Hərbidən yayınmaq üçün xarici universitetlərə üz tutanlar üçün vəziyyət çətinləşir Diplomlar tanınmayacaq
Digərləri 28 Yan 2026 13:30:00 84 0
Son dövrlərdə gənclərin xarici universitetlərə marağının artması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olur. İddia olunur ki, bəzi şəxslər əsgərlikdən yayınmaq üçün xaricdə təhsilə yönəlirlər. Rəsmi qurumların açıqlamalarına görə isə hərbi xidmətdən yayınmaq üçün xarici universitetlərə üz tutan bəzi tələbələrin diplomu tanınmayacaq. Xaricdə attestatla qəbul olunan və heç bir qiymətləndirmə mərhələsindən keçməyən şəxslərin sonrakı təhsil və peşə yollarında ciddi çətinliklərlə üzləşdiyi bildirilir. Bu kateqoriyaya aid şəxslər arasında uğursuzluq faizi kifayət qədər yüksəkdir və bəziləri hətta təhsil aldıqları ali məktəbin tədris dilini və ixtisasının tam adını düzgün ifadə etməkdə çətinlik çəkirlər.
Bu xəbəri də oxu: Atalıq məzuniyyətinə çıxmaq istəyənlərin NƏZƏRİNƏ
Son.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu bildirib ki, bu məsələyə yalnız hərbi xidmətdən yayınma prizmasından baxmaq düzgün yanaşma deyil.
Onun sözlərinə görə, gənclərin xaricdə, xüsusilə də nüfuzlu universitetlərdə təhsil almaq istəyi tamamilə normaldır. Daha keyfiyyətli təhsil, fərqli mühit, dünyagörüşünün genişlənməsi və gələcək karyera imkanları bu seçimin əsas səbəbləri sırasında göstərilir:
"Əgər bu qərar doğrudan da təhsil və şəxsi inkişaf məqsədi daşıyırsa, bunu qınamaq düzgün hesab edilmir".
R.Fikrətoğlu vurğulayıb ki, sırf hərbi xidmətdən yayınmaq məqsədilə universitetə sənəd vermək artıq etik problemlər yaradır. Çünki hərbi xidmət cəmiyyətdə bərabər yük prinsipi üzərində qurulub. Bir qisim gəncin bu borcu yerinə yetirdiyi halda, digərlərinin süni yollarla yayınması ədalətsizlik hissi formalaşdırır və vətəndaş məsuliyyəti anlayışını zəiflədir.
Bundan başqa nəzərə çatdırıb ki, uzunmüddətli perspektivdə bu cür qərarların şəxsin özündə də psixoloji narahatlıq yarada bilər.
Ekspert hesab edir ki, problem təkcə gənclərlə bağlı deyil, burada sistem amilləri də rol oynayır. Əsgərliyin şərtlərinin təkmilləşdirilməsi, təhsillə uyğunlaşdırılması, xidmət müddətinin optimallaşdırılması və peşəkar ordu modelinə keçid bu cür halların qarşısını ala bilər:
"Təhsil məqsədilə xaricə getmək normaldır, lakin təhsili bəhanə edib vətəndaşlıq borcundan yayınmaq sağlam yanaşma hesab edilmir. Ən optimal yol isə gənclərin həm təhsilini, həm də vətəndaşlıq borcunu balanslı və ləyaqətli şəkildə yerinə yetirməsidir. Bu istiqamətdə dövlət tərəfindən mütəmadi tədbirlər görülür və qanunvericiliyin tələblərinə zidd hallarla bağlı müvafiq addımlar atılır".
Mina Mikayılova Son.az
Mətbuatın hakimiyyətin dördüncü qolu olması heç də təsadüf və ya for
"Qırmızı bülleten"lə axtarışda olan 14 nəfər xarici ölkələ
Son dövrlər kibercinayətkarlar arasında geniş yayılan üsullardan biri-ban
Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı
Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat,
Prokurorlara da uşaq hüquqları sahəsində nəzarət səlahiyyəti verilir.
Gürcüstanın azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda qa
Azərbaycanda yanvarın 29-da havanın arabir yağıntılı olacağı gözlənil
Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın ad günü tədbirində j
Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, universi
Nyurba rayonunda 28 yanvardan etibarən üç günlük matəm elan olunub.
AZCON Holding şirkətlərindən olan ASCO-nun "Zığ" Gəmi Təmiri v
Hindistanda Mumbaydan havaya qalxan təyyarə eniş etməyə çalışarkən qəz
