  
Digərləri 8 milyonluq "Ferrari" aldı, 1 saat sonra kül oldu FOTO

Tokioda 33 yaşlı yapon musiqi prodüseri Honkon 10 il ərzində topladığı p

arrow Ətraflı