Milli Məclisin sədri Sahibə Qafarova İsrail Knessetinin sədri Amir Ohana ilə görüşüb
Siyasət 06 Apr 2025 14:39:00 79 0
Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Daşkənd şəhərində İsrail Knessetinin sədri Amir Ohana ilə görüşüb.
Bu xəbəri də oxu: Mövqelərimiz intensiv atəşə tutuldu
Trend xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluq ifadə edilib. Xüsusilə iqtisadi-ticari, enerji sahəsində geniş əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolu xüsusilə qeyd olunub.
Söhbət zamanı qanunverici orqanlar arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına töhfələri barədə də fikirlər səsləndirilib. Qarşılıqlı səfərlərin, aparılan səmərəli dialoqun əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyi bildirilib.
Milli Məclisin spikeri Sahibə Qafarova görüşdə ölkəmizdə mövcud olan və möhkəm əsaslara malik tolerantlıq və multikulturalizm ənənələri haqqında məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələri də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşayır. Azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətləri mövcuddur.
Həmçinin, İsraildəki Azərbaycan diasporunun, İsraildə yaşayan yəhudi əsilli soydaşlarımızın da ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verdikləri diqqətə çatdırılıb.
İsrail Knessetinin sədri sülh, birgə yaşayış dəyərlərini qoruyub inkişaf etdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, İsrail ilə Azərbaycan arasında mövcud əlaqələrdən məmnunluğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
ABŞ prezidenti Donald Trampı, əgər o, Krımı, Donbası, Xerson və Zaporojy

Xəbər verdiyimiz kimi, 'Kızılcık Şerbeti' serialında 'Pembe

Türkiyənin şimalında yerləşən Çorum şəhərində baş vermiş yol-nəql

Polşa Rusiyanın hərəkətlərinə görə aviasiyasını havaya qaldırıb.

Bakı Konqres Mərkəzi texniki səbəblərlə əlaqədar olaraq qısa müddətl

Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni

Kocaelidə 650 nəfərin zəhərlənməsinə səbəb olan donerçidə işçilər

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yeni təyinat olub.

Azərbaycanda aprelin 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Parlamentlərarası İttifaqı

Kiyevdə növbəti bir sıra güclü partlayışlar baş verdiyi bildirilib.

"Çox vaxt oğlan evi gələndə demək lazımdır ki, gedək qızılı bir

Hər il Azərbaycan daxili tələbatı ödəmək üçün ərzaq məhsullarının
