Bayraktar: Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır
Siyasət 06 Apr 2025 13:21:00 59 0
Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır.
Bu xəbəri də oxu: İnklüzivlik bütün sahələrdə gender pariteti və bərabərlik mədəniyyəti tələb edir Sevil Mikayılova Daşkənddə IPU Assambleyasında FOTO
Son.az report.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Anadolu"ya müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanda istehsal olunacaq elektrik enerjisinin, xüsusilə də bərpa olunan enerjinin Gürcüstan və Naxçıvan üzərindən Türkiyəyə ötürülməsi imkanları nəzərdən keçirilir: "Əlbəttə, biz bunu Avropa bazarı ilə birləşdirmək istəyirik".
Nazir, həmçinin söyləyib ki, Türkiyə bu il Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin iclasına ev sahibliyi edəcək: "Azərbaycanla davam edən ikitərəfli əməkdaşlığı çoxtərəfli əməkdaşlığa çevirməyi və beləliklə iqtisadi həcmi genişləndirməyi planlaşdırırıq".
Xəzər dənizindən təbii qazın əvvəlcə Türkiyəyə, oradan da Avropaya nəqlini təmin edən Cənub Qaz Dəhlizinin dünya miqyaslı layihə olduğunu vurğulayan Bayraktar bunun iki ölkə liderlərinin güclü siyasi iradəsi sayəsində həyata keçirildiyini qeyd edib.
"Məqsədimiz 16 milyard kubmetr tutumlu TANAP-ı 31 milyard kubmetrə çatdırmaqdır. Türkiyə hər zaman olduğu kimi həm mühüm bazar, həm də təbii qaz mərkəzi olaraq üzərinə düşəni etməyə hazırdır. Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan xətti ilə Türkiyə üzərindən nəqli dünya neft bazarlarına əhəmiyyətli töhfələr verir".
Kocaelidə 650 nəfərin zəhərlənməsinə səbəb olan donerçidə işçilər

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yeni təyinat olub.

Azərbaycanda aprelin 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Parlamentlərarası İttifaqı

Kiyevdə növbəti bir sıra güclü partlayışlar baş verdiyi bildirilib.

"Çox vaxt oğlan evi gələndə demək lazımdır ki, gedək qızılı bir

Hər il Azərbaycan daxili tələbatı ödəmək üçün ərzaq məhsullarının

"Pensiya müavinətdən həmişə yüksək olub. Çünki vətəndaş vaxtil

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytax

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisin

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina h

Ötən gecə saat 22:30-da Sabunçu rayonu, aeroport şosesində ağır yol-nəq
