İsgəndəri öldürüb bədənini hissələrə ayırıblar Meyiti Ağsuda gizlədənlərin məhkəməsi
Kriminal 03 Dek 2025 20:28:00 48 0
Nəsimi rayon sakinini yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
Bu xəbəri də oxu: Sahib Paşazadə və Kamran Kərimov Pakistanın Kəraçi şəhərində Dünya Mədəniyyət Festivalında çıxış ediblər FOTO
Son.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası dekabrın 10-na təyin edilib.
Araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.
Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Son.az
Bu qadın öz cəsarəti ilə dünya tarixinə düşən nadir insanlardandır.
Qazaxıstanda üzü tam örtən və şəxsin tanınmasına mane olan geyimlərd�
Baş nazir Nikol Paşinyan Ermənistanın keçmiş hakimiyyətləri barədə dan
Bir neçə gün əvvəl "Aristokrat" Tibb Mərkəzində qanunsuz stoma
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinin baş hək
Xalq artisti Röya Ayxan bu ilin avqustunda itirdiyi Yaqub Nəcəfovla bağlı d
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Neftçala, İm
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.
Türkiyəli aparıcı İbrahim Səlim şəxsi həyatı ilə gündəmə gəlib.
Bu ilin 24 iyununda Xankəndi şəhərində qadının evinə qanunsuz daxil olar
Rusiya məhkəməsi Yekaterinburq şəhərində polis və xüsusi təyinatlı q�
Ağdərə rayonunun Şıxarx kəndi ərazisində mina hadisəsi baş verib.
Bu ilin oktyabr ayında ölkəmizin Yaponiyadakı fövqəladə və səlahiyyətl
