Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib FOTO


Siyasət 06 Fev 2026 11:50:00 86 0

Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Son.az xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, yüksək səviyyələrdə müxtəlif təmasların ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Məsud Pezeşkianın ötən il Azərbaycana rəsmi səfərinin uğurlu keçdiyini və yaxşı nəticələrin əldə olunduğunu vurğulayan Prezident İlham Əliyev bu səfərdən sonra əlaqələrimizin inkişaf etdiyini bildirdi.

Dövlətimizin başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu dedi, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıdığına əminliyini bildirdi. "Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın" deyən Azərbaycan Prezidenti ölkəmizin timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu vurğuladı.

Dövlətimizin başçısı bildirdi ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.

Qəbula görə minnətdarlığını bildirən Əziz Nəsirzadə ilk növbədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəmizə İranın dövlət başçısının göstərişi ilə səfərə gəldiyini deyən qonaq Məsud Pezeşkianın Azərbaycana böyük təəssübkeşlik nümayiş etdirdiyini vurğuladı. O, həmçinin qeyd etdi ki, İran Prezidenti ölkəmizə, o cümlədən Xankəndiyə səfərlərini böyük məmnunluq hissi ilə xatırlayır.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafı qeyd olundu, müdafiə sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Bakıda yarım kiloqramlıq körpə doğuldu like
  • 06 Fev 11:28  
Digərləri Bakıda yarım kiloqramlıq körpə doğuldu

Bakıda hamiləliyin 23-cü həftəsində 540 qram bədən çəkisi ilə dünyay

arrow Ətraflı
İdrak liseyinin önündən GÖRÜNTÜLƏR like
  • 06 Fev 11:23  
Digərləri İdrak liseyinin önündən GÖRÜNTÜLƏR

Bakıda yerləşən "İdrak" liseyində şagird müəllimi güllələy

arrow Ətraflı
Güllələnən müəllimin vəziyyəti orta ağırdır  KTMdən AÇIQLAMA like
  • 06 Fev 11:16  
Digərləri Güllələnən müəllimin vəziyyəti orta ağırdır KTMdən AÇIQLAMA

06.02.2026-ci il tarixində saat 09:10 radələrində Respublika Təcili və Tə

arrow Ətraflı
İdrak Liseyindəki insidentlə bağlı cinayət işi başlandı  YENİLƏNİB like
  • 06 Fev 11:14  
Digərləri İdrak Liseyindəki insidentlə bağlı cinayət işi başlandı YENİLƏNİB

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bi

arrow Ətraflı
İdrak liseyi kimindir?  FOTO like
  • 06 Fev 11:10  
Digərləri İdrak liseyi kimindir? FOTO

Xəbər verdiyimiz kimi, İdrak Liseyində silahlı insident baş verib, liseyi

arrow Ətraflı
“Fatihin ayılmamağı daha yaxşı oldu” like
  • 06 Fev 10:55  
Şou-biznes “Fatihin ayılmamağı daha yaxşı oldu”

Türkiyəli müğənni Yonca Evcimik qalmaqallı açıqlaması ilə diqqət çə

arrow Ətraflı
DİNdən liseydəki silahlı insidentlə bağlı AÇIQLAMA like
  • 06 Fev 10:49  
Digərləri DİNdən liseydəki silahlı insidentlə bağlı AÇIQLAMA

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl &q

arrow Ətraflı
Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib  Direktordan AÇIQLAMA like
  • 06 Fev 10:43  
Digərləri Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib Direktordan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən İdrak Liseyində silahlı insident

arrow Ətraflı
"2 dəfə evləndim, yenə "ər çörəyi" yeyə bilmədim" like
  • 06 Fev 10:30  
Şou-biznes "2 dəfə evləndim, yenə "ər çörəyi" yeyə bilmədim"

Müğənni Aysun İsmayılova açıqlaması ilə gündəmə gəlib.

arrow Ətraflı
Milli Məclisin plenar iclasında hansı məsələlər müzakirə ediləcək? like
  • 06 Fev 10:24  
Siyasət Milli Məclisin plenar iclasında hansı məsələlər müzakirə ediləcək?

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

arrow Ətraflı
Pomidor indi yaydakından ucuzdur  SƏBƏB like
  • 06 Fev 10:20  
Digərləri Pomidor indi yaydakından ucuzdur SƏBƏB

Son günlər pomidor bazarda insanlara müxtəlif qiymətlərlə təklif olunur.

arrow Ətraflı
Maaşımızdan tutulan pullar hara və necə gedir?  AÇIQLANDI like
  • 06 Fev 10:16  
Digərləri Maaşımızdan tutulan pullar hara və necə gedir? AÇIQLANDI

2026-cı ildən etibarən Azərbaycanda əməkhaqqı hesablamaları yenidən gü

arrow Ətraflı
Bakının məşhur klinikaları milyonlarla vergi borcunda  SİYAHI like
  • 06 Fev 10:05  
Digərləri Bakının məşhur klinikaları milyonlarla vergi borcunda SİYAHI

Bakıda məşhur özəl klinikaların dövlətə böyük vergi borcu olduğu üz

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 06 Fev 10:01  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyədə 4.2 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı
ABŞ vətəndaşlarına çağırış etdi: "İranı dərhal tərk edin!" like
  • 06 Fev 10:01  
Dünya ABŞ vətəndaşlarına çağırış etdi: "İranı dərhal tərk edin!"

ABŞ-nin İrandakı virtual səfirliyi bu il yanvarın 15-dən bəri ikinci d�

arrow Ətraflı