Sahib Paşazadə və Kamran Kərimov Pakistanın Kəraçi şəhərində Dünya Mədəniyyət Festivalında çıxış ediblər FOTO
Kriminal 03 Dek 2025 18:10:00 52 0
Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə və BMM-nin solisti, Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov Pakistanın Kəraçi şəhərində ikinci dəfə təşkil olunan Dünya Mədəniyyət Festivalında "Ulduzların iştirakı ilə təntənəli konsert" də iştirak ediblər (Mega Music Concert). Pakistanın məşhur sənətçilərinin də qatıldığı böyük konsert proqramı 29 noyabr tarixində gerçəkləşib. Konsertin təntənəli açılışı azərbaycanlı musiqiçilərin çıxışı ilə başlanıb. Yüksək səviyyədə təşkil edilən festivalda Sahib Paşazadə və Kamran Kərimovun ifaları, Azərbaycan muğamı, musiqi alətlərimiz böyük sevgi və maraqla qarşılanıb. Sənətkarların ifasında "Heyratı" zərb muğamı və kompozisiyası, "Bayatı Şiraz" üzərində muğamlar və rəqslərdən ibarət kompozisiya, Pakistan milli musiqisindən ibarət proqram təqdim olunub. Böyük konsert layihədə Pakistanın tanınmış ifaçıları Faris Şəfi, Miişa Şəfi, Gizri, Darabu çıxış ediblər. Konsertdə tamaşaçı izdihamı müşahidə edilib. Çoxsaylı tamaşaçılar azərbaycanlı musiqiçilərin çıxışlarını sürəkli alqışlarla qarşılayıblar.
Bu xəbəri də oxu: Rəşid Behbudov adına Mahnı Teatrının Estrada Simfonik Orkestri Sumqayıtda qastrol konserti ilə çıxış edib – FOTO
Qeyd edək ki, festivalın rəsmi internet səhifələrində azərbaycanlı musiqiçilərin çıxışları əhatəli təbliğ edilib.
İllərə meydan oxuyan tərzi ilə tanınan türkiyəli aktrisa Nebahat Çehre
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada Simfonik
Bakıda reabilitasiya müəssisəsində dava olub.
Hamiləliyə və doğuşa görə ödənişli məzuniyyətin müddətinin uzadıl
Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) Yetkinlik yaşına çatmayanların i
Həbsdən azadlığa çıxan müğənni Rəqsanə İsmayılova sosial şəbəkə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronl
"Lotu Quli" ləqəbli kriminal aləmin üzvü Nadir Səlifovun yaxın
Rusiyada Avropanın bir sıra ölkələrinə neft nəql edən "Drujba"
Bəzən elə olur ki, günümüzün böyük bir hissəsi yollarda keçir. Kimsə
Cari ilin noyabr ayında Bakının bütün rayonlarında yeni tikili mənzillər
Vüsalə Əlizadəyə aparıcısı olduğu "İncə səhər" verilişin
İranın sabiq prezidenti Məhəmməd Xatəmi Tehrandakı xəstəxanaya yerləş
Kreditlərinizi 0% komissiya və üstəlik 2% endirimlə bir ünvanda birləşdi
