Tamamilə süni intellektlə hazırlanan “Oyun Ovçuları” cizgi filmi TRT Avazda nümayiş ediləcək
Digərləri 23 Dek 2025 17:19:00 86 0
Türkiyədə tamamilə süni intellektlə istehsal olunan ilk cizgi filmi olan "Oyun Ovçuları" TRT Avaz telekanalında tamaşaçılara təqdim edilib.
Bu xəbəri də oxu: İlkin Süleymanovla bağlı yeni qərar
Son.az AzerVoice-ə istinadən xəbər verir ki, layihə çərçivəsində 18 min vizual material və 60 min saniyəlik video məzmun hazırlanıb. Bu cizgi filmi süni intellekti sadəcə texniki vasitə kimi deyil, insan zəkası və yaradıcılığı ilə birlikdə işləyən bir yaradıcı tərəfdaş kimi təqdim edir.
Cizgi filmi 13 seriyadan ibarətdir. İstehsal prosesi insan nəzarəti altında aparılıb və geniş məlumat emalı ilə dizayn mərhələlərini əhatə edib. Yekun montajda istifadə edilən təxminən 2 400 səhnə üçün müxtəlif variantlar və düzəlişlər nəzərə alınmaqla 18 minə yaxın vizual hazırlanıb.
Ekranda nümayiş olunan 3 900 saniyəlik yekun məzmunu əldə etmək üçün sınaq və alternativlər də daxil olmaqla ümumilikdə 60 min saniyəlik süni intellekt dəstəkli video istehsal edilib. Bu prosesdə 10-dan çox fərqli süni intellekt sistemi bir-biri ilə əlaqəli şəkildə istifadə olunub.
Hadisələr Göbəklitəpə, Orxon Abidələri, İssıkul və Türkistana qədər uzanan geniş coğrafiyada cərəyan edir. Macəranın mərkəzində hər biri fərqli dəyəri təmsil edən beş uşaq və onlara yol göstərən müdrik Börü dayanır.
Filmdə müxtəlif personajlar var onlardan , Yiğit Alp qrup lideridir. Hadisələrə rassional yanaşan, çətin anlarda birləşdirici rol oynayan və "son sözü demək yox, doğru qərarı vermək" prinsipinə sadiqdir.
Digər personaj olan, Tomris, cəsarət və güclü intuisiya simvoludur. Qarşısına çıxan çətinliklərdən çəkinməyən, mübarizə ruhlu bir obrazdır.
Sancar isə, qrupun ən ağıllı üzvüdür. Elmi biliklərə, analizə və məntiqə əsaslanaraq problemləri həll edir.
Digər personaj Umay, mərhəmət və tarazlığın təcəssümüdür. Təbiətə və ətraf aləmə canlı varlıq kimi yanaşan, qrupun ən həssas üzvüdür.
İşbara adlı personaj, şənlik və səmimiyyət rəmzidir. Enerjisi, zarafatları və səmimi davranışı ilə hər zaman müsbət ovqat yaradır.
Ənənəvi türk oyunlarını və dəyərlərini, insanın idarə etdiyi və texnologiyanın ona xidmət etdiyi bir dünyada yenidən kəşf etmək istəyən tamaşaçılar üçün "Oyun Ovçuları" TRT Avaz-da yayımlanır.
Bakıda sosial şəbəkələrdə "Smoking Azerbaijan" səhifəsində t
Sumqayıtda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayon
52 yaşlı məşhur ispan aktrisa Penelopa Kruz və 58 yaşlı amerikalı aktris
Bu gün Azərbaycan Yazıçılar Birliyinin katibliyinin iclası keçirilib.
Ölkə iqtisadiyyatına ayrı-ayrı şəxslər tərəfindən zərər vurulması,
"Azərbaycanda son illər dövlət proqramları çərçivəsində hər ilin
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsini t�
İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlha
Piyada keçidləri yol hərəkəti təhlükəsizliyi baxımından xüsusi diqqə
Alimlər çay və qəhvənin çox isti halda içilməsinin mədə xərçəngi ri
Yerli KİV-də paytaxtın bəzi market və köşklərdə siqaret satışının m
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam
Bir qədər əvvəl barəsində həbs qətimkan tədbiri seçilən iş adamı Ru
