Bakı Konqres Mərkəzindəki bütün tədbirlər dayandırıldı


Digərləri 06 Apr 2025 13:33:00 75 0

Bakı Konqres Mərkəzindəki bütün tədbirlər dayandırıldı

Bakı Konqres Mərkəzi texniki səbəblərlə əlaqədar olaraq qısa müddətli təmir işlərinə başlayır. Bu müddət ərzində Mərkəzdə keçirilməsi planlaşdırılan bütün tədbirlər tam şəkildə dayandırılıb.

Son.az xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.

Məlumata görə, aprelin 5-də Mərkəzdə keçirilmiş konsert proqramından sonra "Auditoriya" zalında quraşdırılmış innovativ hərəkətli döşəmə sistemində yaranan texniki nasazlıq səbəbi ilə, avadanlığın təmiri, yoxlanılması və kalibrlənməsi üçün xarici mütəxəssislərin dəvət edilməsi tələb olunur. Yüksək texnoloji və kompleks quruluşa malik bu sistemin yalnız istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən bərpa edilə biləcəyi qeyd olunur.

Mərkəzdən verilən məlumata görə, təhlükəsizlik və avadanlığın düzgün fəaliyyəti təmin olunmadan tədbirlərin keçirilməsi mümkün deyil. Qeyd olunan səbəblərlə əlaqədar olaraq yaxın müddətdə "Auditoriya" zalında hərəkətli döşəmə sistemindən istifadəni nəzərdə tutan bütün planlaşdırılmış tədbirlər təmir işləri başa çatanadək tam şəkildə dayandırılıb. Mərkəz yaranan narahatlığa görə üzr istəyib və tədbirlərin təhlükəsiz və keyfiyyətli şəkildə keçirilməsi üçün bütün zəruri addımların atıldığını bildirib.

Məlumata görə, təmir bərpa işləri dövrünə təsadüf edən və ləğv olunmuş tədbirlər üzrə əldə olunmuş biletlərlə bağlı məsələlər üzrə iticket.az-a müraciət edilməsi tövsiyə olunub.

Qeyd olunur ki, artıq xarici mütəxəssislərin cəlb edilməsi və ehtiyat hissələrinin sifarişi ilə bağlı zəruri işlərə başlanılıb. Prosesin nə qədər vaxt alacağı barədə dəqiq müddət göstərilməsə də, Mərkəzin komandası işlərin mümkün qədər tez başa çatdırılmasına çalışır.

Məlumatda həmçinin bildirilib ki, texniki sistemin funksionallığı bərpa edildikdən sonra Bakı Konqres Mərkəzi tədbirlərin qəbulunu əvvəlki səviyyədə davam etdirəcək.

Tələbə dəm qazından öldü like
  • 06 Apr 13:27  
Digərləri Tələbə dəm qazından öldü

Qərbi Kaspi Universitetinin tələbəsi faciəvi şəkildə ölüb.

arrow Ətraflı
650 nəfəri belə zəhərlədilər!  Dönərçidən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR like
  • 06 Apr 13:10  
Dünya 650 nəfəri belə zəhərlədilər! Dönərçidən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Kocaelidə 650 nəfərin zəhərlənməsinə səbəb olan donerçidə işçilər

arrow Ətraflı
Asif Əhmədov bu xəstəxanaya direktor təyin olundu like
  • 06 Apr 12:59  
Digərləri Asif Əhmədov bu xəstəxanaya direktor təyin olundu

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yeni təyinat olub.

arrow Ətraflı
Sabah Bakıda 24 dərəcə isti olacaq like
  • 06 Apr 12:58  
Digərləri Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanda aprelin 7-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Kiyevdə güclü partlayışlar baş verdi like
  • 06 Apr 12:34  
Dünya Kiyevdə güclü partlayışlar baş verdi

Kiyevdə növbəti bir sıra güclü partlayışlar baş verdiyi bildirilib.

arrow Ətraflı
"Bu, tezbazar toy edən ailələrdə olur" like
  • 06 Apr 12:19  
Şou-biznes "Bu, tezbazar toy edən ailələrdə olur"

"Çox vaxt oğlan evi gələndə demək lazımdır ki, gedək qızılı bir

arrow Ətraflı
ABŞdə daşqınlar: Ölənlər var like
  • 06 Apr 12:11  
Dünya ABŞdə daşqınlar: Ölənlər var

Güclü leysan yağışları ABŞ-nin mərkəzi ştatlarında dağıdıcı daşq

arrow Ətraflı
Bu məhsulun qiyməti sürətlə artır  nə etmək lazımdır? like
  • 06 Apr 11:47  
Digərləri Bu məhsulun qiyməti sürətlə artır nə etmək lazımdır?

Hər il Azərbaycan daxili tələbatı ödəmək üçün ərzaq məhsullarının

arrow Ətraflı
11ci sinif şagirdi vəfat etdi like
  • 06 Apr 11:37  
Digərləri 11ci sinif şagirdi vəfat etdi

Siyəzəndə 11-ci sinif şagirdi Həlimə Mayılova vəfat edib.

arrow Ətraflı
Müavinət və təqaüdlər artırılacaq  Bu tarixdə like
  • 06 Apr 11:33  
Digərləri Müavinət və təqaüdlər artırılacaq Bu tarixdə

"Pensiya müavinətdən həmişə yüksək olub. Çünki vətəndaş vaxtil

arrow Ətraflı
FHN qəzaya düşən avtomobildəki sürücünü xilas edib like
  • 06 Apr 11:25  
Digərləri FHN qəzaya düşən avtomobildəki sürücünü xilas edib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytax

arrow Ətraflı
Azərbaycanda daha bir mina partladı  Xəsarət alan var like
  • 06 Apr 11:11  
Digərləri Azərbaycanda daha bir mina partladı Xəsarət alan var

Bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisin

arrow Ətraflı