Gültəkin Hacıbəyli İstanbuldan daha bir açıqlama yaydı


Siyasət 03 Dek 2025 22:43:00 70 0

Gültəkin Hacıbəyli İstanbuldan daha bir açıqlama yaydı

Ramiz Mehdiyev işi çərçivəsində Azərbaycanda istintaqa dəvət olunan Milli Şura üzvü Gültəkin Hacıbəyli hazırda Türkiyənin İstanbul şəhərində,  Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır.

Son.az xəbər verir ki, bu barədə o, öz sosial media hesabında yazıb.

"Noyabrın 29-da gecə saatlarında kirayə qaldığım evə gələn 4 polis əməkdaşı məni məcburi qaydada, heç bir hüquqi əsası olmadan bu mərkəzə gətiriblər. Xatırladım ki, mən sentyabr ayının 25-də Türkiyədə təhsil alan oğlumun yanına gəlmişəm və burada qalmaq üçün nəzərdə tutulan 3 aylıq müddət hələ bitməyib. Bundan əlavə, mənim ayrıca Türkiyədə qalmaq üçün 2 illik oturum icazəm var. Və burada olduğum müddətdə heç bir qayda pozuntusuna yol verməmişəm".

G. Hacıbəyli qeyd edir ki, hazırda onu "xarici terrorçulara tətbiq olunan G-82 maddəsi ilə" nəzarətdə saxlayırlar. Bu maddə adətən "ictimai təhlükəsizliyə təhdid yaradan şəxslərə" qarşı istifadə olunur və Türkiyədən deportasiyanı nəzərdə tutur. O iddia edir ki, hazırda Azərbaycana təhvil verilməsi üçün hazırlıq gedir.

"Bununla bağlı təcili qaydada artıq Avropa Məhkəməsinə müraciət edilib. Eyni zamanda, vəkilim vasitəsilə ən qısa zamanda Türkiyədə məhkəməyə də müraciət ediləcək. Mənim siyasi fəaliyyətimdə hər zaman Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını təbliğ etmək xüsusi yer tutub. Ona görə də indi Türkiyə hakimiyyətinin belə bir addım atacağına heç cür inanmaq istəmirəm", - o əlavə edib.

Musavat.com-a görə, Gültəkin Hacıbəylinin açıqlamaları ilə yanaşı, diqqət çəkən çox ciddi bir detal var:

Əgər onun narahatlığı və hansısa çəkinəcəyi olmasaydı, Ramiz Mehdiyev ev dustaqlığına məhkum edildiyi günün ertəsi - yəni Mehdiyev işi açıq şəkildə genişlənməyə başladığı anda - Gültəkin Hacıbəyli Bakıdan çıxıb getməzdi. O, heç bir səbəb olmadan iki ay Türkiyədə qalmaz, bu qədər intizamsız hərəkət etməzdi.

Bu isə təbii şəkildə belə bir sualı gündəmə gətirir:

Görəsən, onun Azərbaycana dönməkdən imtina etməsinin arxasında hansısa hüquqi məsuliyyət doğuran səbəblər varmı?

Məlum olduğu kimi, Ramiz Mehdiyev işi ilə bağlı istintaqda həm siyasi müxalifətlə, həm də keçmiş yüksək çinli şəxslərlə bağlı müəyyən əlaqələrin araşdırıldığı bildirilir. Milli Şura daxilində bu məsələ ətrafında gərginliklər də diqqət çəkir. Bu fonu nəzərə alanda, Gültəkin Hacıbəylinin özünü "tam günahsız" kimi təqdim etsə də, Azərbaycana qayıtmaqdan kəskin şəkildə yayınması əlavə suallar doğurur.

Hazırda Gültəkin Hacıbəylinin Türkiyədə saxlanılması, onun Azərbaycana təhvil verilməsi ehtimalı və bu prosesin mümkün siyasi-hüquqi nəticələri həm Azərbaycan mediasında ciddi müzakirə mövzusu olaraq qalır.

Onun açıqlamaları isə, məsələnin təkcə "hakimiyyətin təzyiqi" ilə deyil, özünün də hansısa məsuliyyətdən yayınmaq ehtimalı ilə bağlı olduğunu göstərən sualları daha da gücləndirir.


