"BakuBus"dan oğurluq həbs olundular
Digərləri 24 Yan 2026 21:22:00 75 0
"BakuBus" şirkətinə məxsus avtobusların katalizatoru oğurlanıb.
Bu xəbəri də oxu: “Xəbər dilində məsuliyyət, ənənəvi media və rəqəmsal platformalarda tipik səhvlər” mövzusunda təlim keçirilib
Son.az "Teleqraf"a istinadən xəbər verir ki, bununla bağlı cinayət məsuliyyətinə iki nəfər cəlb olunub.
Məlum olub ki, "BakuBus"ın Suraxanı rayonu, Zığ qəsəbəsində, eləcə də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən avtoparklarındakı "Iveco" markalı avtobusların katalizatorları oğurlanıb.
Ümumilikdə 31 avtobusun katalizatorunun oğurlanması nəticəsində "BakuBus"a xeyli miqdarda ziyan dəyib.
Həmin avtobuslar 2015-ci ildə Avropa oyunları ilə əlaqədar olaraq Bakıya gətirilib. 2022-ci ildən isə avtobusların istismarı dayandırılıb. Buna səbəb həmin avtobusların ikinci əl ehtiyat hissələrinin çox məhdud sayda olması olub. Məhz bu səbəbdən Bakı şəhərində belə ehtiyat hissələri istehsal edən zavod yaradılıb və avtobusların yenidən istismarı planlaşdırılıb.
Sözügedən avtobuslar bəziləri Albalılıq adlanan ərazidə yerləşən qarajda, bəziləri isə Zığ qarajında saxlanılıb. Məsələ burasındadır ki, oğurluq edənlər qarajların mühafizəsinin təmin edilməsi ilə əlaqədar olaraq "BakuBus" tərəfindən elan edilmiş tenderin qalibi olan şirkətdə çalışıblar.
Cinayət hadisəsinin üstü sonradan avtobusların texniki baxış keçirilməsi zamanı açılıb.
Qeyd edək ki, cinayət hadisəsinə görə Şəmistan və Həsən adlı mühazifəçilər 2 il müddətinə azadlıqdan məhrum edilib.
İranın ali rəhbəri Əli Xamenei ABŞ tərəfindən hücum edilməsi ilə ba�
Qara və yaşıl çay eyni bitkidən əldə olunsa da, hazırlanma üsulu onlar�
Meksikada yaşayan Miriam Rodríguezin hekayəsi təkcə bir ananın faciəsi de
"Sumqayıt şəhəri 4-cü, 15-ci, 16-cı, 17-ci, 21-ci məhəllələrdə y
ABŞ Prezidenti Donald Tramp Kanadanı Çinlə əməkdaşlığa görə 100 % tar
Terror aktı zamanı sərnişinləri xilas etmək üçün həyatını qurban ver
Adi fleşkart təsiri bağışlayan, lakin əslində elektronikanı sıradan ç�
İş dünyasının qlobal görüş meydanı sayılan "LinkedIn" hazır
Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin nəvəsi
Ukrayna Prezidenti Volodimir Zelenski Davosda ABŞ Prezidenti Donald Trampla hav
Keçməyən burun axması müxtəlif səbəblərlə bağlı ola bilər və bəzi
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə
"YouTube" platforması 2026-cı il üçün nəzərdə tutulan inkişaf
