Elgin Həbibullayev müavinini, şöbə müdirini, icra nümayəndəsini işdən çıxardı
Digərləri 28 Yan 2026 14:57:00 60 0
Nərimanov Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni kadr islahatı həyata keçirilib.
Bu xəbəri də oxu: Bu avtomobillərin idxalı rüsumlardan azad edilir
Son.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elgin Həbibullayev müvafiq əmrlər imzalayıb.
Belə ki, əmrə əsasən, başçının müavini İlqar Mirzəyev vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat olmayıb.
Bundan əlavə, ləğv edilmiş Hüquq şöbəsinin müdiri Hüsü Nuriyev də vəzifəsini itirib. Bu şöbənin yerinə yaradılmış Hüquq və kadr məsələləri sektoruna isə Kamran Abdullayev müdir təyinatı alıb.
Kadr islahatı icra başçısının nümayəndəliklərini də əhatə edib. Belə ki, RİH başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nadir Nəsibov da işini itirib. Onun yerinə Vəfadar Zeynalov təyin olunub. V.Zeynalov bundan əvvəl ləğv edilmiş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini olub.
Həmin nümayəndəliyin Baş mühasibi Gündüz Həmidov da RİH aparatına gətirilib və yeni yaradılan İnzibati işlər sektoruna mühasib təyin edilib.
İcra başçısının digər əmrilə Baş mütəxəssis - sürücülər Elman Əliyarov və Bəhman Əliyev də vəzifələrindən azad ediliblər. Daha bir əmrlə isə Azər Əsgərov yeni sürücü təyin olunub.
Son.az
Dövlət Sərhəd Xidmətində yeni kadr təyinatı olub.
Türkiyədə biri İran vətəndaşı olmaqla altı nəfər İran kəşfiyyatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğull
TikTok platformasında "Hüquq mərkəzi" adı altında səhifələr y
İmişlidə 15 yaşlı qızla cinsi əlaqədə olan gənc oğlana hökm oxuyub.
Səhiyyə Nazirliyi "Arash Estetik" klinikasında plandankənar yoxlam
Tanınmış stomatoloq Şamil Rzayev həyat yoldaşı, bloger Fidan Zeynlə ayr�
Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlə
Son dövrlərdə gənclərin xarici universitetlərə marağının artması cəm
Mətbuatın hakimiyyətin dördüncü qolu olması heç də təsadüf və ya for
"Qırmızı bülleten"lə axtarışda olan 14 nəfər xarici ölkələ
Son dövrlər kibercinayətkarlar arasında geniş yayılan üsullardan biri-ban
Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı
Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat,
