“Putyovka” almaq istəyənlərin NƏZƏRİNƏ Yeni qayda
Digərləri 22 Apr 2025 11:47:14 62 0
Azərbaycanda vətəndaşlar üçün yollayışların (putyovka) verilməsi prosesinin yeni qaydası müəyyənləşib.
Bu xəbəri də oxu: Partlayış olan evdə spirt məhsulları istehsal edirlərmiş YENİLƏNİB
Son.az bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən bununla bağlı müvafiq qərar verilib.
Artıq bir müddətdir yollayışların verilməsi prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə başlanılıb. Belə ki, vətəndaşlar yollayış üçün telefonla və ya birbaşa "Kurort" Turizm İnformasiya Mərkəzinə müraciətlər edirlər.
Müraciət zamanı vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatları, sosial statusuna dair məlumatlar, iş yeri, getmək istədiyi sanatoriya və tarix barədə məlumatlar reyestr bazasına daxil edilir. Məlumatların emalı zamanı iş yeri və üzvlük məlumatları AHİK-in müvafiq üzv təşkilatları tərəfindən yoxlanılır, yollayış barədə məlumatlar isə müvafiq sanatoriya və ya istirahət mərkəzi tərəfindən təsdiq edilir.
Vətəndaşlar yollayışların verilməsi qaydasına əsasən, imtiyazlı və ya 15% dəyərini ödəməklə yollayışla təmin edilir. Sonra yollayışın verilməsi proseduru həyata keçirilir.
Qeyd edək ki, indiyədək vətəndaşlar istirahət və müalicə üçün iş yerlərindəki müvafiq həmkarlar təşkilatına müraciət edərək putyovka ala bilirdilər.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli və 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sanatoriya-kurort yollayışları ilə təmin edilməsi üçün aşağıda qeyd olunan şəxslər imtiyazlı şəxslər hesab edilirlər:
İşləməyən əlilliyi olan şəxslər; 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar; II Dünya Müharibəsinin iştirakçıları; Şəhid ailəsi statusu almış ailənin üzvü olan işləməyən şəxslər; Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsində iştirak etmiş işləməyən vətəndaşlar; Qəyyumun (himayəçinin) ailəsində, dövlət və qeyri-dövlət müəssisələrində təlim-tərbiyə olunan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; Fövqəladə hallarda insanların xilas edilməsində və tibb yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar.
Yollayışın əldə edilməsi məqsədilə imtiyazlı şəxslər yaşayış yeri üzrə Sosial Xidmətlər Agentliyinin struktur bölməsinə, "DOST" mərkəzlərinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edirlər.
Bundan əlavə, şəhid ailələri, əlillik statusu olanlar, 1-ci qrup əlilləri müşayiət edən şəxslər, müharibə iştirakçıları ödənişsiz olaraq yollayışla təmin edilirlər.
Pensiya yaşı bir çox insan üçün dincəlmək, istirahət etmək dövrünün

Teleaparıcı Elgiz Əkbərin görüntüsü marağa səbəb olub.

Azərbaycan Mərkəzi Bankının (AMB) tikilməkdə olan yeni binası 2025-ci il

Bakıda xanım sərnişinə qarşı xuliqanlıq hərəkətləri etmiş taksi sü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çər

Yasamal rayonunda ağaclar kəsilib.

Təbiət insan sağlamlığı üçün saysız-hesabsız faydalar təqdim edir. O

Tanınmış aparıcı Zaur Nəbioğlunun açıqlaması marağa səbəb olub.

Mütəxəssislərin fikrincə, bəzi bürclər emosional yükləri və mənəvi

28 aprel tarixində dünya şöhrətli OneRepublic qrupu ilk dəfə olaraq Bakı

Ana dili xalqın ən vacib milli dəyəri və milliliyini qoruyan əsas atributu

Zaur Kamalın aparıcısı olduğu verilişdə oğlu ilə dialoqu diqqət çək

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün

Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildə Ukraynaya qarşı başlatdığı
