Bu məhsulun qiyməti sürətlə artır nə etmək lazımdır?
Digərləri 06 Apr 2025 11:47:00 67 0
Hər il Azərbaycan daxili tələbatı ödəmək üçün ərzaq məhsullarının idxalına milyonlarla dollar vəsait xərcləyir. Ən çox vəsait xərclənən məhsullar içərisində kərə yağı da üstünlük təşkil edir. Kərə yağının qiyməti isə sürətlə artır. Hər ay böyük miqdarda valyuta xaricə axır. Məsələn, bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu həcmdə yağın dəyəri 36 milyon 843 min ABŞ dollar təşkil edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 370 ton (79.8%), dəyər baxımından isə 21 milyon 287 min ABŞ dolları (2.4 dəfə) çoxdur.
Bu xəbəri də oxu: Özlərini polis və prokuror kimi təqdim edənlər professoru belə aldatılar
Bəs, görəsən, ölkə daxilində kərə yağı istehsalını artırmaq üçün niyə tədbirlər görülmür? Bu istiqamətdə hansı addımlar atıla bilər?
Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
Emal müəssisələri effektiv işləmir
İqtisadçı-ekspert Cəfər İbrahimli deyir ki, yağ istehsalını artırmaq üçün ölkədə kifayət qədər intensiv südçülük təsərrüfatları olmalıdır: "Əslində Azərbaycanda belə təsərrüfatlar mövcuddur. Amma məhsuldar heyvan sayı yetərli deyil. Bizdə olan say təxminən 100 min baş civarındadır. Əsas yük ailə təsərrüfatlarının üzərindədir. Statistik rəqəmlərə əsasən, bu təsərrüfatların istehsal etdiyi süd ümumi istehsalın təxminən 80 faizini təşkil edir. Yəni, südün yalnız 20 faizi intensiv təsərrüfatlardan gəlir. Ölkədə 2 milyon 200 min iribuynuzlu heyvan var. Onların çoxu məhsuldar deyil, tamamilə cırlaşıb. Dolayısıyla, biz ailə təsərrüfatlarındakı cırlaşmış heyvanları damazlıq və məhsuldar heyvanlarla əvəzləyə bilsək, süd istehsalının artması çərçivəsində kərə yağına olan tələbatın daha da yaxşılaşdırılmasına nail ola bilərik. Çünki idxalı tamamilə sıfırlamaq çətin məsələdir".
Ekspertin sözlərinə görə, Azərbaycanda emal məsələsi istənilən səviyyədə olmadığı üçün süd böyük həcmdə itkiyə gedir: "Hesab edirəm ki, ölkədə süd məhsullarının emal sənayesinin inkişafı məsələsi təkrar gözdən keçirilməlidir. Təhlillərə görə, bu müəssisələr effektiv işləmirlər. Daxili bazarda fermerlərdən vaxtında və uyğun qiymətlərlə məhsulu almadıqları üçün istər-istəməz istehsalda kəsintilər yaranır. Əgər kəsintilər aradan qaldırılarsa, idxaldan asılılığı 80 faizə yaxın azaltmaq olar. Bu addımlar təkcə kərə yağı istehsalını artırmayacaq. Eyni zamanda, kərə yağı istehsalından sonra digər süd məhsullarının istehsalını da təmin edəcək".
Böyük həcmdə investisiyalara ehtiyac var
"Pensiya müavinətdən həmişə yüksək olub. Çünki vətəndaş vaxtil

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytax

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisin

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina h

Ötən gecə saat 22:30-da Sabunçu rayonu, aeroport şosesində ağır yol-nəq

Gəncədə 23 yaşlı oğlanın boğazı kəsilib.

Aparıcı Zamirə Dadaşova "Space TV"dən çıxıb.

Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 10:00-a olan məlumatın

NATO-nun baş katibi Mark Rütte bildirib ki, Avropa ölkələri öz hərbi xər

Bakıda hava şəraiti kəskin pisləşəcək.

Fransa Prezidenti Emmanuel Makron Ukraynada sülhlə bağlı Rusiya rəhbərliyi
