Məşhur həkimdən tövsiyə: Yeməkdən yarım saat sonra için – həm ürəyi, həm də qaraciyəri təmizləyir
Digərləri 12 Apr 2025 15:00:00 96 0
Amerikalı tanınmış həkim Dr. Eric Bergin sözlərinə görə gündəlik həyatınıza əlavə edəcəyiniz sadə vərdiş orqanizminizi zərərli maddələrdən təmizləyəcək.
Bu xəbəri də oxu: Uşaq çarpayılarında zəhərli maddə tapıldı Valideynlərin diqqətinə
Son.az xəbər verir ki, söhbət limonlu sudan gedir. Bu təbii içki, xüsusilə yeməkdən sonra qəbul edildikdə, ürək və qaraciyər sağlamlığı üçün faydalıdır.
Onun izahına görə limon suyunun tərkibindəki faydalı maddələr, xüsusilə də "choline" adlı birləşmə qaraciyərdəki yağlanmanı azalda bilər. Həkim bildirir ki, qaraciyər yağlanması (hepatik steatoz) vaxtında qarşısı alınmazsa, uzunmüddətli ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Limon suyu isə bu yağların parçalanmasına kömək edən fitobesinlərlə zəngindir.
Həkimin vurğuladığı başqa bir məqam da limon suyunun ödə müsbət təsir göstərməsidir. Öd çatışmazlığı bədəndə artıq xolesterin yığılmasına səbəb ola bilər. Limon suyu isə bu tarazlığı bərpa etməyə yardım edir.
Limon suyu arıqlamağa birbaşa təsir etməsə də, qanda şəkəri tənzimləyərək və insulini aşağı salaraq dolayısı ilə çəki atmağa kömək edə bilər. Dr. Bergin fikrincə artıq çəkidən qurtulmaq istəyənlər "necə arıqlayım?" sualından çox, "insulini necə azaldım?" sualına cavab axtarmalıdır. Limonlu su isə bu prosesdə təbii bir vasitə ola bilər.
Bundan əlavə, limon suyunun böyrək daşlarının yaranmasının qarşısını almaq gücündə olduğu da qeyd edilir. Tərkibindəki sitrik turşu, oksalat adlı maddə ilə birləşərək daş əmələ gəlmə riskini azalda bilər. Xüsusilə böyrək daşı keçirmiş şəxslər üçün bu vərdiş önəmli profilaktik rol oynaya bilər.
Hətta heyvanlar üzərində aparılan bəzi araşdırmalar limonlu suyun ömür uzunluğuna da müsbət təsir etdiyini göstərib.
Limonun tərkibindəki naringin adlı maddənin damar tıxanıqlığı, hemorroid, varikoz və hətta Alzheimer xəstəliyinə qarşı qoruyucu potensiala malik olduğu da vurğulanır.
Ancaq Dr. Berg bir neçə mühüm detallara da diqqət çəkir:
Limonlu suyu yeməkdən dərhal əvvəl içmək mədə turşusunu poza bilər. Ona görə də yeməkdən ən az 30 dəqiqə sonra içilməsi tövsiyə olunur. Diş minasını qorumaq üçün limon suyu mümkün qədər pipetlə içilməlidir. Mədə xorası və ya qastrit problemi olanların bu vərdişdən uzaq durması məsləhətdir.Nəticə etibarilə, limonlu su içmək sadə, əlçatan və sağlamlıq baxımından faydalı bir vərdişdir. Ancaq hər bir təbii üsul kimi, o da sağlam həyat tərzinin bir hissəi olaraq düşünülməlidir. Yəni balanslı qidalanma, idman, siqaretdən uzaq durma və stresin idarəsi ilə birlikdə tətbiq edildikdə təsiri daha çox hiss ediləcək. Mədə problemi olan şəxslər isə mütləq həkimlə məsləhətləşməlidirlər.
İsmayıl Son.az
12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu

Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən - aprelin 11-də keçirilən ic

2024-cü ildə Azərbaycanda ən çox hansı ölkələrə viza verilib?

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasit

Azərbaycan Konstitusiyasında müasir Ermənistanın heç bir coğrafi adı və

Martın 2-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlan

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün həy

Zəngəzur dəhlizi Ermənistanın iqtisadi təcriddən çıxması üçün yaxş

Trabzonun Akçaabat rayonunda yaşayan 66 yaşlı Fatma Karabacak udduğu meyv�

Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsindən sonra re

Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əm

12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu

"Sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı cəna
