Ceyhun Bayramovdan "Top Ermənistandadır" mesajı


Siyasət 22 Apr 2025 08:48:00 62 0

Ceyhun Bayramovdan "Top Ermənistandadır" mesajı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "TRT World" telekanalına müsahibəsində deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması hər iki tərəfin böyük səylərinin nəticəsidir. O, deyib ki, tərəflər bu razılığa qədər çox böyük müzakirələr aparıb:

"Danışıqlar nəticəsində əsasən 12 sənəd layihəsi dəyişdirilib. Ancaq növbəti vacib addım bunları tamamlayacaq prosesin icrasıdır. İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır. Bəzi vaxtlar biz görürük ki, onların məsul şəxsləri yeni Konstitusiyanın qəbul ediləcəyi barədə açıqlamalar verirlər. Ancaq bununla belə nə kimi dəyişikliklərin olacağı, detallar bilinmir".

Sülh sazişinin icrasına dair hansı vacib proseslər gözlənilir?

Məsələ ilə bağlı Son.az-a siyasi şərhçi Kənan Novruzov açıqlama verib.

O bildirib ki, nazirin açıqlamasında ən diqqətçəkən bundan sonrakı proseslərin Ermənistandan asılı olduğunu diqqətə çatdırmasıdır. 

"Məsələ burasındadır ki, İkinci Qarabağ müharibəsi və birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın regionda terrora son qoymasından, ərazi bütövlüyünü təmin etməsindən sonra bölgədə yeni reallıqlar yaranıb. Rəsmi Bakı bu reallıqların müəllifidir. Yeni "oyun qaydaları" Cənubi Qafqazda sülhün təmin olunmasını zərurətə çevirir. Azərbaycan qalib tərəf olmasına baxmayaraq, sülh təşəbbüsü ilə çıxış edib. Bu gün rəsmi Bakı regionda sülhün və əməkdaşlıq mühitinin təmin olunması bütün imkanlardan istifadə edir. Azərbaycan daimi sülhdə maraqlıdır. Bunun üçün konkret və qarşı tərəfə çoxdan məlum olan şərtlər var. Həmin əsas şərtlər bunlardır. Birincisi, Ermənistan Azərbaycan qarşı ərazi iddialarından imtina etməli və bunu konstitusiya səviyyəsində təsdiqləməlidir. Çünki Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının davam etdiyi bir vaxtda sülh sazişinin imzalanması o deməkdir ki, rəsmi İrəvan gələcəkdə qanunvericiliyə istinad edərək revanşa cəhd edə bilər. Bu, Bakının maraqlarına uyğun deyil.

İkincisi, ATƏT-in Minsk Qrupu ləğv edilməlidir. Çünki bu qrupun işi keçmiş Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsini ləğv etmək idi. İndi nə belə bir konflikt var, nə da Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi. Deməli, 30 il ərzində heç bir ciddi işlə məşğul olmayan Minsk Qrupuna da daha ehtiyac yoxdur. Üçüncüsü, Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtini yerinə yetirməli, o cümlədən kommunikasiya xətlərinin açılmasına razı olmalıdır. Dördüncüsü, Ermənistan hərbi təxribatlarını dayandırmalı, konkret siyasi iradə və mövqe ortaya qoymalıdır. İrəvanın hazırkı qeyri-müəyyənliyi heç bir halda sülhə aparan yol ola bilməz. Çünki qarşı tərəf sözdə dediklərini əməldə təsdiqləyə bilmir. Bu isə Ermənistanın səmimiliyinə şübhə yaradır. Rəsmi Bakının şərtləri aydındır. Həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət onlara məlum olan bu tələblərin məntiqli və ədalətli olduğunu anlayır".

O həmçinin qeyd edib ki, Azərbaycan sülhlə maraqlıdır və bunun üçün çalışır. Amma indi sülh Bakıdan çox İrəvana lazımdır. Çünki Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib və balanslı, müstəqil xarici siyasət kursuna sahibdir.

"Ermənistan isə Qərblə Rusiya arasında siyasi poliqona çevrilib. Gələcəkdə Ukraynanın taleyini yaşayaraq hərbi poliqona da çevrilə bilər. Belə bir vaxtda rəsmi İrəvana ciddi təhlükəsizlik zəmanəti lazımdır. Bunun yeganə yolu isə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Ermənistan ən qısa zamanda bunu anlamalı və vaxtı uzatmaq əvəzinə, Bakının tələblərini yerinə yetirməlidir".

Aysel Əkbər Son.az

Blokda yayılan qoxu dəhşətli cinayəti ortaya çıxdı  10 gün sonra...  FOTO like
  • 22 Apr 08:37  
Digərləri Blokda yayılan qoxu dəhşətli cinayəti ortaya çıxdı 10 gün sonra... FOTO

Kastamonunun İnönü məhəlləsində yerləşən bir binada yayılan pis qoxud

arrow Ətraflı
4 BÜRC üçün böyük imkanlar dövrü  Karyera, pul... like
  • 22 Apr 08:20  
Digərləri 4 BÜRC üçün böyük imkanlar dövrü Karyera, pul...

Astroloqlar xəbərdarlıq edir: aprelin ikinci yarısı və mayın əvvəli bü

arrow Ətraflı
Səhər, yoxsa axşam duş qəbul etməli? like
  • 22 Apr 08:08  
Digərləri Səhər, yoxsa axşam duş qəbul etməli?

Günün müəyyən vaxtında duş qəbul etmək dərinin sağlamlığına və yu

arrow Ətraflı
“Səhralıqda çox qızların başına oyun açıblar”  Model Səmra like
  • 22 Apr 07:35  
Şou-biznes “Səhralıqda çox qızların başına oyun açıblar” Model Səmra

"Diqqət cəlb etmək üçün nə sinəmə nə də ki arxama silikon qoyub

arrow Ətraflı
Yüksək təzyiqin dərmanı bu meyvədə imiş like
  • 22 Apr 07:07  
Digərləri Yüksək təzyiqin dərmanı bu meyvədə imiş

Yüksək qan təzyiqini idarə etmək üçün illərdir duz istehlakını azaltm

arrow Ətraflı
Bu qadın 30 ildir yağış suyu içir: "Yeməklərə də qatmışam"  FOTOlar like
  • 22 Apr 06:33  
Digərləri Bu qadın 30 ildir yağış suyu içir: "Yeməklərə də qatmışam" FOTOlar

Trabzonun rayonunda yaşayan 3 uşaq anası Naciye Aydın illərdir hər aprel a

arrow Ətraflı
Məşhur müğənni Röyanı "dollar yağışı"na tutdu  VİDEO like
  • 22 Apr 06:06  
Şou-biznes Məşhur müğənni Röyanı "dollar yağışı"na tutdu VİDEO

İllərdir küsülü olan xalq artisti Röya Ayxanla Niyam Salami məkanların

arrow Ətraflı
Kartof püresinə bunu əlavə edin: ən ləzzətli RESEPT like
  • 22 Apr 05:05  
Digərləri Kartof püresinə bunu əlavə edin: ən ləzzətli RESEPT

Süd qatılmış kartof püresi həm krem kimi hamar olur, həm də çox ləzzə

arrow Ətraflı
Bu da Nəfəsin bahalı maşını like
  • 22 Apr 04:04  
Şou-biznes Bu da Nəfəsin bahalı maşını

Müğənni Nəfəs paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Damarları açır, ürəyi gücləndirir  Gündə iki qaşıq bəs edir like
  • 22 Apr 03:03  
Digərləri Damarları açır, ürəyi gücləndirir Gündə iki qaşıq bəs edir

Qarabaş otu qədim zamanlardan bəri təbabətdə istifadə olunan, müxtəlif

arrow Ətraflı
“Buna görə həyat yoldaşımdan ayrılmaq istəyirdim” like
  • 22 Apr 02:02  
Şou-biznes “Buna görə həyat yoldaşımdan ayrılmaq istəyirdim”

"15 ildir ki, ailəliyəm. 15 ilimizin 10-cu ilində həyat yoldaşım mən

arrow Ətraflı
Yatanda belə edirsinizsə, utanmayın  Faydalıdır like
  • 22 Apr 01:01  
Digərləri Yatanda belə edirsinizsə, utanmayın Faydalıdır

Oyuncaqlarla yatmaq psixoloji cəhətdən faydalıdır.

arrow Ətraflı
Toyda zəhərlənməyə görə kim məsuliyyət daşıyır? like
  • 22 Apr 00:48  
Digərləri Toyda zəhərlənməyə görə kim məsuliyyət daşıyır?

Ölkə ərazisində keçirilən toy mərasimlərində zəhərlənmə halları m�

arrow Ətraflı
Xəstəlik mövsümü başladı like
  • 22 Apr 00:37  
Digərləri Xəstəlik mövsümü başladı

Bir gün içində dörd fəsli bir arada yaşadan ani temperatur dəyişikliklə

arrow Ətraflı
Zinət əşyaları ilə yatanlara PİS XƏBƏR  Mütəxəssislərdən XƏBƏRDARLIQ like
  • 22 Apr 00:25  
Digərləri Zinət əşyaları ilə yatanlara PİS XƏBƏR Mütəxəssislərdən XƏBƏRDARLIQ

Bir çox insan gecə yatmazdan əvvəl zinət əşyalarını çıxarmır, lakin

arrow Ətraflı