Cəbrayıl rayonunun Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub
Digərləri 28 Yan 2026 13:45:00 55 0
Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Bu xəbəri də oxu: Yeni doğulan uşağa ad verilmə qaydaları DƏYİŞİR
Son.az xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 20 ailə olmaqla, 77 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
13:45 xxx
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Son.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 20 ailə - 77 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Son dövrlərdə gənclərin xarici universitetlərə marağının artması cəm
Mətbuatın hakimiyyətin dördüncü qolu olması heç də təsadüf və ya for
"Qırmızı bülleten"lə axtarışda olan 14 nəfər xarici ölkələ
Son dövrlər kibercinayətkarlar arasında geniş yayılan üsullardan biri-ban
Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı
Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat,
Prokurorlara da uşaq hüquqları sahəsində nəzarət səlahiyyəti verilir.
Gürcüstanın azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda qa
Azərbaycanda yanvarın 29-da havanın arabir yağıntılı olacağı gözlənil
Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın ad günü tədbirində j
Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, universi
Nyurba rayonunda 28 yanvardan etibarən üç günlük matəm elan olunub.
AZCON Holding şirkətlərindən olan ASCO-nun "Zığ" Gəmi Təmiri v
