“Bu sahəni təkcə Cahangir düzəldə bilməz...”


Kriminal 12 Apr 2025 16:35:00 92 0

“Bu sahəni təkcə Cahangir düzəldə bilməz...”

"Nə qədər ki, bəzi insanlar kinonu, teatrı idarə edirlər, o vaxta qədər də bu sahədə inkişafdan danışa bilməyəcəyik. Sənəti inkişaf etdirmək üçün bu işin qədrini bilmək lazımdır. Burada tanışlıq, qohumluq, rəfiqəlik olmamalıdır. Əsl sənətkar üçün yol açılmalıdır. O da çox təəssüf ki, bu gün yoxdur. Ona görə də aləm dəyib bir-birinə. Bu belə də olmalı idi. Həddən artıq pərakəndəlikdir. Çox şeyləri mən xırdalamaq istəmirəm. Hər bir vəzifədə olan insan Azərbaycan xalqının mənliyini, şəxsiyyətini, onun mədəniyyətini doğma hesab etməyənə qədər belə olacaq".

Son.az xəbər verir ki, bunu medianews.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

Sənətkar Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Səyyad Aranın Xalq artisti Cahangir Novruzovun ölkəyə qayıtması ilə bağlı təklifinə də münasibət bildirib: "Cahangir çox istedadlı insandır, sənətkardır. Türkiyədə teatr yaradıb, dərs deyir. Niyə burada işləməli deyil ki, gedib orada çalışır? Çox istərdim ki, gəlib Azərbaycanda, öz doğma vətənində işləsin. Həm aktyor, həm də rejissor kimi çox istedadlıdır. Amma bu sahəni təkcə Cahangir düzəldə bilməz. Bu, bir nəfərlə olmur.

Teatr, kino kollektiv sənətdir. Şairlik, bəstəkarlıq individual sənətdir, gedib Şamaxının dağında da oturub mahnı yazmaq, yaxud bəstələmək olar. Amma teatr və kino çətin sənətdir. Rəhmətlik Səməndər Rzayev demiş, həm qəlizdir, həm də maraqlı. Ona görə də bu işlərin qədrini bilən adamlar lazımdır. Müəyyən situasiya var ki, o həll olunmayana qədər sənət belə qalacaq, hamı bir-birinə nifrət edəcək. Çünki əksər adamlar yerində deyil".

Qeyd edək ki, C.Novruzov hazırda Adanada Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, Türkiyəyə getməzdən əvvəl Azərbaycanda bir sıra teatrlarda quruluşçu rejissor və baş rejissor vəzifələrində işləyib, eyni zamanda bir çox televiziya tamaşaları və filmlərdə müxtəlif rolları canlandırıb.

Azərbaycanlı politoloq Ermənistanın antixristian ideologiyasını ifşa edir like
  • 12 Apr 16:19  
Siyasət Azərbaycanlı politoloq Ermənistanın antixristian ideologiyasını ifşa edir

Ermənistan Azərbaycanın tarixi torpaqlarında dini və mədəni abidələri s

arrow Ətraflı
Üç günlük maqnit qasırğası PROQNOZU: Sabah daha güclü olacaq like
  • 12 Apr 16:10  
Digərləri Üç günlük maqnit qasırğası PROQNOZU: Sabah daha güclü olacaq

Növbəti maqnit qasırğası nə vaxt gözlənilir və həftə sonu günəş ak

arrow Ətraflı
Azərbaycanda zəlzələ oldu like
  • 12 Apr 16:03  
Digərləri Azərbaycanda zəlzələ oldu

Şamaxıda 3.4 bal gücündə zəlzələ olub.

arrow Ətraflı
"Şükür edirəm ki, həyatımda sən varsan"  Manananın TƏBRİKİ like
  • 12 Apr 15:56  
Şou-biznes "Şükür edirəm ki, həyatımda sən varsan" Manananın TƏBRİKİ

Əməkdar artist Manana Çaparidze həyat yoldaşı Georgi Qabelavenin doğum g�

arrow Ətraflı
Qəbələdə 17 yaşlı oğlan itkin düşüb like
  • 12 Apr 15:53  
Digərləri Qəbələdə 17 yaşlı oğlan itkin düşüb

Qəbələdə 17 yaşlı oğlan itkin düşüb.

arrow Ətraflı
İndiyədək məlum olmayan sirli elektropikap görüntüləndi like
  • 12 Apr 15:48  
Digərləri İndiyədək məlum olmayan sirli elektropikap görüntüləndi

Əvvəllər məlum olmayan və evakuatorla daşınan pikapın fotoşəkli ortaya

arrow Ətraflı
Çıxarışı olmayan torpağın aqibəti necə olacaq? like
  • 12 Apr 15:21  
Digərləri Çıxarışı olmayan torpağın aqibəti necə olacaq?

Qubanın Hacihüseynlı kəndinə 2004-cü ildə gələn Mətanət xanım torpaq

arrow Ətraflı
"Bolt"dan həmin qəza ilə bağlı AÇIQLAMA: qanunsuz işləyibmiş like
  • 12 Apr 15:13  
Digərləri "Bolt"dan həmin qəza ilə bağlı AÇIQLAMA: qanunsuz işləyibmiş

"Bolt tətbiqindən xidmət göstərmək üçün sürücü tərəfdaşlar t

arrow Ətraflı
Aeroport yolunda maşın maneəyə çırpılıb, xəsarət alanlar var like
  • 12 Apr 15:05  
Digərləri Aeroport yolunda maşın maneəyə çırpılıb, xəsarət alanlar var

Bakıda maşın maneəyə çırpılıb, 2 nəfər xəsarət alıb.

arrow Ətraflı
Antalyada Azərbaycan və Rusiya XİN başçılarının görüşü keçirilir like
  • 12 Apr 14:58  
Siyasət Antalyada Azərbaycan və Rusiya XİN başçılarının görüşü keçirilir

12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu

arrow Ətraflı
Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat  Səbəb AÇIQLANDI like
  • 12 Apr 14:54  
Digərləri Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat Səbəb AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən - aprelin 11-də keçirilən ic

arrow Ətraflı
Azərbaycanda ən çox viza bu ölkələrə verilib  SİYAHI like
  • 12 Apr 14:39  
Digərləri Azərbaycanda ən çox viza bu ölkələrə verilib SİYAHI

2024-cü ildə Azərbaycanda ən çox hansı ölkələrə viza verilib?

arrow Ətraflı
İranla sərhəddə atışma: Ölən və saxlanılan var like
  • 12 Apr 14:30  
Digərləri İranla sərhəddə atışma: Ölən və saxlanılan var

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasit

arrow Ətraflı