Sınıqçının öldürdüyü körpə ilə bağlı detallar: "Dedi ki, damar genişlənir deyə uşaq ağlayır"
Kriminal 27 Mar 2025 22:17:00 93 0
Biləsuvarın Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanovanın körpə uşağın ölümünə səbəb olması faktı ilə bağlı açılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bu xəbəri də oxu: Cavanşir Quliyevin yubiley yaradıcılıq gecəsi keçiriləcək
Son.az Bakupost.az-a istinadən xəbər verir ki, Nərgiz İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə, 2 yaşlı N.Qubadlı ölüb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam ölümünə səbəb olma maddəsi ilə ittiham irəli sürülüb.
Nərgiz İmanova istintaq zamanı və məhkəmədə ifadə verəndə özünü təqsirli bilib. Lakin son sözündə özünü təqsirli bilməyərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.
Onun sözlərinə görə, uşaq onun yanına iki dəfə gətirilib.
Birincidə masaj edib: "Nənəsi zəng etdi ki, uşaq yeriyə bilmir, ayağı ağrıyır. Yanıma gətirəndə baxdım ki, uşağın sol ayağı qısadır. Ailəsinə də dedim. Bir az masaj edəndən sonra apardılar. Ancaq sol tərəfini masaj etdim. Uşaq dayanmadan ağlayırdı. Uşağı aparandan sonra nənəsi yenə zəng edib uşağın ağrıdığını dedi. Mən də dedim ki, indi edəcəyim heç nə yoxdur. Səhər uşağı yenə gətirdilər. Həmin gün masaj etmədim. Nənəsi uşağı yerə qoyanda 3 addım gedəndən sonra qucağına aldı. Uşaq ağlayanda küçəyə çıxdılar. Nənəsi qışqırdı ki, uşağın halı pisləşdi. Taksi ilə xəstəxanaya getdilər. Sonra öyrəndim ki, uşaq ölüb".
Nərgiz İmanovanın sözlərindən məlum olub ki, orta təhsillidir, heç bir tibb təhsili yoxdur. Sadəcə, kənddə sınıqçı kimi tanınıb.
Uşağın atası Emin Qubadlının ifadəsindən məlum olub ki, Nəzrinin ayağında problem ayağının burxulması ilə yaranıb.
"Hadisədən 2-3 gün əvvəl evdə ayağı burxulmuşdu. Həkimə apardıq, rentgen etdilər. Amma heç bir problem olmadığını, sınıq, çıxıq olmadığını dedilər. Evə gələndən sonra ağrıları artdı, axsamağa davam etdi. Düşündük ki, damar damarın üstünə çıxar. Ona görə də, xalq təbabəti yolu ilə həll etmək üçün sınıqçı yanına apardıq. Dedi ki, uşağı sağaldacağam. Əlləri ilə uşağın iki topuğunu tutub dartdı. Bədəninin müxtəlif yerlərini möhkəm masaj etməyə başladı. Uşaq ağlayırdı. Dedi ki, damar genişlənir deyə uşaq ağlayır".
Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin üç keçmiş prezident

Ermənistanın Gümrü şəhərində seçki zamanı rüşvət vermək və almaq,

Martın 17-də Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqənin itkin düş

Türkiyənin Radio və Televiziya Ali Şurası İstanbulun həbsdə olan bələd

"2024-cü il dekabrın 24-də üzərində mənim - yəni ev sahibinin adı,

Goranboy rayonu, Dəliməmmədli kəndində üç qohum sözün əsl mənasında

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısın

Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru Əməkdar artist Rəşad Bə

Tovuzda anasının imtina etdiyi 2024-cü il təvəllüdlü körpə, martın 25-

Fransa və Böyük Britaniya yaxın günlərdə Ukraynaya birgə hərbi nümayə

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısın

Aktrisa Xəyalə Quliyeva övladları ilə istirahətə yollanıb.

Biləsuvarda film kimi cinayət hadisəsi baş verib.
