Öldürülən qadınlar Epşteynin əmri ilə orada basdırılıblar
Dünya 06 Fev 2026 09:45:00 262 0
Ceffri Epşteyn işi ilə bağlı dəhşətli iddialar üzə çıxıb
Bu xəbəri də oxu: Əlirza Təngsirinin öldüyü TƏSDİQLƏNDİ
ABŞ-də yetkinlik yaşına çatmayan qızları istismar edən fahişəlik şəbəkəsini idarə etməkdə ittiham olunaraq mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı istintaq sənədləri yeni və sarsıdıcı detalları üzə çıxarıb.
Son.az xarici mediaya istinadən xəbər verir ki, sənədlərdə qətl, klonlaşdırmaya bənzər gen mühəndisliyi təcrübələri və gizli dəfn iddiaları yer alır. İddialara görə, Epşteynin göstərişi ilə öldürülən qadınlar ABŞ-ın Nyu-Meksiko ştatında yerləşən Zorro rançosunun yaxınlığında torpağa tapşırılıb.
Qadınların boğularaq öldürüldüyü iddia olunur
Araşdırma materiallarında Eddi d'Aragon adlı şəxsə göndərilmiş "Məxfi: Ceffri Epşteyn" başlıqlı elektron məktub yer alıb. Həmin məktubda iki əcnəbi qadının Epşteynin əmri ilə boğularaq öldürüldüyü və Zorro rançosunun yaxınlığında dəfn edildiyi iddia edilir.
Məktubun rançoda çalışan bir şəxs tərəfindən göndərildiyi bildirilir. İddialara əsasən, qadınlar cinsi əlaqə zamanı boğularaq qətlə yetirilib və bu proses Epşteynin, eləcə də onun keçmiş sevgilisi və əlbiri olan, hazırda məhkum edilmiş Qisleyn Maksvelin göstərişi ilə həyata keçirilib.
Yetkinlik yaşına çatmayanlarla bağlı şübhəli yazışmalar
Sənədlərdə Epşteynin azyaşlılara qarşı cinsi istismarı, bir qadının intihara cəhd etdiyini etiraf etməsi və "Metyu Mellon videosu" adlandırılan materiallara keçidlər də yer alıb.
Bundan başqa, Epşteynin keçmiş sevgilisi Eva Andersson-Dubinin 2010-cu ilin avqustunda göndərdiyi e-poçt diqqət çəkir. Məktubda "Gələn həftə ziyarətə gəlin. Qızım Selinanın beş dostu gələcək" ifadəsi yer alıb.
Gen mühəndisliyi və klonlaşdırma iddiaları
İstintaq sənədlərində Brayan Bişopun Epşteynə göndərdiyi elektron məktublar da yer alır. Bişop yazışmalarda genetik modifikasiya, embrion redaktəsi və klonlaşdırmaya bənzər metodlar üzərində aparılan təcrübələrdən bəhs edir.
Onun sözlərinə görə, tətbiq olunan texnika hüceyrələrin yalnız kiçik bir hissəsində dəyişiklik yaradır və bu da "mozaik effekt"ə səbəb olur. Bişop həmçinin yeni embrion modifikasiya üsulu üzərində çalışdıqlarını və bu metodun bioloji atadan iynə tələb etmədiyini qeyd edib.
Məktublarda Ukraynadakı laboratoriyada aparılan siçan üzərində testlərə və təxminən 5 faiz səmərəliliyə nail olunduğuna da toxunulur.
Epşteynin cavab məktublarından birində isə belə yazdığı qeyd olunur: "İnvestisiya etmək problem deyil. Problem lider kimi görünməyimdir".
"Onu öldürməyə icazə verirəm" yazışması
İctimaiyyətə açıqlanan sənədlərdə ən diqqətçəkən məqamlardan biri də 2014-cü il iyunun 30-da Epşteynə göndərilmiş başqa bir e-poçtdur. Adı açıqlanmayan göndərən məktubda "Sənə onu öldürməyə icazə verirəm" ifadəsini işlədir.
Epşteynin "Xeyr" cavabına qarşılıq olaraq həmin şəxs belə yazır: "Heç kim yalan danışıb cəzasız qala bilməz. Heç kim".
Sosial şəbəkələrdə bu e-poçtun Susan Hamblin tərəfindən göndərildiyi iddia edilsə də, məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Hüseyn Son.az
"Kuruluş Orhan" serialına yeni aktyorlar daxil olacaq.
Bu gün Bakının Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Hollivudun tanınmış aktrisası Ancelina Colinin adı ABŞ tarixindəki ən b�
AnTuTu reytinqinə görə, zirvədə 4 milyon xal həddini keçən RedMagic 11 P
Bruklin Bekhem ailə münaqişəsi zəminində atası Devid Bekhemə həsr etdiy
Südün və qatığın çürüməsi yemək hazırlayarkən hər kəsin qarşıla
Samsung artıq Galaxy S21 seriyasına proqram təminatı və müntəzəm təhlü
İstifadə etdiyiniz yastıq sizi kor edə bilər.
Mütəxəssislər xəbərdarlıq edir ki, gündəlik həyatda bəzən diqqətdə
Dəridəki xallar bəzi hallarda təhlükəli ola bilər.
Daxili səthində cızıqlar olan keramika stəkanlardan istifadə sağlamlıq
Azərbaycanın "Avroviziya 2026" beynəlxalq mahnı müsabiqəsində t
ABŞ, Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)
