Leyla Əliyeva Vyetnamın vitseprezidenti ilə görüşüb FOTO
Siyasət 22 Apr 2025 12:45:00 74 0
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Çinə səfər etdi
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını Vo Ti An Suana çatdıran Leyla Əliyeva səfər zamanı keçirilən görüşlərin və aparılan müzakirələrin bundan sonra da əlaqələrə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı Azərbaycan və Vyetnamın dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra əməkdaşlığın və siyasi dialoqun intensivləşdiyi bildirilib.
Dövlətlərarası diplomatik münasibətlərlə yanaşı, xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Hanoy Ticarət və Turizm Kollecində, görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbdə bir sıra görüşlərin keçirildiyi qeyd olunub, təhsil, sosial və ətraf mühitin qorunması sahələrində layihələrin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Görüşdə, həmçinin hər iki ölkənin turizm potensialının inkişafı baxımından əməkdaşlıq və ayrı-ayrı sahələri əhatə edən mübadilə proqramlarının icrası, iki ölkə mədəniyyətinin daha yaxından tanıdılması üçün tədbirlərin təşkili məsələləri diqqət mərkəzində olub.
Bakı metrosunda lüzumsuz olaraq "sərnişin-maşinist" rabitəsində

Aktyor və aparıcı Sərxan Kərəmoğlu müğənnilər Təranə-Musa cütlüy�

Ermənistan parlamentində deputatlar arasında dava düşüb

Ərdoğanın çıxışı zamanı səhnəyə telefon atan şəxs saxlanılıb.

Vatikan Papa Fransiskin açıq tabutda çəkilmiş fotolarını yayımlayıb.

Bakının Xətai rayonu Oksigen küçəsi ev 1 ünvanında yaşı 135-dən çox

69 yaşlı şəxs "Whatsapp"da göndərdiyi smayla görə cərimələ

Ötən gün Binəqədi rayonunda marketlərdən birinin anbarında yanğın baş

Azərbaycanda vətəndaşlar üçün yollayışların (putyovka) verilməsi pros

Pensiya yaşı bir çox insan üçün dincəlmək, istirahət etmək dövrünün

Teleaparıcı Elgiz Əkbərin görüntüsü marağa səbəb olub.

Azərbaycan Mərkəzi Bankının (AMB) tikilməkdə olan yeni binası 2025-ci il

Bakıda xanım sərnişinə qarşı xuliqanlıq hərəkətləri etmiş taksi sü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çər
