Süni intellektin bizə qazandırdığı vaxta nə etməliyik? The Guardian
Digərləri 30 Mar 2025 15:09:00 73 0
Luddizmdən (qəribə hobbilər, sosial baxımdan uyğunluq problemi, izaholunmaz geyim seçimləri və s.), ilhamlanan biri kimi görünsəm də etiraf etməliyəm ki, avtomatlaşdırma bəzi darıxdırıcı işləri daha dözümlü edib.
Bu xəbəri də oxu: Maqnit kimi pulu cəlb edir! 1 ədəd qoymaq kifayətdir
Bu baxımdan yazıçı və filosof Co Qreyin fikirləri ilə razıyam. Onun "Saman itləri" adlı ekoloji nihilizm ruhlu əsərində Qrey insanların biosferi məhv edən bir növ olduğunu, eyni zamanda texnologiya vasitəsilə həyatlarını asanlaşdırdıqlarını vurğulayır. O, xüsusilə keyidici ilə aparılan stomatoloji prosedurları "birmənalı olaraq faydalı" sayır.
Mən bu siyahıya bir neçə "birmənalı faydalı" məqamı da əlavə edərdim: "YouTube"da maraqlı quş videolarına baxmaqdan zövq alıram; çox baxdıqdan sonra telefonumun məni yüngülcə gəzməyə çağırması xoşuma gəlir; və mətbəə ilə də heç bir problemim yoxdur.
Lakin "süni intellekt inqilabı" adlandırılan prosesdə məni narahat edən əsas məsələlərdən biri də onun bəzi şeyləri "sadələşdirəcəyini" vəd etməsidir - halbuki bu şeylər elə sadə olmamalıdır və mən də onların sadələşdirilməsini istəmirəm.
Texnologiyaya münasibətdə bir prinsipim var: kompüterə yalnız özüm etmək istəmədiyim və etməkdən xüsusi fayda əldə etmədiyim işləri həvalə edirəm. Məncə, kompüterin ideal modeli kalkulyatordur - əlimdə qələm-kağızla otursam, ehtimal ki, kalkulyatora verdiyim hesablamaların çoxunu özüm də edə bilərəm. Amma bu, vaxt aparar və mən məşğul adamam (çoxlu maraqlı quş videoları izləməliyəm), ona görə bu işi kompüterə tapşırıram.
Lakin süni intellektin mənim adımdan yerinə yetirməyə çalışdığı əksər işləri ona həvalə etməyə razı deyiləm. Məsələn, dostlarımın mənə göndərdiyi mesajların məğzinin qısaldılmasını istəmirəm - sevdiklərimin həyatından xəbərdar olmaq işi necə yəni ağır və ya yaşamın əsas hissəsi deyil? Axtarış nəticələrimi "Google"un süni intellekti vasitəsilə səthi bir xülasəyə çevirmək istəmirəm - insanların hazırladığı araşdırmaları oxumağa üstünlük verirəm. Telefonda çəkdiyim, qarışıqlığı və qəribəliyi ilə maraqlı olan şəkillərin süni intellekt tərəfindən "təmizlənməsini" də istəmirəm.
Və əlbəttə ki, kitablarımı süni intellektin yazmasını, şəkillərimi onun çəkməsini də qəbul etmirəm. Belə bir nəticə təkcə pis olmazdı - ümumiyyətlə, nəticə sayılmazdı. Yaradıcılıqla məşğul olanlar yaxşı bilirlər: kitab yazmağın sevinci prosesi bitirdikdən sonra deyil, məhz yazarkən yaşanır. Əgər yaradıcı işi kompüterə təhvil verirsənsə, deməli, sən yaradıcı deyilsən. Yalnız məhsul istehsal edən insan sənətçi deyil - o, satıcıdır. Sənətçi yaradan insandır, sadəcə yaratmış olan yox.
Sadə desək: bu "yaşam aktının qısaldılması" yürüşünün bizi hara aparacağını bilmirəm. Süni intellekt bizə vaxt qazandıracağını vəd edir. Amma əgər bu vaxt bizə öyrənmək, yazmaq, rəsm çəkmək və dünyanı kəşf etməkdən imtina etdirərək qazandırılırsa, o zaman bu vaxtla nə etməliyik?
Getdikcə daha aydın görünür ki, kompüter mənim həyatıma mənim əvəzimə yaşaya bilər - mən isə zəifləyib, evdən çıxmadan oturarım. Əgər həyatımı "ChatGPT" sorğularına endirsəm, bu, həyatımı daha yaxşı etməz - sadəcə, qısaldar. Texnologiya sektorunun nümayəndələri nə deyirsə desin, bu ikisi eyni şey deyil.
Cozef Erp - tənqidçi, rəssam və yazıçı. Tərcümə: Valyuta.az
Xəbərə aid video
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ölüb.

Bir neçə ölkədə Ramazan bayramı sabah qeyd olunacaq. Son.az azxeber.c

Yerin maqnit sahəsi və fırlanma hərəkətindən enerji əldə etməyi hədə

İran ABŞ Prezidenti Donald Trampın məktubuna cavab verib və cavab ABŞ-a ç

Türkiyə cənub sərhədlərində qeyri- sabitliyi davam etdirmək istəyənlə

Son 5 gün ərzində Bakıya region avtovağzallarından 2 847 reyslə 25 790 s�

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirl�

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1700-ü ötüb

Almaniyanın Şimal dənizindəki Vanqeroqe adası görünməmiş kadr böhranı

Antarktidadakı SANAE IV tədqiqat bazasında alimlər arasında yaranan gərgin

Aktrisa Ülviyyə Xalinbəyovanın başına maraqlı hadisə gəlib.

Lori Santos - "Harvard" Universitetində təhsil almış xoşbəxtlik

İran ABŞ-ın istənilən hücumuna cavab olaraq Dieqo Qarsiyada yerləşən AB

Arxeoloqlar Çində apardıqları qazıntılar zamanı misli görünməmiş bir
