Atalara ŞAD XƏBƏR: Ödənişli məzuniyyət veriləcək


Digərləri 03 Dek 2025 12:59:00 52 0

Atalara ŞAD XƏBƏR: Ödənişli məzuniyyət veriləcək

Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərindən irəli gələrək Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək.

Son.az xəbər verir ki, sözügedən təkliflər Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Belə ki, Azərbaycan BƏT-in ratifikasiya etdiyi bir neçə konvensiyanın tələblərinə uyğun olaraq, məcəlləyə "ailə vəzifələri olan işçi", "minimum əməkhaqqı" anlayışı daxil edilir.

Ailə vəzifələri olan işçi kateqoriyasına tibbi rəyə əsasən, qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə (ərinə/arvadına, valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülən uşaqlara) və qəyyumluğunda (himayəsində) olan digər şəxslərə, habelə himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq (köməklik) göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçilər daxil ediləcəklər.

Bundan başqa, BƏT-in 165 nömrəli Tövsiyəsinə uyğun olaraq, Əmək Məcəlləsinin 94-cü maddəsinin yenidən işlənməsi təklif edilir. Dəyişikliyə əsasən, işəgötürən vakant vəzifə (peşə) yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməlidir.

"Analığın mühafizəsi" Konvensiyasının tələblərinə əsasən isə Əmək Məcəlləsinə yeni hissə əlavə edilir.

Layihəyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq. Həmçinin uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

Aysel Əkbər Son.az

Azərbaycanda bayram günlərinin sayı artırıldı like
  • 03 Dek 12:52  
Digərləri Azərbaycanda bayram günlərinin sayı artırıldı

Azərbaycanda bayram günlərinin sayı artırılıb.

arrow Ətraflı
Xuraman kərə yağı aldı, marqarin çıxdı like
  • 03 Dek 12:51  
Şou-biznes Xuraman kərə yağı aldı, marqarin çıxdı

Müğənni Xuraman Şuşalı aldığı kərə yağları ilə bağlı yaşadığ�

arrow Ətraflı
Narkotiklərə qarşı yeni sosial çarx təqdim edildi like
  • 03 Dek 12:47  
Digərləri Narkotiklərə qarşı yeni sosial çarx təqdim edildi

Tanınmış bloger Nail Kəmərli narkotik vasitələrə qarşı yeni "Nəf

arrow Ətraflı
Həmin məşhur “iPhone” modeli köhnəldi – Şirkətlə əlaqələri tam kəsildi like
  • 03 Dek 12:27  
Digərləri Həmin məşhur “iPhone” modeli köhnəldi – Şirkətlə əlaqələri tam kəsildi

"Apple" kiçik ekranlı dizaynı ilə öz dövründə böyük populya

arrow Ətraflı
Baku Network Beyin Mərkəzləri Platformasına üzv qəbul edilib like
  • 03 Dek 12:23  
Digərləri Baku Network Beyin Mərkəzləri Platformasına üzv qəbul edilib

"Baku Network" Təhlil və Araşdırmalar İctimai Birliyi rəsmi şə

arrow Ətraflı
İran parlamentindən daha bir qalmaqallı görüntü  FOTO like
  • 03 Dek 12:13  
Dünya İran parlamentindən daha bir qalmaqallı görüntü FOTO

İran parlamentinin plenar iclasından çəkilən görüntülər müzakirələr�

arrow Ətraflı
Bakıya yağış, rayonlara qar yağacaq like
  • 03 Dek 12:12  
Digərləri Bakıya yağış, rayonlara qar yağacaq

Dekabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Ağsuda dələduzluq edən "vəzifəli şəxs" həbs olundu like
  • 03 Dek 12:04  
Digərləri Ağsuda dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən

arrow Ətraflı
Bahalaşma olacaq  1 aydan da az vaxt qalır: XƏBƏRDARLIQ like
  • 03 Dek 12:00  
Digərləri Bahalaşma olacaq 1 aydan da az vaxt qalır: XƏBƏRDARLIQ

Gələn ay idxal avtomobilləri kəskin bahalaşa bilər.

arrow Ətraflı
"Sizinlə danışan təyyarə bələdçisi Hökumə Əliyevadır"  Yeni VİDEO yayıldı like
  • 03 Dek 11:50  
Digərləri "Sizinlə danışan təyyarə bələdçisi Hökumə Əliyevadır" Yeni VİDEO yayıldı

25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayan "E

arrow Ətraflı
Temudan "yolka" sifariş verdi, görün nə gəldi  FOTO like
  • 03 Dek 11:45  
Digərləri Temudan "yolka" sifariş verdi, görün nə gəldi FOTO

Tiktokda çəkilən görüntülər maraq doğurub.

arrow Ətraflı
"Mavi balina" oyununun qurbanı olan 13 yaşlı Kəmalənin ad günündən like
  • 03 Dek 11:40  
Digərləri "Mavi balina" oyununun qurbanı olan 13 yaşlı Kəmalənin ad günündən

Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə baş

arrow Ətraflı
MİDAnın mənzilləri 1 dəqiqəyə satıldı like
  • 03 Dek 11:39  
Digərləri MİDAnın mənzilləri 1 dəqiqəyə satıldı

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil sat�

arrow Ətraflı
Çağırışaqədər yaş həddində olan vətəndaşlarla bağlı YENİ QƏRAR like
  • 03 Dek 11:37  
Digərləri Çağırışaqədər yaş həddində olan vətəndaşlarla bağlı YENİ QƏRAR

Azərbaycanda çağırışaqədər yaş həddində olan vətəndaşların tibbi

arrow Ətraflı
Kreditinizi Birbanka gətirin, 3% Yeni il endirimi qazanın like
  • 03 Dek 11:35  
Digərləri Kreditinizi Birbanka gətirin, 3% Yeni il endirimi qazanın

Sərfəli kredit axtarışında olanlar, bu xəbər sizin üçündür. Birbank d

arrow Ətraflı