Rus qadına əxlaqsız təklif edən "Bolt" sürücüsü həbs olundu


Digərləri 22 Apr 2025 11:16:36 84 0

Rus qadına əxlaqsız təklif edən "Bolt" sürücüsü həbs olundu

Bakıda xanım sərnişinə qarşı xuliqanlıq hərəkətləri etmiş taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.

Hadisə Nəsimi rayonu ərazisində baş verib.

Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə müraciət edən şikayətçi "Bolt" tətbiqi vasitəsilə çağırdığı taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.

Şikayətlə bağlı araşdırmalar aparılıb və YB dövlət qeydiyyat seriyalı avtomobilin 1976-cı il təvəllüdlü sürücüsü A.Məhərrəmov (şərti) saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə təqsirləndirilən şəxs sərnişinlə yolda söhbət etdiyini, ona spirtsiz içki təklif etdiyini, lakin əxlaqsız təkliflər etmədiyini deyib:

"Şirkətə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul oluram. Hadisə günü saat 14 radələrində "Port Baku" istiqamətindən Vaqif prospekti istiqamətinə sifariş qəbul etdim. Xanım sərnişin arxa oturacaqda əyləşdi. Ondan hara gedəcəyini soruşdum, rus dilində gedəcəyi ünvanı dedi, daha sonra adını soruşdum, adının Yana olduğunu bildirdi. Ona rus dilində nə gözəl adı olduğunu dedim. Daha sonra həmin xanım su istədiyini bildirərək marketdə saxlamağı xahiş etdi.

Avtomobildə olan "Bizon" adlı spirtsiz içkini təklif etsəm də, xanım adi su istədiyini bildirdi. Yaxınlıqdakı marketdə avtomobili saxladım, özü düşərək su alıb qayıtdı. Sifariş verilmiş ünvana çatdıqda xanım borcunun nə qədər olduğunu soruşdu, ona ödənişin kartla olduğunu bildirdim. Lakin hər hansı bir əxlaqsız təklif etməmişəm. Polisə dəvət olunarkən çox əsəbi olduğum üçün səs tonumu yüksəltmişəm, əlavə ifadələrdən istifadə etmişəm. Buna görə polis əməkdaşlarından üzr istəyirəm".

Şikayətçi tərəf məhkəməyə gəlmədiyindən onun ərizəsi araşdırılıb.

Məhkəmə 49 yaşlı sürücünün 15 sutkalıq inzibati həbs edilməsinə qərar verib. (Qafqazinfo)

Leyla Əliyeva No Fon Li ilə görüşüb  FOTO like
  • 22 Apr 11:10  
Siyasət Leyla Əliyeva No Fon Li ilə görüşüb FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çər

arrow Ətraflı
Hamının bağında var amma faydaları bilinmir  Dərib, yeyin... like
  • 22 Apr 10:42  
Digərləri Hamının bağında var amma faydaları bilinmir Dərib, yeyin...

Təbiət insan sağlamlığı üçün saysız-hesabsız faydalar təqdim edir. O

arrow Ətraflı
"Aysunun nə bir sənəti, nə də səsi yoxdur" like
  • 22 Apr 10:30  
Şou-biznes "Aysunun nə bir sənəti, nə də səsi yoxdur"

Tanınmış aparıcı Zaur Nəbioğlunun açıqlaması marağa səbəb olub. 

arrow Ətraflı
Bu iki bürc xoşbəxtliyin nə olduğunu unudub  Uzun zamandır bəxtləri gətirmir like
  • 22 Apr 10:20  
Digərləri Bu iki bürc xoşbəxtliyin nə olduğunu unudub Uzun zamandır bəxtləri gətirmir

Mütəxəssislərin fikrincə, bəzi bürclər emosional yükləri və mənəvi

arrow Ətraflı
OneRepublic konsertinə cəmi 1 həftə qaldı  Konsertdən nələr gözləyək? like
  • 22 Apr 10:15  
Şou-biznes OneRepublic konsertinə cəmi 1 həftə qaldı Konsertdən nələr gözləyək?

28 aprel tarixində dünya şöhrətli OneRepublic qrupu ilk dəfə olaraq Bakı

arrow Ətraflı
Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ like
  • 22 Apr 10:08  
Şou-biznes Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ

Zaur Kamalın aparıcısı olduğu verilişdə oğlu ilə dialoqu diqqət çək

arrow Ətraflı
Taksi sürücüləri imtahan verəcək like
  • 22 Apr 09:59  
Digərləri Taksi sürücüləri imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün

arrow Ətraflı
Putindən sülh mesajı: "Gələcəyə baxmağa hazırıq" like
  • 22 Apr 09:46  
Dünya Putindən sülh mesajı: "Gələcəyə baxmağa hazırıq"

Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildə Ukraynaya qarşı başlatdığı

arrow Ətraflı
3 rayonun işığı kəsiləcək  XƏBƏRDALIQ like
  • 22 Apr 09:39  
Digərləri 3 rayonun işığı kəsiləcək XƏBƏRDALIQ

Bu gün Lənkəran, Masallı və Bakının Binəqədi rayonunun Biləcəri qəs�

arrow Ətraflı
"Xanımınla kluba getməyəcəksənsə, onu niyə almısan?" like
  • 22 Apr 09:36  
Şou-biznes "Xanımınla kluba getməyəcəksənsə, onu niyə almısan?"

Müğənni Mehin Hümbətova açıqlamaları ilə diqqət çəkib.

arrow Ətraflı
Gəncədə bir ailənin 5 üzvü zəhərləndi  Üçü azyaşlıdır like
  • 22 Apr 09:30  
Digərləri Gəncədə bir ailənin 5 üzvü zəhərləndi Üçü azyaşlıdır

Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib.

arrow Ətraflı
Qadın ərinin münasibətini gizli kamera ilə çəkdi  MƏHKƏMƏ like
  • 22 Apr 09:24  
Digərləri Qadın ərinin münasibətini gizli kamera ilə çəkdi MƏHKƏMƏ

Çinin Quansi Cuan muxtar bölgəsində qeyri-adi bir məhkəmə işi ictimaiyy�

arrow Ətraflı