Soyuducuya ikinci dəfə qoyulanda zəhərə çevrilir 5 əsas qida
Digərləri 03 Dek 2025 22:11:00 65 0
Buzu açıldıqdan sonra bəzi qidaları yenidən soyuducuya qoymaq olmaz.
Bu xəbəri də oxu: MİDAnın mənzilləri 1 dəqiqəyə satıldı
Son.az xəbər verir ki, bunu həkim Hüseyin Tapik deyib.
Onun sözlərinə görə donu açılmış bəzi qidaları yenidən soyuducuya qoymaq ciddi sağlamlıq riskləri daşıyır. Bu qidalar bakteriyaların sürətlə çoxalmasına və qida zəhərlənməsinə gətirib çıxara bilər.
Ət və toyuq məhsulları don açıldıqdan sonra ən riskli qidalardan sayılır. Çiy ət, toyuq və balıq bir dəfə buzu açıldıqdan sonra birbaşa bişirilməli və istehlak edilməlidir. Yenidən soyuducuya qoymaq bakteriyaların sürətlə çoxalmasına səbəb olur.
Dəniz məhsulları da eyni qaydada təhlükə yaradır. Balıq, kalmar, karides və digər dəniz məhsulları don açıldıqdan sonra tez bişirilməli və dərhal istehlak olunmalıdır. Uzun müddət saxlanılması zəhərlənmə riskini artırır.
Süd və süd məhsulları, o cümlədən qatıq, pendir, kəsmik və qaymaq, don açıldıqdan sonra yalnız bir dəfə istifadə edilməlidir. Yenidən dondurmaq bu məhsulların keyfiyyətini pozur və təhlükəli ola bilər.
Yumurtalar və onlardan hazırlanan qarışıqlar da don açıldıqdan sonra bir daha soyuducuya qoyulmamalıdır. Mayonez, krem və çiy yumurtadan hazırlanmış digər məhsullar da bir dəfə istifadədən sonra atılmalıdır.
Hazır yeməklər, souslar və şorbalar və səbzələr donu açıldıqdan sonra yalnız bir dəfə soyudulub istifadə oluna bilər. Yenidən dondurmaq qida təhlükəsizliyi baxımından tövsiyə edilmir.
Həmçinin, buzu açılmış qidaları otaq temperaturunda uzun müddət saxlamaq da risklidir.
İsmayıl Son.az
Tovuz rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş v
Qara dənizdə Ukrayna tərəfindən tankerə hücum edildikdən sonra Rusiyanı
Dekabrın 2-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki �
"Telegram" çatında FIDO2 standartının istifadəsi ilə yeni təhl�
Soğan və kartofun birlikdə saxlanması onların keyfiyyətinə ciddi zərər
Əməkdar artist Lalə Məmmədova həmkarı Elton Hüseynəliyevin onunla bağl
Əməkdar artist Elton Hüseynəliyev verilişlərin birində gündəm yaradacaq
Nəsimi rayon sakinini yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmə
Hövsan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə
Bu qadın öz cəsarəti ilə dünya tarixinə düşən nadir insanlardandır.
Qazaxıstanda üzü tam örtən və şəxsin tanınmasına mane olan geyimlərd�
Baş nazir Nikol Paşinyan Ermənistanın keçmiş hakimiyyətləri barədə dan
