"Bolt"dan həmin qəza ilə bağlı AÇIQLAMA: qanunsuz işləyibmiş


Digərləri 12 Apr 2025 15:13:00 98 0

"Bolt"dan həmin qəza ilə bağlı AÇIQLAMA: qanunsuz işləyibmiş

"Bolt tətbiqindən xidmət göstərmək üçün sürücü tərəfdaşlar tətbiq vasitəsilə qeydiyyatdan keçir. Qeydiyyat zamanı sürücüdən dövlət tərəfindən təyin olunan tələblərə əsasən sənədlərin yüklənməsi tələb olunur."

Son.az xəbər verir ki, bu barədə "Bolt" taksi şirkəti aprelin 10-da Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı yaydığı məlumatda qeyd edib.

Bildirilib ki, sənədlərin yoxlanılıb təsdiqindən sonra tərəfdaş sürücüyə sürücü hesabı açılır və həmən şəxs fəaliyyətə başlayır. Bu proses sahibkarlar tərəfindən qurulan və işlədilən avtoparklarda fəaliyyət göstərən sürücülərin qeydiyyatı üçün də eynidir:

"Aprelin 10-da baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü tərəfindən saat 12:59-da sifariş qəbul olunmuş və saat 13:11-də sərnişin göstərilən ünvandan götürülüb. Qeyd edək ki, qeydiyyatdan keçmiş sürücü həmin gün, qəza baş verməzdən əvvəl saat 10:18-də şəxsiyyətin yoxlanılması və təsdiqlənməsi mərhələsindən keçib.  

Qəza törətmiş avtomobilin buraxılış kartı bu il yanvarın 23-də yoxlanılıb. Həmin avtomobil tərəfindən ilk sifariş isə 23 yanvar tarixində icra olunub. Aparılan araşdırma nəticəsində müəyyən olunub ki, qəzanı törədən avtomobilin buraxılış kartı aprelin 8-də müvafiq dövlət qurumu tərəfindən ləğv edilib.

Adətən bu kimi hallarda avtomobilin "Bolt" platformasında fəaliyyətinin dayandırılması bloklanma prosesi əsasında qısa müddət ərzində həyata keçirilir. "Bolt" şirkəti buraxılış kartlarının səhihliyini və mövcudluğunu müvafiq dövlət qurumunun məlumatları əsasında mütəmadi yoxlayır və buraxılış kartı olmayan avtomobillərin fəaliyyətini ən qısa müddətdə (1 gün ərzində) bloklayır. Lakin aprelin 10-da taksi parkı tərəfindən bu nəqliyyat vasitəsi və müvafiq icazələri, o cümlədən sertifikatı olmayan sürücü daşımalara cəlb edilib. Bu cür hallar yolverilməzdir və qanunvericiliyin pozulması kimi qiymətləndirilir".

Aeroport yolunda maşın maneəyə çırpılıb, xəsarət alanlar var like
  • 12 Apr 15:05  
Digərləri Aeroport yolunda maşın maneəyə çırpılıb, xəsarət alanlar var

Bakıda maşın maneəyə çırpılıb, 2 nəfər xəsarət alıb.

arrow Ətraflı
Antalyada Azərbaycan və Rusiya XİN başçılarının görüşü keçirilir like
  • 12 Apr 14:58  
Siyasət Antalyada Azərbaycan və Rusiya XİN başçılarının görüşü keçirilir

12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu

arrow Ətraflı
Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat  Səbəb AÇIQLANDI like
  • 12 Apr 14:54  
Digərləri Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat Səbəb AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən - aprelin 11-də keçirilən ic

arrow Ətraflı
Azərbaycanda ən çox viza bu ölkələrə verilib  SİYAHI like
  • 12 Apr 14:39  
Digərləri Azərbaycanda ən çox viza bu ölkələrə verilib SİYAHI

2024-cü ildə Azərbaycanda ən çox hansı ölkələrə viza verilib?

arrow Ətraflı
İranla sərhəddə atışma: Ölən və saxlanılan var like
  • 12 Apr 14:30  
Digərləri İranla sərhəddə atışma: Ölən və saxlanılan var

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasit

arrow Ətraflı
Nəticələrindən narazı olan şagirdlərə DİMdən CAVAB like
  • 12 Apr 14:16  
Digərləri Nəticələrindən narazı olan şagirdlərə DİMdən CAVAB

Martın 2-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlan

arrow Ətraflı
Sülh sazişinin imzalanması üçün həyata keçirilməsi zəruri olan növbəti addımlar var  Bayramov like
  • 12 Apr 14:07  
Siyasət Sülh sazişinin imzalanması üçün həyata keçirilməsi zəruri olan növbəti addımlar var Bayramov

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün həy

arrow Ətraflı
Meyvənin çərdəyini uddu, ağciyərini kəsib götürdülər  FOTO like
  • 12 Apr 14:00  
Digərləri Meyvənin çərdəyini uddu, ağciyərini kəsib götürdülər FOTO

Trabzonun Akçaabat rayonunda yaşayan 66 yaşlı Fatma Karabacak udduğu meyv�

arrow Ətraflı
27 yaşlı model vəfat etdi like
  • 12 Apr 13:56  
Şou-biznes 27 yaşlı model vəfat etdi

Avstraliyalı model Lüsi Markoviç 27 yaşında vəfat edib.

arrow Ətraflı
Ceyhun Bayramov və Mirzoyan normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər like
  • 12 Apr 13:30  
Siyasət Ceyhun Bayramov və Mirzoyan normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər

12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu

arrow Ətraflı