Aliment və ziyan ödənişlərində maksimum hədd müəyyən edildi
Digərləri 03 Dek 2025 14:25:00 62 0
Alimentlə əlaqədar işçinin əməkhaqqında tutulmaya dair norma müəyyənləşib.
Bu xəbəri də oxu: 8 saatdan az yatanlara xəbərdarlıq
Son.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Əmək Məcəlləsinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
Müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.
Dəyişikliyə əsasən, sonuncu hallarda tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz. Başqa sözlə, islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz.
Qərbi Kaspi Universiteti 3 dekabr 2025-ci il tarixində "Kompüter Elmlər
Hər il olduğu kimi bu il də payız, qış mövsümündə alça və gilasın q
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni təyinat olub
Avstraliya hökuməti sosial media ilə bağlı yeni və sərt qayda tətbiq edi
Bəzi şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq.
İstanbul-Aktöbe marşrutu üzrə uçan Pegasus Hava Yollarının PC240 reysi g
Yeni il mövsümü yaxınlaşır və bununla birlikdə ənənəvi “Gingerbread
Rəqsanə uzun fasilədən sonra konsert proqramı ilə səhnəyə qayıdır.
Bugünkü dünyada dövlətlərin çoxu çağırışların ardıcıl təzyiqi al
Azərbaycanda qəbir daşları fərqli formada hazırlanmağa başlanılıb. Art
Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərindən irəli gələrək �
Azərbaycanda bayram günlərinin sayı artırılıb.
Müğənni Xuraman Şuşalı aldığı kərə yağları ilə bağlı yaşadığ�
Tanınmış bloger Nail Kəmərli narkotik vasitələrə qarşı yeni "Nəf
