Maldiv Prezidenti İlham Əliyevi təbrik edib
Siyasət 01 Apr 2025 18:18:00 60 0
Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Prezident İlham Əliyevi təbrik edib.
Son.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Maldiv Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimizi çatdırırıq.
Ramazan ayı mənəvi yenilənmə, düşüncə və birlik dövrüdür, insanları imana, mərhəmətə və xeyirxahlığa ilhamlandıran aydır.
Bu müqəddəs ayın başa çatmasını qeyd etdiyimiz vaxtda qoy bu bayram bizim dostluq əlaqələrimizi, əməkdaşlığımızı daha da möhkəmləndirsin, ölkələrimizə əmin-amanlıq və firavanlıq gətirsin.
Dua edirəm ki, Uca Allah Zati-alinizə və Azərbaycan xalqına sonsuz ruzi-bərəkət bəxş etsin. Bu Ramazan bayramında Sizə möhkəm cansağlığı və davamlı uğurlar arzu edirəm.
Həmçinin bu xoş fürsətdən istifadə edib İordan çayının qərb sahilində və Qəzzada fələstinlilərin iztirablarının yüngülləşdirilməsi və Fələstin xalqının öz müqəddəratını təyinetmə və paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətinin yaradılması işinə ədalətli və davamlı həll yolunun təmin edilməsi məqsədilə İslam ümmətini səylərimizi birləşdirməyə çağırıram".
"Top Qapı" restoranının sahibi barəsində inzibati icraata başlan

Anası erməni olan, 1981-ci il təvəllüdlü rusiyalı estrada müğənnisi Al

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexani

Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.

Rusiyanın "Sberbank" Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdar

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşi

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyev

Aparıcı Vüsalə Əlizadə Novruz tətilini fürsət bilib qızı Diləklə Bi

Gəncə Dövlət Universitetinin tələbəsi Nüşabə Məmmədzadə dünyasın�

İran parlamentinin Rəyasət Heyətinin üzvü Əhməd Naderi ölkəsini nüvə

Aprel ayı Oğlaqlar üçün gözlənilən dəyişikliklər və irəliləyişlə

Hindistanda partlayıcı maddələr istehsal olunan fabrikdəki partlayış nət

Rusiya ordusu Donetsk vilayətinin Razliv yaşayış məntəqəsini nəzarəti a

Səhnədə infarkt keçirən müğənni Volkan Konakla vida mərasimi keçirilir
