Leyla Əliyeva No Fon Li ilə görüşüb FOTO


Siyasət 22 Apr 2025 11:10:00 93 0

Leyla Əliyeva No Fon Li ilə görüşüb  FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, görüş bu ölkənin Milli Təsviri İncəsənət Muzeyində keçirilib. Bildirilib ki, muzey Vyetnamın bədii irsini nümayiş etdirən əsas mədəniyyət ocaqlarındandır. Muzeyin qalereyaları yerli və digər ölkələrdən ziyarətçiləri cəlb edən unikal kolleksiyaya sahibdir. Daimi ekspozisiyalarla yanaşı, burada müvəqqəti sərgilər, uşaqlar üçün yaradıcı məkan da var.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li iki ölkə arasında mövcud əlaqələrin genişlənməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edilib ki, Azərbaycanla Vyetnam arasında sıx əməkdaşlıq hələ Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində ilk xarici səfərini məhz Vyetnama etdiyi vaxtdan başlayıb. Bu gün isə Ümummilli Liderin adını daşıyan Fond iki ölkə arasında münasibətlərin sıx tərəfdaşlıq, qarşılıqlı hörmət və dostluq səviyyələrində davam etdirilməsi üçün Vyetnamla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə öz töhfəsini verir.

Görüşdə dövlət səviyyəsində qurulan münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət, təhsil, sosial sahələr üzrə layihələr çərçivəsində daha da dərinləşməsinin vacibliyi vurğulanıb, bu il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana nəzərdə tutulan səfərinin iki ölkə əməkdaşlığının möhkəmlənməsində növbəti addım olacağına əminliklərini ifadə edilib.

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 1954-cü ildə yazdığı "Vyetnam süitası" əsərinin 2023-cü ildə Hanoy şəhərində premyerasının keçirilməsi, Azərbaycan musiqiçilərinin Vyetnam Milli Musiqi Akademiyası ilə birgə konsert proqramının təşkili kimi mədəni layihələrin gələcəkdə də davam etdirilməsinin, hər iki ölkənin mədəniyyət günlərinin təşkil olunmasının, o cümlədən mədəniyyət xadimlərinin, ziyalıların və gənc fəalların qarşılıqlı səfərlərinin vacibliyi vurğulanıb.

Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələrin bundan sonra da müxtəlif sahələr üzrə davam etdiriləcəyi bildirilib, iki ölkənin turizm potensialı, ətraf mühitin qorunmasına yönələn layihələr diqqət mərkəzində olub. Həyata keçirilən layihələrin ölkələrimiz və xalqlarımız arasında münasibətlərdə xüsusi rol oynadığı qeyd edilib.

Hamının bağında var amma faydaları bilinmir  Dərib, yeyin... like
  • 22 Apr 10:42  
Digərləri Hamının bağında var amma faydaları bilinmir Dərib, yeyin...

Təbiət insan sağlamlığı üçün saysız-hesabsız faydalar təqdim edir. O

arrow Ətraflı
"Aysunun nə bir sənəti, nə də səsi yoxdur" like
  • 22 Apr 10:30  
Şou-biznes "Aysunun nə bir sənəti, nə də səsi yoxdur"

Tanınmış aparıcı Zaur Nəbioğlunun açıqlaması marağa səbəb olub. 

arrow Ətraflı
Bu iki bürc xoşbəxtliyin nə olduğunu unudub  Uzun zamandır bəxtləri gətirmir like
  • 22 Apr 10:20  
Digərləri Bu iki bürc xoşbəxtliyin nə olduğunu unudub Uzun zamandır bəxtləri gətirmir

Mütəxəssislərin fikrincə, bəzi bürclər emosional yükləri və mənəvi

arrow Ətraflı
OneRepublic konsertinə cəmi 1 həftə qaldı  Konsertdən nələr gözləyək? like
  • 22 Apr 10:15  
Şou-biznes OneRepublic konsertinə cəmi 1 həftə qaldı Konsertdən nələr gözləyək?

28 aprel tarixində dünya şöhrətli OneRepublic qrupu ilk dəfə olaraq Bakı

arrow Ətraflı
Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ like
  • 22 Apr 10:08  
Şou-biznes Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ

Zaur Kamalın aparıcısı olduğu verilişdə oğlu ilə dialoqu diqqət çək

arrow Ətraflı
Taksi sürücüləri imtahan verəcək like
  • 22 Apr 09:59  
Digərləri Taksi sürücüləri imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün

arrow Ətraflı
Putindən sülh mesajı: "Gələcəyə baxmağa hazırıq" like
  • 22 Apr 09:46  
Dünya Putindən sülh mesajı: "Gələcəyə baxmağa hazırıq"

Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildə Ukraynaya qarşı başlatdığı

arrow Ətraflı
3 rayonun işığı kəsiləcək  XƏBƏRDALIQ like
  • 22 Apr 09:39  
Digərləri 3 rayonun işığı kəsiləcək XƏBƏRDALIQ

Bu gün Lənkəran, Masallı və Bakının Binəqədi rayonunun Biləcəri qəs�

arrow Ətraflı
"Xanımınla kluba getməyəcəksənsə, onu niyə almısan?" like
  • 22 Apr 09:36  
Şou-biznes "Xanımınla kluba getməyəcəksənsə, onu niyə almısan?"

Müğənni Mehin Hümbətova açıqlamaları ilə diqqət çəkib.

arrow Ətraflı
Gəncədə bir ailənin 5 üzvü zəhərləndi  Üçü azyaşlıdır like
  • 22 Apr 09:30  
Digərləri Gəncədə bir ailənin 5 üzvü zəhərləndi Üçü azyaşlıdır

Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib.

arrow Ətraflı
Qadın ərinin münasibətini gizli kamera ilə çəkdi  MƏHKƏMƏ like
  • 22 Apr 09:24  
Digərləri Qadın ərinin münasibətini gizli kamera ilə çəkdi MƏHKƏMƏ

Çinin Quansi Cuan muxtar bölgəsində qeyri-adi bir məhkəmə işi ictimaiyy�

arrow Ətraflı
"Bu, ailə deyil artıq" like
  • 22 Apr 09:20  
Şou-biznes "Bu, ailə deyil artıq"

"Mən şəxsən elə yaşaya bilmərəm"

arrow Ətraflı