Kamaləddin Qafarov: “Ölkəmizin xarici siyasəti qlobal sülh və əməkdaşlığa real töhfələr verir”
Digərləri 06 Fev 2026 12:00:00 81 0
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ölkəmizin müasir xarici siyasət kursunun mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu". Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Bu xəbəri də oxu: Gəncədə maşınlar toqquşdu Xəsarət alanlar var
O, qeyd edib ki, bu səfər balanslı, praqmatik və çoxşaxəli diplomatiyanın konkret nəticələr doğurduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın qlobal və regional proseslərdə artan rolunu təsdiqlədi. "Xüsusilə Yaxın Şərq kimi strateji əhəmiyyətə malik bir regionda BƏƏ ilə münasibətlərin ardıcıl şəkildə dərinləşdirilməsi mövcud beynəlxalq reallıqlar fonunda uzaqgörən və çevik siyasi xəttin göstəricisi kimi dəyərləndirilməlidir. Azərbaycan-BƏƏ münasibətləri artıq təkcə siyasi dialoq müstəvisində deyil, iqtisadi, enerji və təhlükəsizlik sahələrində də strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir."
Millət vəkili vurğulayıb ki, səfər çərçivəsində imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir: "Qeyd olunmalıdır ki, "Cənub Qaz Dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının bir hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satılması ilə bağlı sənəd enerji əməkdaşlığında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu addım Azərbaycanın enerji layihələrinin beynəlxalq investisiyalar üçün cəlbediciliyini artırmaqla yanaşı, ölkəmizin etibarlı enerji tərəfdaşı statusunu daha da gücləndirir.
Paralel olaraq Azərbaycan və BƏƏ Müdafiə Nazirlikləri arasında müdafiə əməkdaşlığına dair niyyət məktubunun imzalanması təhlükəsizlik sahəsində qarşılıqlı etimadın və strateji koordinasiyanın dərinləşdiyini göstərir. Səfərin diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın iki ölkənin silahlı qüvvələrinin iştirakı ilə keçirilən "Sülh Qalxanı-2026" birgə əməliyyat-taktiki təlimini izləmələri oldu. Bu fakt Azərbaycan-BƏƏ münasibətlərinin yalnız siyasi bəyanatlar səviyyəsində deyil, praktiki müstəvidə də inkişaf etdiyini, müdafiə sahəsində real əməkdaşlığın formalaşdığını sübut edir. Birgə təlimlər regional və beynəlxalq təhlükəsizlik təşəbbüslərinə töhfə verməklə yanaşı, Azərbaycanın sülh və sabitliyə əsaslanan xarici siyasət konsepsiyasına tam uyğundur. Səfərin ən mühüm siyasi və mənəvi hadisələrindən biri isə əlbəttə ki, cənab Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdim olunmasıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İs
Bakıda hamiləliyin 23-cü həftəsində 540 qram bədən çəkisi ilə dünyay
Bakıda yerləşən "İdrak" liseyində şagird müəllimi güllələy
06.02.2026-ci il tarixində saat 09:10 radələrində Respublika Təcili və Tə
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bi
Xəbər verdiyimiz kimi, İdrak Liseyində silahlı insident baş verib, liseyi
Türkiyəli müğənni Yonca Evcimik qalmaqallı açıqlaması ilə diqqət çə
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl &q
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən İdrak Liseyində silahlı insident
Müğənni Aysun İsmayılova açıqlaması ilə gündəmə gəlib.
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb
Son günlər pomidor bazarda insanlara müxtəlif qiymətlərlə təklif olunur.
2026-cı ildən etibarən Azərbaycanda əməkhaqqı hesablamaları yenidən gü
Bakıda məşhur özəl klinikaların dövlətə böyük vergi borcu olduğu üz
