Qaynayan ət suyuna sarımsaq atsanız nə olar? Dadını bərpa etməyin yolu
Digərləri 24 Yan 2026 22:15:00 58 0
Mətbəxdə tez-tez edilən kiçik səhvlər bəzən saatlarla hazırlanan ət suyunun dadını korlaya bilər. Ən böyük mübahisə mövzularından biri isə sarımsağın ət suyuna nə vaxt əlavə edilməsidir.
Bu xəbəri də oxu: Bakıda narkotikdən istifadə edən sürücü həbs edilib
Son.az xəbər verir ki, bir çox insan ət suyunun daha ətirli olması üçün sarımsağı qaynama prosesinin əvvəlində və ya ortasında əlavə edir. Lakin mütəxəssislər xəbərdarlıq edir: sarımsaq uzun müddət yüksək temperaturda (qaynayan suda) qaldıqda tərkibindəki efir yağları parçalanır və şorba və ya ət suyunda acı, xoşagəlməz bir dad yarada bilər. Həmçinin, sarımsağın bütün vitamin və şəfalı xüsusiyyətləri itir.
Sarımsaq və ya digər ədviyyatlar səbəbindən ət suyunun dadı acılaşıbsa və ya həddindən artıq ağırlaşıbsa, bu praktik üsullarla vəziyyəti xilas edə bilərsiniz:
Ət suyunun içinə bir ədəd bütöv, soyulmuş çiy kartof atın. Kartof artıq acılığı və kəskin dadı özünə çəkəcək.
Bir dəstə cəfəri saplağını ət suyuna əlavə edib 5 dəqiqə qaynatdıqdan sonra çıxarın. Bu, dadı balanslaşdıracaq və təravət verəcək.
Bir neçə damcı təzə sıxılmış limon suyu sarımsağın ağır qoxusunu və acılığını neytrallaşdıra bilər.
Ət suyunun şəffaflığını və sarımsağın faydasını qorumaq üçün onu ocağı söndürməyə 5-10 dəqiqə qalmış və ya yemək hazır olduqdan sonra əlavə etmək lazımdır. Əgər sarımsağı bütöv deyil, əzilmiş halda istifadə edirsinizsə, onu ən sonda əlavə etmək daha doğrudur.
Ət suyunun bulanıq olmaması üçün qaynamağa başlayanda üzərində yaranan köpükləri (kəfi) mütləq yığın. Həmçinin, suyu çox yüksək odda deyil, zəif atəşdə bişirmək lazımdır. Lalə Qüdrətova Son.az
Xəbərə aid video
"Allah məni sevdi ki, teatrdan ayrıldım. İncidim getdi. Teatrdakı akty
Mətbəxdə bəzən ən vacib ərzaqlardan biri olan maya bitə bilər. Lakin bu
"BakuBus" şirkətinə məxsus avtobusların katalizatoru oğurlanıb.
İranın ali rəhbəri Əli Xamenei ABŞ tərəfindən hücum edilməsi ilə ba�
Qara və yaşıl çay eyni bitkidən əldə olunsa da, hazırlanma üsulu onlar�
Meksikada yaşayan Miriam Rodríguezin hekayəsi təkcə bir ananın faciəsi de
"Sumqayıt şəhəri 4-cü, 15-ci, 16-cı, 17-ci, 21-ci məhəllələrdə y
ABŞ Prezidenti Donald Tramp Kanadanı Çinlə əməkdaşlığa görə 100 % tar
Terror aktı zamanı sərnişinləri xilas etmək üçün həyatını qurban ver
Adi fleşkart təsiri bağışlayan, lakin əslində elektronikanı sıradan ç�
İş dünyasının qlobal görüş meydanı sayılan "LinkedIn" hazır
Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin nəvəsi
Ukrayna Prezidenti Volodimir Zelenski Davosda ABŞ Prezidenti Donald Trampla hav
