NARGIS Nəşriyyat evinin "Winter in Azerbaijan" adlı yeni sərgisi açılıb
Kriminal 03 Dek 2025 13:40:00 53 0
Yeni il mövsümü yaxınlaşır və bununla birlikdə ənənəvi “Gingerbread City” də geri qayıdır!
Bu xəbəri də oxu: “Regionlarda peşəkar teatr dərsləri” layihəsinin növbəti ustad dərsi Mingəçevirdə keçirilib FOTO
Yeni il mövsümü yaxınlaşır və bununla birlikdə ənənəvi "Gingerbread City" də geri qayıdır!
Dekabrın 1-dən "Port Baku Mall"da açılan sərgi bu il Azərbaycan bayrağındakı aypara və səkkizguşəli ulduzdan ilhamlanıb və "Winter in Azerbaijan" adlandırılıb. Bayram əhval-ruhiyyəsini yaşamaq istəyirsinizsə, bu tədbiri qaçırmayın!
NARGIS Nəşriyyat evi mütəmadi olaraq ictimai həyatın müxtəlif sahələrini əhatə edən irimiqyaslı tədbirlər təşkil edir. Adətən bayram günlərində keçirilən bu sərgidə Bakı şəhərinin abidələri və Azərbaycan adət-ənənələrinə aid atributlar miniatür formada nümayiş etdirilir. Layihənin ideyası "NARGIS" jurnalının baş redaktoru Ülviyyə Mahmuda məxsusdur.
Sərgi Azərbaycanın peşəkar şirniyyatçıları və memarları tərəfindən hazırlanıb. Aypara və səkkizguşəli ulduz formasında dizayn edilmiş maketdə ölkəmizin rəmzləri və zəngin mədəni irsi əks olunub. Kompozisiyanın beynəlxalq səviyyədə də təqdim olunmasına xüsusi önəm verilir. Bu, mədəniyyətimizin xarici auditoriya arasında tanıdılmasına güclü təkan verəcək.
NARGIS komandası "Azərbaycan Hava Yolları" QSC-yə, "Azərbaycan Dəmir Yolları" QSC-yə, "Azərpoçt" MMC, "Bakı Metropoliteni" QSC-yə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə, "Wolt" çatdırılma şirkətinə, MasterCard-a, "Push30" MMC-yə, "Miniboss Business School" tədris mərkəzinə, "Medsol" MMC-yə, "Kidsberry" mağazasına, "Glodemia" tədris mərkəzinə, "İTicket" MMC-yə, "The Attack" kafesinə və "a'Nanas" restoranına verdiyi dəstəyə görə minnətdarlığını bildirir.
Bu genişmiqyaslı layihənin həyata keçirilməsində və şəhərin planının formalaşmasında əvəzsiz yardım göstərən və tədbirə hazırlıq zamanı daim bizə məsləhət verən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xüsusilə qeyd etmək istərdik.
Sərginin keçirilməsi üçün məkan ayırdığına görə "Port Baku Mall" ticarət mərkəzinə xüsusi təşəkkürümüzü bildiririk.
Sərgi 2026-cı il yanvarın 15-dək davam edəcək. Giriş ödənişsizdir.
Rəqsanə uzun fasilədən sonra konsert proqramı ilə səhnəyə qayıdır.
Bugünkü dünyada dövlətlərin çoxu çağırışların ardıcıl təzyiqi al
Azərbaycanda qəbir daşları fərqli formada hazırlanmağa başlanılıb. Art
Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərindən irəli gələrək �
Azərbaycanda bayram günlərinin sayı artırılıb.
Müğənni Xuraman Şuşalı aldığı kərə yağları ilə bağlı yaşadığ�
Tanınmış bloger Nail Kəmərli narkotik vasitələrə qarşı yeni "Nəf
"Apple" kiçik ekranlı dizaynı ilə öz dövründə böyük populya
"Baku Network" Təhlil və Araşdırmalar İctimai Birliyi rəsmi şə
İran parlamentinin plenar iclasından çəkilən görüntülər müzakirələr�
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən
Gələn ay idxal avtomobilləri kəskin bahalaşa bilər.
25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayan "E
