Kadırovla bağlı məlumat Kremli qarışdırdı: Putindən gizli...


Digərləri 01 Apr 2025 18:41:00 84 0

Kadırovla bağlı məlumat Kremli qarışdırdı: Putindən gizli...

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş və hazırda fəaliyyət göstərən əməkdaşları, Şimali Qafqaz üzrə müxbirlər və hüquq müdafiəçiləri "istories" nəşrinə bildiriblər ki, son aylarda Çeçenistanın rəhbəri Ramzan Kadırov ilə Rusiya Prezidenti Vladimir Putin arasında ciddi gərginlik müşahidə olunur.

Gərginliyin artmasına əsas səbəb kimi Kadırovun Kremlin xəbəri olmadan Yaxın Şərqdəki müsəlman monarxiyaları ilə öz ailəsinin təhlükəsizliyini və gələcəyini müzakirə etməsi göstərilir. FTX bu danışıqları qeydə alaraq birbaşa Putinə məruzə edib.

Məlumata görə, uzun müddətdir səhhətində ciddi problemlər yaşayan Kadırov, hazırda öz ailəsinin gələcəyindən narahatdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan  "PolitRus" informasiya-analitik portalının rəhbəri Vitali Arkov deyib ki, xarici qüvvələr Rusiya daxilində sabitliyi pozmağa cəhd göstərməyə davam edirlər:

"Bəzi səbəblərə görə, Şimali Qafqaz və Qara dəniz regionu onları daha çox maraqlandırır. Buraya qondarma "çərkəz problemi"nin uzun müddət təbliğ olunması, əhalinin radikal dini strukturlara cəlb edilməsi, silahlıların cəmləşməsi, terror aktlarının təşkili, siyasi-ictimai sabitliyinin pozulması daxildir. Ən çox "hədəfə alınan"lar isə Çeçenistan Respublikası və Dağıstan Respublikasıdır".

O bildirib ki, Moskva ilə Qroznı arasında münasibətlərin guya gərginləşməsi ilə bağlı yayılan şayiələr artıq uzun müddətdir ciddi maraq doğurmur:

"Hər kəs federal mərkəzin Çeçenistan Respublikasına bölgədəki xüsusi vəziyyətə və onun rəhbəri Ramzan Kadırovun çətin xarakterinə görə fərdi yanaşması olduğunu bilir. Bu, həm də onu göstərir ki, cənab Kadırov Rusiya Prezidenti Vladimir Putinin onun qarşısına qoyduğu vəzifələrin öhdəsindən gəlir. Hazırda Çeçenistan Respublikası, bəlkə də Şimali Qafqaz Federal Dairəsinin ən dinc bölgələrindən biridir. Bunu hətta turist sayının artımında da görmək olar. Onların arasında getdikcə daha çox müxtəlif dinlərin nümayəndələri və ateistlər (yalnız müsəlmanlar deyil), eləcə də qadınlar var.

Respublika yüksək sosial-iqtisadi göstəricilər nümayiş etdirir, Şimal Hərbi Dairəsində və Rusiyanın tərkibinə qayıtmış Donbass və Novorossiya vilayətlərinin bərpasında ən fəal şəkildə iştirak edir, federasiyanın digər subyektləri ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirir.

Başqa sözlə, Çeçenistan Respublikasının rəhbərliyində dəyişiklik üçün heç bir səbəb yoxdur. Amma təbii ki, bu məsələdə son söz Rusiya prezidentinə məxsusdur".

Əhaliyə XƏBƏRDARLIQ: aprelin 23də... like
  • 01 Apr 18:38  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ: aprelin 23də...

Aprelin 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə

arrow Ətraflı
Sultan Raev İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 01 Apr 18:33  
Siyasət Sultan Raev İlham Əliyevə təbrik məktubu ünvanlayıb

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İl

arrow Ətraflı
Azərbaycan Arslan Xolmurzayevi Özbəkistana təhvil verdi like
  • 01 Apr 18:28  
Kriminal Azərbaycan Arslan Xolmurzayevi Özbəkistana təhvil verdi

1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Xolmurzay

arrow Ətraflı
Dmitri Kobitski İlham Əliyevi təbrik edib like
  • 01 Apr 18:24  
Siyasət Dmitri Kobitski İlham Əliyevi təbrik edib

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski Azə

arrow Ətraflı
Hissein Brahim Taha İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 01 Apr 18:22  
Siyasət Hissein Brahim Taha İlham Əliyevə təbrik məktubu ünvanlayıb

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Azərbayc

arrow Ətraflı
Hərf tanımayan iş adamı amerikalı milyarderlə müqayisə olundu like
  • 01 Apr 18:20  
Digərləri Hərf tanımayan iş adamı amerikalı milyarderlə müqayisə olundu

"Şərur MTK"-nın sahibi İsfəndiyar Axundovun son çıxışı gü

arrow Ətraflı
QvineyaBisau Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib like
  • 01 Apr 18:19  
Siyasət QvineyaBisau Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo Prezident İlham

arrow Ətraflı
Maldiv Prezidenti İlham Əliyevi təbrik edib like
  • 01 Apr 18:18  
Siyasət Maldiv Prezidenti İlham Əliyevi təbrik edib

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Prezident İlham Əliyevi

arrow Ətraflı
Bakıda erməni müğənninin konsertini kim təşkil edir? like
  • 01 Apr 18:09  
Şou-biznes Bakıda erməni müğənninin konsertini kim təşkil edir?

Anası erməni olan, 1981-ci il təvəllüdlü rusiyalı estrada müğənnisi Al

arrow Ətraflı
Bakıda 213 "kirayə mənzil" satışa çıxarıldı like
  • 01 Apr 17:55  
Digərləri Bakıda 213 "kirayə mənzil" satışa çıxarıldı

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexani

arrow Ətraflı
“Yaşma bağları” ərazisində sürücü faciəvi şəkildə öldü like
  • 01 Apr 17:49  
Digərləri “Yaşma bağları” ərazisində sürücü faciəvi şəkildə öldü

Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı
Rəşid Temrezov İlham Əliyevi təbrik edib like
  • 01 Apr 17:47  
Siyasət Rəşid Temrezov İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşi

arrow Ətraflı
Sərdar Berdiməhəmmədov İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib like
  • 01 Apr 17:45  
Siyasət Sərdar Berdiməhəmmədov İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyev

arrow Ətraflı