"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?


Digərləri 24 Yan 2026 17:50:00 79 0

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

"Apple" "iPhone"un batareyasının xidmət müddətini uzatmaq və sürətlənmiş aşınmanın qarşısını almaq üçün onu düzgün necə enerji ilə doldurmaq lazım olduğuna dair rəsmi xəbərdarlıq yayıb.

Son.az xəbər verir ki, şirkətin məlumatına görə, smartfonun 100%-ə qədər doldurulması litium-ion akkumulyatorun daha tez köhnəlməsinə səbəb olur və batareyanın daxilində kimyəvi və mexaniki gərginlik yaradır. "SuperCardBlondie" yazır ki, bu hal xüsusilə cihazın 1-2 il aktiv istifadəsindən sonra daha aydın hiss olunur.

"Apple" "iPhone"un enerji səviyyəsini tam 100 faizə çatdırmamağı, təxminən 95% səviyyəsində doldurmanı dayandırmağı tövsiyə edir. Bu sadə yanaşma batareyanın aşınmasını azaltmağa və avtonomluqda ciddi dəyişiklik olmadan onun uzunömürlülüyünü artırmağa imkan verir.

Şirkət həmçinin rəsmi sertifikatlaşdırılmış enerji adapterləri və kabellərdən istifadə etməyin vacibliyini vurğulayır. Çünki ucuz "Çin istehsalı" adapter və kabellər təhlükəsizlik standartlarına cavab verməyə, hətta yanğın riski və ya cihazın zədələnməsi ilə nəticələnə bilər.

Bundan başqa, "Apple" iOS sistemində "Optimized Battery Charging" funksiyasını tətbiq edib. Bu funksiya "iPhone" yüksək enerji səviyyəsinə çatdıqda doldurmanı avtomatik şəkildə ləngidir və akkumulyatorun sağlamlığını qoruyur. Süni intellekt vasitəsilə istifadəçi vərdişləri öyrənilir və telefon 100%-ə yalnız istifadə vaxtına yaxın doldurulur.

Dubaydan ev alıb, ora köçür like
  • 24 Yan 17:39  
Şou-biznes Dubaydan ev alıb, ora köçür

Rəqqasə Fatimə Fətəliyeva Birləşmiş Ərəb Əmirliyində ev alıb. 

arrow Ətraflı
Azərbaycandan Ermənistana köçən yazıçının kimliyi like
  • 24 Yan 17:30  
Digərləri Azərbaycandan Ermənistana köçən yazıçının kimliyi

Ötən gün Azərbaycan Qarabağda yaşayan 10 erməni və 1 etnik rusu Ermənis

arrow Ətraflı
Neftçalada bir ailə qəzaya düşdü  Azyaşlı öldü like
  • 24 Yan 17:27  
Digərləri Neftçalada bir ailə qəzaya düşdü Azyaşlı öldü

Neftçala rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Avtobusun altında köməksiz qalan şəxs xilas edildi like
  • 24 Yan 17:18  
Digərləri Avtobusun altında köməksiz qalan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənk�

arrow Ətraflı
"Optimus" 2027ci ildə gələcək?  Maskın vədi yenidən mübahisələrə səbəb oldu like
  • 24 Yan 17:17  
Digərləri "Optimus" 2027ci ildə gələcək? Maskın vədi yenidən mübahisələrə səbəb oldu

İlon Mask İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu

arrow Ətraflı
Xalq artisti illər sonra efirə çıxdı like
  • 24 Yan 17:00  
Şou-biznes Xalq artisti illər sonra efirə çıxdı

Xalq artisti Laləzar Mustafayeva uzun müddət sonra efirə çıxıb. 

arrow Ətraflı
ABŞ İran neftini daşıyan “kölgə donanma”ya sanksiyalar tətbiq edib like
  • 24 Yan 16:47  
Dünya ABŞ İran neftini daşıyan “kölgə donanma”ya sanksiyalar tətbiq edib

ABŞ hökuməti İran neftinin ixracına dəstək verdiyi iddia edilən "k�

arrow Ətraflı
Bu tarixdən kəskin soyuqlar düşəcək, qar yağacaq like
  • 24 Yan 16:22  
Digərləri Bu tarixdən kəskin soyuqlar düşəcək, qar yağacaq

Qış fəslinin son ayı hesab olunan fevral adətən dəyişkən hava, temperat

arrow Ətraflı
Xocalı faciəsi ilə tanınan İlham Quliyev vəfat etdi like
  • 24 Yan 16:15  
Digərləri Xocalı faciəsi ilə tanınan İlham Quliyev vəfat etdi

Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib.

arrow Ətraflı
Dəm qazından ölən Fəzail şəhid əmisinin adını daşıyırmış like
  • 24 Yan 15:54  
Digərləri Dəm qazından ölən Fəzail şəhid əmisinin adını daşıyırmış

Dəm qazından həyatını itirən Fəzail Əbiyevlə bağlı bəzi təfərrüat

arrow Ətraflı
İstirahət mərkəzinin sahibinə hökm oxundu: 3 nəfər ölmüşdü... like
  • 24 Yan 15:48  
Digərləri İstirahət mərkəzinin sahibinə hökm oxundu: 3 nəfər ölmüşdü...

Şahbuzda istirahət mərkəzində 3 nəfərin boğulması ilə bağlı cinayət

arrow Ətraflı
Günay Ağamalı sədr seçildi like
  • 24 Yan 15:16  
Siyasət Günay Ağamalı sədr seçildi

Bu gün "Ana Vətən" Partiyasının IX qurultayı keçirilib.

arrow Ətraflı
Bakıda kişi qadını restoranın tualetində döydü like
  • 24 Yan 15:07  
Digərləri Bakıda kişi qadını restoranın tualetində döydü

Bakıda kişi restoranın tualetində qadını döyüb.

arrow Ətraflı