Evdən qaçdıqları deyilən qızların üçüncüsü də TAPILDI:


Digərləri 27 Mar 2025 21:44:00 81 0

Evdən qaçdıqları deyilən qızların üçüncüsü də TAPILDI:

Martın 17-də Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqənin itkin düşməsi ilə bağlı xəbərlər sosial mediada geniş yayılmışdı. İlk olaraq, onların evdən qaçdığı və ciddi narahatlıq yarandığı bildirilmişdi. Onlardan ikisi tapılsa da, üçüncünün taleyindən hələ də xəbər yox idi.

Son.az xəbər verir ki, "Teleqraf" məsələ ilə bağlı itkin düşən yeniyetmə X.O-nun anası ilə əlaqə saxlayıb.

O, qızının qaçdığı ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirib.

Ana söyləyib ki, qızı barəsində yayılan sözlər boş və cəfəngdir.

"Bizdən qisas almaq üçün bu yola əl atılıb. Qızlar bir-birilərini tanımırlar, sadəcə qonşuluqda yaşayırlar. Mənim qızım evdə olub, onlar hara gediblər, bilmirəm, maraqlanmıram da. Qızım yanımda ola-ola onun şəkillərini də yayıblar. Hazırda evdədir, hadisədən sonra polisə apardım ki, övladımın yanımda olduğu barədə onları məlumatlandırım", - deyə ana bildirib.

O, işlərinə görə evdən səhər çıxıb axşam gəldiyini deyərək qeyd edib: "Qızım 7-ci sinifə oxuyur. Mən də müraciət edirəm ki, bunu kim edibsə, özünü yığışdırsın. Bilmirəm nə məqsədlə edilib. Bütün qohumlar gəlib soruşurlar ki, bu nə xəbərdir. Deyirəm uşaq ilk gündən evdədir. Hərə bir şey yazır, məlumatın biri səhvdir, bir düzdür. 13 yaşlı uşağı kim Dubaya apara bilər, onun sənədi yox, şəxsiyyət vəsiqəsi yox".

Ana əlavə edib ki, qızı idmanla məşğul olur və indidən ali məktəbə hazırlaşır.

"Bir daha deyirəm ki, digər qızların ailəsini tanımıram. Sadəcə, bayram tonqalı ətrafına toplaşıblar. Valideynlərdən biri mənim qızımı da onların yanında görüb. Elə bilib o da digər qızlarla qaçıb. Qeyd etdiyim kimi, əgər qaçıbsa, niyə polis məlumat vermir? Deməli yanımdadır ki, heç bir xəbər çıxmadı", - deyə o söyləyib.

Qeyd edək ki, martın 24-də itkin düşən rəfiqələrdən biri də tapılmışdı. Son.az

Türkiyədə bu kanalın yayımı 10 günlük dayandırlıdı like
  • 27 Mar 21:32  
Digərləri Türkiyədə bu kanalın yayımı 10 günlük dayandırlıdı

Türkiyənin Radio və Televiziya Ali Şurası İstanbulun həbsdə olan bələd

arrow Ətraflı
Evi başına uçurdulan şəxs: "Melissa Park" məhkəmə qərarını heçə saydı" like
  • 27 Mar 21:22  
Digərləri Evi başına uçurdulan şəxs: "Melissa Park" məhkəmə qərarını heçə saydı"

"2024-cü il dekabrın 24-də üzərində mənim - yəni ev sahibinin adı,

arrow Ətraflı
Goranboyda həkimin başına oyun açdılar like
  • 27 Mar 21:11  
Kriminal Goranboyda həkimin başına oyun açdılar

Goranboy rayonu, Dəliməmmədli kəndində üç qohum sözün əsl mənasında

arrow Ətraflı
Əməkdar artistin vəziyyəti ağırlaşdı like
  • 27 Mar 20:58  
Şou-biznes Əməkdar artistin vəziyyəti ağırlaşdı

Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru Əməkdar artist Rəşad Bə

arrow Ətraflı
Ananın evdə günlərlə tək qoyduğu körpənin son like
  • 27 Mar 20:37  
Digərləri Ananın evdə günlərlə tək qoyduğu körpənin son

Tovuzda anasının imtina etdiyi 2024-cü il təvəllüdlü körpə, martın 25-

arrow Ətraflı
İki ölkə Ukraynaya hərbi heyət göndərir like
  • 27 Mar 20:17  
Dünya İki ölkə Ukraynaya hərbi heyət göndərir

Fransa və Böyük Britaniya yaxın günlərdə Ukraynaya birgə hərbi nümayə

arrow Ətraflı
Xəyalə övladları ilə belə dincəlir like
  • 27 Mar 20:05  
Şou-biznes Xəyalə övladları ilə belə dincəlir

Aktrisa Xəyalə Quliyeva övladları ilə istirahətə yollanıb.

arrow Ətraflı
Azərbaycanda film kimi cinayət  İki qadın, iki quzu... like
  • 27 Mar 19:54  
Kriminal Azərbaycanda film kimi cinayət İki qadın, iki quzu...

Biləsuvarda film kimi cinayət hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycanda alimlər nə qədər maaş alır? like
  • 27 Mar 19:43  
Digərləri Azərbaycanda alimlər nə qədər maaş alır?

Bu gün Azərbaycanda Elm günüdür. Elm gününün qeyd olunması bütün ölk

arrow Ətraflı
Azərbaycanlı gəncə Ukraynada yüksək vəzifə verildi like
  • 27 Mar 19:25  
Dünya Azərbaycanlı gəncə Ukraynada yüksək vəzifə verildi

Ukraynada yaşayan azərbaycanlı gənc Ramil Ağabəyov yeni vəzifəyə seçil

arrow Ətraflı
Doğum günündə şəhid olan Hikmətin qardaşı dünyaya gəldi like
  • 27 Mar 19:17  
Digərləri Doğum günündə şəhid olan Hikmətin qardaşı dünyaya gəldi

Vətən müharibəsi şəhidi Hikmət Bağırlının qardaşı doğulub.

arrow Ətraflı
NASAdan maraqlı kəşf: Qütb işıqlarının sirri açıldı like
  • 27 Mar 19:06  
Digərləri NASAdan maraqlı kəşf: Qütb işıqlarının sirri açıldı

NASA-nın Ceyms Uebb Kosmik Teleskopu ilk dəfə Neptunda parlaq aurora (qütb i

arrow Ətraflı