Goranboyda həkimin başına oyun açdılar


Kriminal 27 Mar 2025 21:11:00 79 0

Goranboyda həkimin başına oyun açdılar

Goranboy rayonu, Dəliməmmədli kəndində üç qohum sözün əsl mənasında həkimin başına oyun açıb. Onlar qurduqları hiyləgər planla həkimin 20 min manata yaxın pulunu ələ keçiriblər.

Son.az Musavat.com-a istinadən xəbər verir ki, kənd sakinləri Eldəniz, İmdad və Ələddin bu cinayəti törədən şəxslərdir. Onların əməlindən ziyan çəkən isə Goranboy rayonu, Dəliməmmədli kəndində Ailə Sağlamlıq Mərkəzində işləyən Natiq adlı həkim olub.

Əvvəlcə qeyd edək ki, adıçəkilən üç nəfərin hər biri daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıblar.

Bu planı quran Eldəniz olub. Eldəniz qohumları olan İmdad və Ələddinə deyib ki, Natiq həkimin yanına gedib xəstələndiyini deyərək müalicə yazmasını istəyəcək. Eldəniz həmin vaxt bacısıgildə olub və həqiqətən də soyuqdəyməsi var imiş. Natiq həkimin yanına gedərək müayinə olunub, həkim ona bir neçə dərman məsləhət görüb. Bundan sonra Natiq həkimin "qara günləri" başlayıb...

Natiq həkim başına gələnləri belə danışıb:

"Eldənizi müayinə etdim. Ev şəraitində müalicə almağı məsləhət gördüm. Təxminən bir saat sonra xəstənin bacanağı Kamal adlı (Ələddin özünü Kamal kimi təqdim edib - red.) şəxs zəng etdi. Dedi ki, dərman qəbulundan sonra xəstə şoka düşüb. Xəstəxanaya apardıqlarını bildirdi. Narahat olub vaxtaşırı mənə məlumat verməsini istədim. Yalandan xəstənin qazi olduğunu da dedi. Bildirdi ki, xəstənin həyat yoldaşı onun Bakıya - Silahlı Qüvvələrin Baş Klinik Hospitalına aparılmasını tələb edir. Mən də dedim ki, xəstə bu vəziyyətdə uzaq yola çıxmamalıdır. Kamal dedi ki, həyat yoldaşı belə istəyir və təcili yardım maşını ilə danışılıb".

Bura qədər Natiq həkimdən xəstəxana, dərman və təcili yardım maşınına ödəniş adı ilə 1050 manat alıblar.

İş bununla bitməyib. Natiq həkim deyir:

"Bir neçə gün sonra Kamal yenə zəng edib dedi ki, Eldənizin səhhəti birdən-birə pisləşib və ölüb. Eldənizin ailəsinin imkansız olduğunu, cənazənin ailəyə çatdırılması üçün kömək istədi. 200 manat verdim. Sonra bir qadın zəng edib Eldənizin arvadı olduğunu dedi. Qayınanası ilə yola getmədiyini, iki uşaqla küçədə qaldığını dedi. Yas mərasimi üçün 500 manat istədi, yenə verdim.

1 həftədən sonra bir şəxs zəng edib özünü polis kimi təqdim etdi. Məndən şikayət olduğunu, polisə gəlməli olduğumu dedi. Mən də gəlməyəcəyimi dedim. Gəlməsəm, qolubağlı gətizdirəcəyini dedi. Ona qədər də Eldənizin ailəsindən özünü onun anası, arvadı, qaynı kimi təqdim edən şəxslər yas xərcləri üçün pul istəyirdilər. Özünü polis kimi təqdim edən şəxs dedi ki, şikayətçiləri razı salmalıyam. Yas xərcləri və məzar daşı üçün 6 min pul verdim. Özünü polis kimi təqdim edən şəxs zəng edib dedi ki, şikayətçiləri razı salıb. Bunun üçün o da məndən 2 min tələb etdi. Onu da verdim".

Bütün yalanlara inanan Natiq həkim yenə də canını qurtara bilməyib. Bu işin üstü açılmasın deyə heç kimə bir söz də deməyib.

Bu dəfə də başqa bəhanə ilə Natiq həkimdən pul alıblar:

"Özünü ölənin qaynı Sərxan (bu dəfə İmdad zəng edib - red.) kimi təqdim edən şəxs zəng etdi. Ölənin ailəsinə baxdığını, xərclərinin çıxdığını dedi. Uşaqları Rusiyaya aparacağı üçün bilet pulu istədi. 840 manat verdim. Başqa-başqa yalanlara da inanıb pul vermişəm".

