İdrak liseyi kimindir? FOTO
Digərləri 06 Fev 2026 11:10:00 89 0
Xəbər verdiyimiz kimi, İdrak Liseyində silahlı insident baş verib, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.
Bu xəbəri də oxu: İki şəhərdə icra başçılarının müavinlərinin sayı azaldıldı
Son.az-ın məlumatına görə, hadisənin baş verdiyi lisey 2014-cü il sentyabrın 15-də fəaliyyətə başlayıb.
Liseyin təsisçisi, pedaqoji elmlər doktoru, bir neçə elmi əsərin, çoxsaylı monoqrafiya, dərs və metodik vəsaitin müəllifi Mönsüm Alışovdur.
Mönsüm Alışov 1954-cü il iyulun 05-də Qubadlı rayonunun Çərəli kandində anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib.
2002-ci ildə Bakı şəhərində, Azərbaycan Respublikası Ali Attestasiyasında "Kompüter texnikasının köməyi ilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafıə edib.
2014-cü ildə Bakı şəhərində, Azərbaycan Respublikası Prezident Yanında Ali Attestasiyasında "Həndəsənin hazırlıq kursunun məzmunu,sistemi və təlimi metodikasının təkmilləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafıə edib. Pedoqoji elmlər doktoru, professordur.
2013- ci ildən hal-hazıra kimi İdrak liseyinin təsisçisi və tədris işləri üzrə baş məsləhətci işləyir.
Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktı ilə bağlı cinayət işi başlanıb.
Mina Mikayılova Son.az
Türkiyəli müğənni Yonca Evcimik qalmaqallı açıqlaması ilə diqqət çə
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl &q
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən İdrak Liseyində silahlı insident
Müğənni Aysun İsmayılova açıqlaması ilə gündəmə gəlib.
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb
Son günlər pomidor bazarda insanlara müxtəlif qiymətlərlə təklif olunur.
2026-cı ildən etibarən Azərbaycanda əməkhaqqı hesablamaları yenidən gü
Bakıda məşhur özəl klinikaların dövlətə böyük vergi borcu olduğu üz
ABŞ-nin İrandakı virtual səfirliyi bu il yanvarın 15-dən bəri ikinci d�
Azərbaycan Prezidenti İlham Əliyevə "Zayed İnsan Qardaşlığı"
Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan veril
Əfqanıstan vətəndaşı özünü qazax kimi təqdim edərək kandaşlara (Qa
Ceffri Epşteyn işi ilə bağlı dəhşətli iddialar üzə çıxıb
"Kuruluş Orhan" serialına yeni aktyorlar daxil olacaq.
