Avtomobiliniz üçün gizli təhlükə: Bir USB ilə bütün sistemi sıradan çıxara bilərsiniz
Digərləri 24 Yan 2026 19:41:00 61 0
Adi fleşkart təsiri bağışlayan, lakin əslində elektronikanı sıradan çıxarmaq üçün hazırlanmış "USB Killer" adlı qurğu ciddi təhlükə yarada bilər. Müasir avtomobillərin əksəriyyətində telefonların enerji ilə təmin olunması və Android Auto kimi sistemlərə qoşulmaq üçün USB çıxışları mövcuddur və sürücülər bu portları adətən təhlükəsiz hesab edirlər.
Bu xəbəri də oxu: Neftçalada ağır qəza azyaşlı öldü, qardaşı yaralandı
Son.az xarici KİV-ə istinadən xəbər verir ki, avtomobilin USB-portuna qətiyyən qoşulmaması tövsiyə edilən xüsusi bir USB cihazı var. Söhbət zahirən adi fleşkartdan seçilməyən, lakin daxilində fərqli mexanizmə malik olan "USB Killer"dən gedir.
Bu cihaz USB-portuna taxıldıqda əvvəlcə elektrik enerjisini yığır, daha sonra isə yüksək gərginliyi bir neçə dəfə birbaşa portun daxilinə ötürür. Nəticədə USB çıxışının idarəetmə çipi və onunla əlaqəli elektron komponentlər ani şəkildə sıradan çıxa bilər. Avtomobillərdə bu risk daha böyükdür, çünki USB portlar çox vaxt multimedia sistemi, bort kompüteri və digər vacib modullarla birbaşa əlaqəlidir.
Məlumata görə, məşhur texnobloqer EverythingApplePro belə bir cihazı avtomobilinin USB-portuna qoşaraq sınaqdan keçirib. Nəticədə avtomobilin multimedia sistemi yenidən başladılıb və USB-port tamamilə işləməz vəziyyətə düşüb. Qurğu çıxarıldıqdan sonra belə port artıq smartfonu şarj etməyib.
Xəbərə aid video
İş dünyasının qlobal görüş meydanı sayılan "LinkedIn" hazır
Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin nəvəsi
Ukrayna Prezidenti Volodimir Zelenski Davosda ABŞ Prezidenti Donald Trampla hav
Keçməyən burun axması müxtəlif səbəblərlə bağlı ola bilər və bəzi
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə
"YouTube" platforması 2026-cı il üçün nəzərdə tutulan inkişaf
"Apple" "iPhone"un batareyasının xidmət müddətini uzatm
Rəqqasə Fatimə Fətəliyeva Birləşmiş Ərəb Əmirliyində ev alıb.
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində f�
Ötən gün Azərbaycan Qarabağda yaşayan 10 erməni və 1 etnik rusu Ermənis
Neftçala rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənk�
İlon Mask İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu
Xalq artisti Laləzar Mustafayeva uzun müddət sonra efirə çıxıb.
ABŞ hökuməti İran neftinin ixracına dəstək verdiyi iddia edilən "k�
