Taksi sürücüləri imtahan verəcək
Digərləri 22 Apr 2025 09:59:26 59 0
Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün aprelin 24-də imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün 1560 nəfər qeydiyyatdan keçib.
Bu xəbəri də oxu: Blokda yayılan qoxu dəhşətli cinayəti ortaya çıxdı 10 gün sonra... FOTO
Son.az-a DİM-dən verilən məlumata görə, imtahanın keçirilməsi üçün 20 imtahan rəhbəri, 104 nəzarətçi və 12 buraxılış rejimi əməkdaşı ayrılıb.
İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə Regional Bölməsində saat 11:00 və 15:00 olmaqla, iki növbədə keçiriləcək və bir saat davam edəcək.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara yeddi il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildə Ukraynaya qarşı başlatdığı

Bu gün Lənkəran, Masallı və Bakının Binəqədi rayonunun Biləcəri qəs�

Müğənni Mehin Hümbətova açıqlamaları ilə diqqət çəkib.

Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib.

Çinin Quansi Cuan muxtar bölgəsində qeyri-adi bir məhkəmə işi ictimaiyy�

Pirallahı rayonununda qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğular

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Əvvəllər ideal hesab edilən 120/80 təzyiq ölçüsü bəzi insanlar üçün

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "TRT World" telekana

Kastamonunun İnönü məhəlləsində yerləşən bir binada yayılan pis qoxud

Astroloqlar xəbərdarlıq edir: aprelin ikinci yarısı və mayın əvvəli bü

Günün müəyyən vaxtında duş qəbul etmək dərinin sağlamlığına və yu

"Diqqət cəlb etmək üçün nə sinəmə nə də ki arxama silikon qoyub