Xəbərə aid fotolar

"Deyirlər ki, eviniz uzaqdadır, o ünvana internet verə bilmərik" like
  • 03 Dek 22:25  
Digərləri "Deyirlər ki, eviniz uzaqdadır, o ünvana internet verə bilmərik"

Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan Əsədovlar ailəsi 6 aydır

arrow Ətraflı
Soyuducuya ikinci dəfə qoyulanda zəhərə çevrilir  5 əsas qida like
  • 03 Dek 22:11  
Digərləri Soyuducuya ikinci dəfə qoyulanda zəhərə çevrilir 5 əsas qida

Buzu açıldıqdan sonra bəzi qidaları yenidən soyuducuya qoymaq olmaz.

arrow Ətraflı
Vasif Əliyev vəfat etdi  FOTO like
  • 03 Dek 22:04  
Digərləri Vasif Əliyev vəfat etdi FOTO

Vəkillər Kollegiyasının üzvü Vasif Əliyev vəfat edib.

arrow Ətraflı
Tovuzda zəncirvari qəza  Xəsarət alan var like
  • 03 Dek 21:58  
Digərləri Tovuzda zəncirvari qəza Xəsarət alan var

Tovuz rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş v

arrow Ətraflı
Putinin “Müharibəyə hazırıq” mesajına NATOdan cavab gəldi like
  • 03 Dek 21:49  
Dünya Putinin “Müharibəyə hazırıq” mesajına NATOdan cavab gəldi

Qara dənizdə Ukrayna tərəfindən tankerə hücum edildikdən sonra Rusiyanı

arrow Ətraflı
Şəkiyə mediatur təşkil olunub like
  • 03 Dek 21:44  
Digərləri Şəkiyə mediatur təşkil olunub

Dekabrın 2-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki �

arrow Ətraflı
"Telegram"a yeni daxilolma üsulu tətbiq ediləcək like
  • 03 Dek 21:15  
Digərləri "Telegram"a yeni daxilolma üsulu tətbiq ediləcək

"Telegram" çatında FIDO2 standartının istifadəsi ilə yeni təhl�

arrow Ətraflı
Soğanla kartofu eyni yerdə saxlamayın  Diqqət! like
  • 03 Dek 21:00  
Kriminal Soğanla kartofu eyni yerdə saxlamayın Diqqət!

Soğan və kartofun birlikdə saxlanması onların keyfiyyətinə ciddi zərər

arrow Ətraflı
Lalə sükutu pozdu  "Allah şəfa versin" like
  • 03 Dek 20:47  
Şou-biznes Lalə sükutu pozdu "Allah şəfa versin"

Əməkdar artist Lalə Məmmədova həmkarı Elton Hüseynəliyevin onunla bağl

arrow Ətraflı
Flora Kərimovadan Eltona cavab: Törtöküntülərimlə sənətkar olub... like
  • 03 Dek 20:38  
Şou-biznes Flora Kərimovadan Eltona cavab: Törtöküntülərimlə sənətkar olub...

Əməkdar artist Elton Hüseynəliyev verilişlərin birində gündəm yaradacaq

arrow Ətraflı
İsgəndəri öldürüb bədənini hissələrə ayırıblar  Meyiti Ağsuda gizlədənlərin məhkəməsi like
  • 03 Dek 20:28  
Kriminal İsgəndəri öldürüb bədənini hissələrə ayırıblar Meyiti Ağsuda gizlədənlərin məhkəməsi

Nəsimi rayon sakinini yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmə

arrow Ətraflı
Bakıda gənc qadın faciəvi şəkildə öldü like
  • 03 Dek 20:23  
Digərləri Bakıda gənc qadın faciəvi şəkildə öldü

Bakıda gənc qadın dəm qazından boğulub. 

arrow Ətraflı
Sabah 10:00da qaz kəsiləcək like
  • 03 Dek 20:11  
Digərləri Sabah 10:00da qaz kəsiləcək

Hövsan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə

arrow Ətraflı