İstintaq zamanı məlum olub ki, Natiq həkim üç kəndlisinin toruna düşərək onlara ümumilikdə 20 min manata yaxın pul verib.

İşin üstü isə Natiq həkimin tanışlarından birinə vəziyyəti danışması ilə açılıb. Məlum olub ki, Eldəniz adlı şəxs ölməyib.

Təqsirləndirilən şəxsləri bağışlamadığını deyən Natiq həkim pulunu tələb etdiyini və onlara ağır cəza verilməsini istəyib.

Həbs edilən üç şəxs özünü təqsirli bilib və Natiq həkimin danışdığı kimi baş verənləri izah ediblər.

Məhkəmə hər üç şəxsi təqsirli bilib. Eldəniz 2 il 6 ay, İmdad 2 il 9 ay, Ələddin isə 3 il azadlıqdan məhrum ediliblər. Son.az

Əməkdar artistin vəziyyəti ağırlaşdı like
  • 27 Mar 20:58  
Şou-biznes Əməkdar artistin vəziyyəti ağırlaşdı

Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru Əməkdar artist Rəşad Bə

arrow Ətraflı
Ananın evdə günlərlə tək qoyduğu körpənin son like
  • 27 Mar 20:37  
Digərləri Ananın evdə günlərlə tək qoyduğu körpənin son

Tovuzda anasının imtina etdiyi 2024-cü il təvəllüdlü körpə, martın 25-

arrow Ətraflı
İki ölkə Ukraynaya hərbi heyət göndərir like
  • 27 Mar 20:17  
Dünya İki ölkə Ukraynaya hərbi heyət göndərir

Fransa və Böyük Britaniya yaxın günlərdə Ukraynaya birgə hərbi nümayə

arrow Ətraflı
Xəyalə övladları ilə belə dincəlir like
  • 27 Mar 20:05  
Şou-biznes Xəyalə övladları ilə belə dincəlir

Aktrisa Xəyalə Quliyeva övladları ilə istirahətə yollanıb.

arrow Ətraflı
Azərbaycanda film kimi cinayət  İki qadın, iki quzu... like
  • 27 Mar 19:54  
Kriminal Azərbaycanda film kimi cinayət İki qadın, iki quzu...

Biləsuvarda film kimi cinayət hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycanda alimlər nə qədər maaş alır? like
  • 27 Mar 19:43  
Digərləri Azərbaycanda alimlər nə qədər maaş alır?

Bu gün Azərbaycanda Elm günüdür. Elm gününün qeyd olunması bütün ölk

arrow Ətraflı
Azərbaycanlı gəncə Ukraynada yüksək vəzifə verildi like
  • 27 Mar 19:25  
Dünya Azərbaycanlı gəncə Ukraynada yüksək vəzifə verildi

Ukraynada yaşayan azərbaycanlı gənc Ramil Ağabəyov yeni vəzifəyə seçil

arrow Ətraflı
Doğum günündə şəhid olan Hikmətin qardaşı dünyaya gəldi like
  • 27 Mar 19:17  
Digərləri Doğum günündə şəhid olan Hikmətin qardaşı dünyaya gəldi

Vətən müharibəsi şəhidi Hikmət Bağırlının qardaşı doğulub.

arrow Ətraflı
NASAdan maraqlı kəşf: Qütb işıqlarının sirri açıldı like
  • 27 Mar 19:06  
Digərləri NASAdan maraqlı kəşf: Qütb işıqlarının sirri açıldı

NASA-nın Ceyms Uebb Kosmik Teleskopu ilk dəfə Neptunda parlaq aurora (qütb i

arrow Ətraflı
"Kartdan karta göndər" deyən sahibkarlardan BUNLARI TƏLƏB EDİN! like
  • 27 Mar 19:00  
Digərləri "Kartdan karta göndər" deyən sahibkarlardan BUNLARI TƏLƏB EDİN!

Bəzi mağazalarda, restoranlarda və iaşə obyektlərində ödəniş pos termi

arrow Ətraflı
Şagirdlərə iPad hədiyyə olunacaq, əgər onlar...  Bu ölkədə like
  • 27 Mar 18:54  
Dünya Şagirdlərə iPad hədiyyə olunacaq, əgər onlar... Bu ölkədə

İngiltərə məktəblərində pik həddə çatan davamiyyət böhranının həl

arrow Ətraflı
İordaniya Kralı İlham Əliyevi təbrik edib like
  • 27 Mar 18:52  
Siyasət İordaniya Kralı İlham Əliyevi təbrik edib

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham �

arrow Ətraflı