Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadəsi: Meyitləri çıxaranda yaralandım


Kriminal 01 Apr 2025 19:22:00 63 0

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadəsi: Meyitləri çıxaranda yaralandım

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası aprelin 1-də davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Məhkəmənin bugünkü iclasında Ermənistanın dövlət qurumlarının, vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən şəxs Ruben Vardanyan 2020-ci ilin dekabr ayında qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərərçəkmiş şəxslər dindirilib.

İclasa sədrlik edən Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs, Azərbaycan Müdafiə Nazirliyinin işğaldan azad edilmiş Kəlbəcər rayonunun "N saylı" hərbi hissəsinin maddi-texniki təminat bölməsinin rəisi Söhbət Şükürov ifadə verərək xidmət yerinin Ermənistan silahlı qüvvələri ilə təmas xəttindən uzaq məsafədə yerləşməsinə baxmayraq, Ermənistan Silahlı Qüvvələrinin keçirdiyi hərbi təxribat zamanı minaatanlardan açılmış atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Bundan başqa, ifadə verən Azərbaycan Müdafiə Nazirliyinin "N saylı" hərbi hissəsinin tibb bölməsinin feldşeri Samir Yusifov Ermənistan Silahlı Qüvvvələri tərəfindən Kəlbəcər rayonunda genişmiqyaslı təxribat xarakterli hərəkətlər törədilməsinin qarşısı alınan zaman Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş hərbi qulluqçularının meyitlərini atəş altından çıxarmaq istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxslər Samir Kərimov, Orxan Nəcəfov, Əliyar Məmmədov, Əli Qarazadə, Qurban Qurbanov, Hüseynbala Sayıllı, Rəhman Qasımov, Ülvi Musayev, Ruslan Əliyev, Bəxtiyar Salmanov, Ariz Qəhrəmanov, Azər Abdullayev, Tofiq Abışov, Asif Mikayıllı, Qasım Qəribov, Anar Nəbiyev, Ehtiram Səmədov, Rəşmi Hümbətov, Ceyhun Rzaquliyev, Yunis Abdiyev, Dilqəm Səfərov, Əhməd Əhmədzadə və digərləri təqsirləndirilən şəxs Ruben Vardanyanı media və sosial şəbəkələr vasitəsilə tanıdıqlarını, onunla şəxsi tanışlıqlarının olmadıqlarını bildiriblər.

Onlar hərbi xidmətdə olarkən Kəlbəcər və Ağdam rayonlarında Ermənistanın hərbi təxribatı zamanı müxtəlif təyinatlı silahlardan, o cümlədən snayper tüfəngindən açılmış atəş, minaatanların mərmilərinin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarını bildiriblər.

Dindirmədən sonra zərərçəkmiş şəxslər hakimlərin, dövlət ittihamını müdafiə edən prokurorların xidmət yerləri, hərbi təxribatların törədildiyi konkret ərazilər, hadisə nəticəsində yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi və lokalizasiyası barədə suallarını cavablandırıblar.

Ardınca məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası aprelin 8-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci, 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107-ci (əhalini deportasiya etmə və məcburi köçürmə), 109-cu (təqib), 110-cu (insanları zorakılıqla yoxa çıxarma), 112-ci (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113-cü (işgəncə), 114.1-ci (muzdluluq), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1-ci, 116.0.2-ci, 116.0.10-cu, 116.0.11-ci, 116.0.16-cı, 116.0.18-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1-ci, 120.2.3-cü, 120.2.4-cü, 120.2.7-ci, 120.2.11-ci, 120.2.12-ci (qəsdən adam öldürmə), 29,120.2.1-ci, 29,120.2.3-cü, 29,120.2.4-cü, 29,120.2.7-ci, 29,120.2.11-ci, 29,120.2.12-ci (qəsdən adam öldürməyə cəhd), 192.3.1-ci (qanunsuz sahibkarlıq), 214.2.1-ci, 214.2.3-cü, 214.2.4-cü (terrorçuluq), 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.1-ci, 218.2-ci (cinayətkar birlik yaratma), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2-ci, 270-1.4-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1-ci, 279.2-ci, 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Son.az  

Aytən qonşularını belə İFŞA ETDİ  VİDEO like
  • 01 Apr 18:52  
Şou-biznes Aytən qonşularını belə İFŞA ETDİ VİDEO

Teleaparıcı Aytən Səfərova Zığ qəsəbəsinin sakinlərindən şikayət v

arrow Ətraflı
Verilişi də BAĞLANDI like
  • 01 Apr 18:50  
Şou-biznes Verilişi də BAĞLANDI

Nigar Fərhadın "Kanal S"də yayımlanan "Sözün bitdiyi an&quo

arrow Ətraflı
Kadırovla bağlı məlumat Kremli qarışdırdı: Putindən gizli... like
  • 01 Apr 18:41  
Digərləri Kadırovla bağlı məlumat Kremli qarışdırdı: Putindən gizli...

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş və hazırda fəaliyy

arrow Ətraflı
Əhaliyə XƏBƏRDARLIQ: aprelin 23də... like
  • 01 Apr 18:38  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ: aprelin 23də...

Aprelin 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə

arrow Ətraflı
Sultan Raev İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 01 Apr 18:33  
Siyasət Sultan Raev İlham Əliyevə təbrik məktubu ünvanlayıb

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İl

arrow Ətraflı
Azərbaycan Arslan Xolmurzayevi Özbəkistana təhvil verdi like
  • 01 Apr 18:28  
Kriminal Azərbaycan Arslan Xolmurzayevi Özbəkistana təhvil verdi

1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Xolmurzay

arrow Ətraflı
Dmitri Kobitski İlham Əliyevi təbrik edib like
  • 01 Apr 18:24  
Siyasət Dmitri Kobitski İlham Əliyevi təbrik edib

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski Azə

arrow Ətraflı
Hissein Brahim Taha İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 01 Apr 18:22  
Siyasət Hissein Brahim Taha İlham Əliyevə təbrik məktubu ünvanlayıb

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Azərbayc

arrow Ətraflı
Hərf tanımayan iş adamı amerikalı milyarderlə müqayisə olundu like
  • 01 Apr 18:20  
Digərləri Hərf tanımayan iş adamı amerikalı milyarderlə müqayisə olundu

"Şərur MTK"-nın sahibi İsfəndiyar Axundovun son çıxışı gü

arrow Ətraflı
QvineyaBisau Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib like
  • 01 Apr 18:19  
Siyasət QvineyaBisau Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo Prezident İlham

arrow Ətraflı
Maldiv Prezidenti İlham Əliyevi təbrik edib like
  • 01 Apr 18:18  
Siyasət Maldiv Prezidenti İlham Əliyevi təbrik edib

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Prezident İlham Əliyevi

arrow Ətraflı
Bakıda erməni müğənninin konsertini kim təşkil edir? like
  • 01 Apr 18:09  
Şou-biznes Bakıda erməni müğənninin konsertini kim təşkil edir?

Anası erməni olan, 1981-ci il təvəllüdlü rusiyalı estrada müğənnisi Al

arrow Ətraflı
Bakıda 213 "kirayə mənzil" satışa çıxarıldı like
  • 01 Apr 17:55  
Digərləri Bakıda 213 "kirayə mənzil" satışa çıxarıldı

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexani

arrow Ətraflı
“Yaşma bağları” ərazisində sürücü faciəvi şəkildə öldü like
  • 01 Apr 17:49  
Digərləri “Yaşma bağları” ərazisində sürücü faciəvi şəkildə öldü

Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı