53 min insanın öldüyü "əsrin fəlakəti"ndən 3 il ötür...


Digərləri 06 Fev 2026 12:12:00 73 0

53 min insanın öldüyü "əsrin fəlakəti"ndən 3 il ötür...

Türkiyədə əsrin fəlakəti kimi tarixə düşən Kahramanmaraş mərkəzli 7,8 və 7,5 bal gücündəki iki dağıdıcı zəlzələdən 3 il ötür. On minlərlə insanın həyatına son qoyan bu faciə yaddaşlarda silinməz iz buraxdı.

Son.az həmin gecəki hadisə barədə geniş məlumatı təqdim edir:  

2023-cü ilin 6 fevral gecəsi baş verən güclü yeraltı təkanlar Kahramanmaraş, Hatay, Adıyaman, Malatya, Qaziantep, Adana, Kilis, Osmaniye, Diyarbəkir, Şanlıurfa və Elazığ da daxil olmaqla 11 əyaləti yerlə-yeksan etdi. Rəsmi məlumatlara görə, 53 mindən çox insan həyatını itirdi, yüz minlərlə vətəndaş yaralandı.

Saat 04:17-də baş verən ilk zəlzələ milyonlarla insanı yuxuda yaxaladı. Cəmi 9 saat sonra isə mərkəzi Kahramanmaraşın Elbistan rayonu olan 7,6 bal gücündə ikinci zəlzələ baş verdi. Bu iki nəhəng təkan birlikdə 500 atom bombasına bərabər enerji yaratdı və 120 min kvadrat kilometr ərazidə dağıntılara səbəb oldu.

Zəlzələnin gücü o qədər böyük idi ki, bəzi bölgələrdə coğrafi relyef belə dəyişdi. Hatayda 400 metr uzunluğunda nəhəng yarıq yarandı, Qaziantepdə iki təpə birləşdi, Nurdağı rayonunun Gökçedere kəndi isə iki yerə bölündü. Kahramanmaraşın Çiğli kəndi 6,5 metr, Değirmenkaya kəndi isə 6 metr yerini dəyişdi.

Ümumilikdə 105 saniyə davam edən fəlakət nəticəsində təxminən 40 min bina tamamilə dağıldı, 200 mindən çox tikili isə ağır zərər gördü. Şəhərlər bir anın içində dağıntı sahələrinə çevrildi və dağıntılar altında qalan insanlar üçün zamana qarşı mübarizə başladı.

Axtarış-xilasetmə əməliyyatlarına AFAD, UMKE, Türk Silahlı Qüvvələri, polis, jandarma, mədənçilər, səhiyyə işçiləri və minlərlə könüllü cəlb edildi. Türkiyənin verdiyi 4-cü səviyyəli beynəlxalq yardım çağırışından sonra 90 ölkədən gələn xilasetmə qrupları ilə birlikdə 200 mindən çox personal zəlzələ bölgəsində fəaliyyət göstərdi.

Qeyd edək ki, həyatını itirənlər arasında 4 nəfər azərbaycanlı tələbə də olub.

Bu qaranlıq günlərdə möcüzələr də yaşandı... 1,5 yaşlı Sela, 6 aylıq Yiğit, İnci, Asya, Masal və 11-ci gündə dağıntılar altından sağ çıxarılan Aleyna Ölmez ümidin adı oldu.

Zəlzələdən sonra milyonlarla insan evsiz qaldı. Fəlakət qurbanları üçün 645 min çadır quruldu və bu çadırlar 2,5 milyon insanın müvəqqəti evi oldu. Daha sonra konteyner şəhərcikləri yaradıldı, 80 gün sonra isə zərərçəkən ailələrin bir qismi yeni tikilmiş kənd evlərinə köçürüldü.

Üç il keçsə də, Kahramanmaraş zəlzələsi təkcə dağıdılmış şəhərlərin deyil, yarımçıq qalan həyatların, səssiz çığırtıların və unudulmayan ağrıların simvolu olaraq yaddaşlarda qalmağa davam edir.

Fidan Son.az

Polis radiosundan edilən anons və kamera görüntüləri:


Xəbərə aid video

"İdrak" liseyində şagird müəllimini niyə güllələyib?  Hadisənin gizli səbəbi like
  • 06 Fev 12:00  
Digərləri "İdrak" liseyində şagird müəllimini niyə güllələyib? Hadisənin gizli səbəbi

"İdrak" liseyində şagirdin müəllimi güllələməsi cəmiyyətdə

arrow Ətraflı
Bakıda yarım kiloqramlıq körpə doğuldu like
  • 06 Fev 11:28  
Digərləri Bakıda yarım kiloqramlıq körpə doğuldu

Bakıda hamiləliyin 23-cü həftəsində 540 qram bədən çəkisi ilə dünyay

arrow Ətraflı
İdrak liseyinin önündən GÖRÜNTÜLƏR like
  • 06 Fev 11:23  
Digərləri İdrak liseyinin önündən GÖRÜNTÜLƏR

Bakıda yerləşən "İdrak" liseyində şagird müəllimi güllələy

arrow Ətraflı
Güllələnən müəllimin vəziyyəti orta ağırdır  KTMdən AÇIQLAMA like
  • 06 Fev 11:16  
Digərləri Güllələnən müəllimin vəziyyəti orta ağırdır KTMdən AÇIQLAMA

06.02.2026-ci il tarixində saat 09:10 radələrində Respublika Təcili və Tə

arrow Ətraflı
İdrak Liseyindəki insidentlə bağlı cinayət işi başlandı  YENİLƏNİB like
  • 06 Fev 11:14  
Digərləri İdrak Liseyindəki insidentlə bağlı cinayət işi başlandı YENİLƏNİB

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bi

arrow Ətraflı
İdrak liseyi kimindir?  FOTO like
  • 06 Fev 11:10  
Digərləri İdrak liseyi kimindir? FOTO

Xəbər verdiyimiz kimi, İdrak Liseyində silahlı insident baş verib, liseyi

arrow Ətraflı
“Fatihin ayılmamağı daha yaxşı oldu” like
  • 06 Fev 10:55  
Şou-biznes “Fatihin ayılmamağı daha yaxşı oldu”

Türkiyəli müğənni Yonca Evcimik qalmaqallı açıqlaması ilə diqqət çə

arrow Ətraflı
DİNdən liseydəki silahlı insidentlə bağlı AÇIQLAMA like
  • 06 Fev 10:49  
Digərləri DİNdən liseydəki silahlı insidentlə bağlı AÇIQLAMA

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl &q

arrow Ətraflı
Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib  Direktordan AÇIQLAMA like
  • 06 Fev 10:43  
Digərləri Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib Direktordan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən İdrak Liseyində silahlı insident

arrow Ətraflı
"2 dəfə evləndim, yenə "ər çörəyi" yeyə bilmədim" like
  • 06 Fev 10:30  
Şou-biznes "2 dəfə evləndim, yenə "ər çörəyi" yeyə bilmədim"

Müğənni Aysun İsmayılova açıqlaması ilə gündəmə gəlib.

arrow Ətraflı
Milli Məclisin plenar iclasında hansı məsələlər müzakirə ediləcək? like
  • 06 Fev 10:24  
Siyasət Milli Məclisin plenar iclasında hansı məsələlər müzakirə ediləcək?

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

arrow Ətraflı
Pomidor indi yaydakından ucuzdur  SƏBƏB like
  • 06 Fev 10:20  
Digərləri Pomidor indi yaydakından ucuzdur SƏBƏB

Son günlər pomidor bazarda insanlara müxtəlif qiymətlərlə təklif olunur.

arrow Ətraflı
Maaşımızdan tutulan pullar hara və necə gedir?  AÇIQLANDI like
  • 06 Fev 10:16  
Digərləri Maaşımızdan tutulan pullar hara və necə gedir? AÇIQLANDI

2026-cı ildən etibarən Azərbaycanda əməkhaqqı hesablamaları yenidən gü

arrow Ətraflı