Xankəndidə məmur müğənniyə görə xuliqanlıq etdi


Digərləri 03 Dek 2025 18:26:00 54 0

Xankəndidə məmur müğənniyə görə xuliqanlıq etdi

Bu ilin 24 iyununda Xankəndi şəhərində qadının evinə qanunsuz daxil olaraq xuliqanlıq hərəkətləri etmiş məmur cinayət məsuliyyətinə cəlb edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti"nin Mənzil fondunun idarə edilməsi və məskunlaşma departamentinin Xankəndi şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışan Bakı sakini 26 yaşlı Tural İmanov (soyad şərtidir) barəsində açılmış işin istintaqı başa çatıb.

Müəyyən edilib ki, iyunun 23-də Xankəndi şəhərində yerləşən "Nəqşicahan" restoranında Turalın iş yoldaşı İlqarın ad günü mərasimi keçirilib. İlqar tanışı Fidan Quliyevadan (şərti) həmin mərasimə müğənni dostu Ləmanı (şərti) da gətirməsini xahiş edib.

Məclisdə iştirak etdikdən sonra müğənni yaşadığı Gəncə şəhərinə qayıdıb. Bundan sonra sərxoş halda olan Tural və İlqar Ləmanla görüşmək məqsədilə gecə saat 01 radələrində Fidanın evinə gediblər. Onlar Ləmanın da həmin evdə olduğunu düşünüblər. Lakin qadın qapını açmayıb. Bunu görən Tural pəncərədən keçərək Fidanın azyaşlı övladları ilə yaşadığı mənzilə daxil olub. Səs-küyə qonşular da gəlib və dava-dalaş düşüb.

Hadisə nəticəsində Tural bir nəfərin barmağını sındırıb, həmçinin Fidana xəsarətlər yetirib.

Hadisə ilə bağlı polisə məlumat daxil olandan sonra Tural saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq) maddələri ilə iş açılıb.

O, ifadəsində bildirib ki, Xankəndidə qanunsuz məskunlaşma üçün gecə reydə çıxıbmış və buna görə həmin mənzilə daxil olub.

Xankəndi Şəhər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Tural İmanova 3 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulub. Son.az 

Yekaterinburqda saxlanılan azərbaycanlı həbs edildi like
  • 03 Dek 18:21  
Digərləri Yekaterinburqda saxlanılan azərbaycanlı həbs edildi

Rusiya məhkəməsi Yekaterinburq şəhərində polis və xüsusi təyinatlı q�

arrow Ətraflı
Ağdərədə mina partladı  Xəsarət alan var like
  • 03 Dek 18:14  
Digərləri Ağdərədə mina partladı Xəsarət alan var

Ağdərə rayonunun Şıxarx kəndi ərazisində mina hadisəsi baş verib.

arrow Ətraflı
Gürsel İsmayılzadəyə yeni vəzifə verildi like
  • 03 Dek 18:13  
Digərləri Gürsel İsmayılzadəyə yeni vəzifə verildi

Bu ilin oktyabr ayında ölkəmizin Yaponiyadakı fövqəladə və səlahiyyətl

arrow Ətraflı
Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi 170 smdən 160 smə endirilib like
  • 03 Dek 18:11  
Digərləri Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi 170 smdən 160 smə endirilib

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi 170 sm-dən 160 sm-ə en

arrow Ətraflı
“Bu şalvarı 20 ildir geyinirəm”  FOTO like
  • 03 Dek 18:00  
Şou-biznes “Bu şalvarı 20 ildir geyinirəm” FOTO

İllərə meydan oxuyan tərzi ilə tanınan türkiyəli aktrisa Nebahat Çehre

arrow Ətraflı
Hamilələrin məzuniyyəti ilə bağlı qanun dəyişir like
  • 03 Dek 17:06  
Digərləri Hamilələrin məzuniyyəti ilə bağlı qanun dəyişir

Hamiləliyə və doğuşa görə ödənişli məzuniyyətin müddətinin uzadıl

arrow Ətraflı
Əməkdar artist müqəddəs torpaqlarda like
  • 03 Dek 17:03  
Şou-biznes Əməkdar artist müqəddəs torpaqlarda

Əməkdar artist Rafael İsgəndərov İraqa üz tutub.

arrow Ətraflı
İcra başçısı psixoloqu işdən çıxardı like
  • 03 Dek 17:01  
Digərləri İcra başçısı psixoloqu işdən çıxardı

Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) Yetkinlik yaşına çatmayanların i

arrow Ətraflı
Həbsdən yeni çıxan Rəqsanə qızı ilə belə GÖRÜNTÜLƏNDİ like
  • 03 Dek 16:45  
Şou-biznes Həbsdən yeni çıxan Rəqsanə qızı ilə belə GÖRÜNTÜLƏNDİ

Həbsdən azadlığa çıxan müğənni Rəqsanə İsmayılova sosial şəbəkə

arrow Ətraflı
Ərdoğan Ukrayna ilə bağlı danışıqları bərpa edir like
  • 03 Dek 16:44  
Digərləri Ərdoğan Ukrayna ilə bağlı danışıqları bərpa edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronl

arrow Ətraflı
"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı like
  • 03 Dek 16:40  
Kriminal "Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı

"Lotu Quli" ləqəbli kriminal aləmin üzvü Nadir Səlifovun yaxın

arrow Ətraflı
Ukrayna “Drujba” neft kəmərini vurdu  VİDEO like
  • 03 Dek 16:33  
Dünya Ukrayna “Drujba” neft kəmərini vurdu VİDEO

Rusiyada Avropanın bir sıra ölkələrinə neft nəql edən "Drujba"

arrow Ətraflı
Paytaxtda işə gedibgəlmək müşkülə çevrilib: Gecikmə, cərimə, əsəb…  SORĞU like
  • 03 Dek 16:28  
Digərləri Paytaxtda işə gedibgəlmək müşkülə çevrilib: Gecikmə, cərimə, əsəb… SORĞU

Bəzən elə olur ki, günümüzün böyük bir hissəsi yollarda keçir. Kimsə

arrow Ətraflı