Gələcəyi inşa edən lider: BƏƏnin dayanıqlı inkişaf və qlobal nümunə modeli


Dünya 03 Dek 2025 13:28:00 81 0

Gələcəyi inşa edən lider: BƏƏnin dayanıqlı inkişaf və qlobal nümunə modeli

Bugünkü dünyada dövlətlərin çoxu çağırışların ardıcıl təzyiqi altında yolunu itirdiyi bir zamanda Birləşmiş Ərəb Əmirlikləri öz dayanıqlı inkişaf modeli, yenilikçi baxışı və sosial harmoniyası ilə seçilir. Bunun arxasında sadəcə iqtisadi resurslar və ya coğrafi imkanlar deyil, dərin liderlik fəlsəfəsi və strateji vizionla hərəkət edən dövlət idarəçiliyi dayanır.

Son.az xəbər verir ki, bu vizionun baş memarı isə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandır - həm təsisçilərin yolunu davam etdirən, həm də o yolu yenidən dizayn edən, modern dünyanın mürəkkəb çağırışlarına uyğunlaşdıran lider.

Şeyx Məhəmməd bin Zayedin ideyaları BƏƏ-ni təkcə iqtisadi gücə çevirməyib, həm də insan yönümlü inkişaf modelinin qlobal nümunəsinə çevirmişdir. Onun sözləri, əslində, ölkənin strateji xəttinin açarıdır:

"İnsan - həm başlanğıc, həm də məqsəddir."

Bu fikir təkcə sosial siyasətin deyil, bütün dövlət idarəçiliyinin bünövrəsinə çevrilib. Bu səbəbdən də BƏƏ-də hər layihə, hər proqram insanın rifahı, təhsili, təhlükəsizliyi və gələcək nəsillərə ötürüləcək dəyərlər üzərində qurulur. Şeyx Məhəmməd bin Zayed tarixi qucaqlayıb, indiki nəsilləri gələcəyə aparan liderdir

Şeyx Məhəmməd bin Zayedin rəhbərliyində BƏƏ, kökünə sadiqliklə modernlik arasında mükəmməl bir balans yaradaraq unikal dövlət idarəçiliyi modeli formalaşdırıb.

Ənənə və modernliyin sintezi

BƏƏ-nin inkişafı Şərq və Qərb arasında körpü rolunu oynayan bir fəlsəfəyə əsaslanır:kimliyi itirmədən yenilik yaratmaq, dəyərləri qoruyaraq inkişaf etmək və lider, lokomativ ölkə olmaq.

Bu səbəbdən BƏƏ həm texnoloji innovasiyalar sahəsində liderdir, həm də ərəb dilinin, milli mədəniyyətin və ailə institutunun qorunmasını dövlət strategiyasının ayrılmaz hissəsi sayır.

Ailə İli - cəmiyyətin təməli olaraq ailə modelinin gücləndirilməsi

2026-cı ilin Ailə İli elan edilməsi, əslində, BƏƏ-nin inkişaf konsepsiyasının mühüm hissəsidir. Bu qərarın arxasında dərin sosial fəlsəfə dayanır. Sabit ailə - sabit dövlət deməkdir anlayışı hər şeyin fövqündədir.

Təhsildə dünya liderliyi

BƏƏ tədris sistemində islahatları yalnız müasir texnologiyalara keçid kimi görmür. Bu islahatlar yaradıcı düşünən, beynəlxalq rəqabətə hazır, eyni zamanda öz kimliyinə bağlı bir nəsil yetişdirməyi qarşıya məqsəd qoyur.

İqtisadiyyat: Neftdən kənara çıxan güclü, innovativ model

BƏƏ dünyanın neftdən asılı olmayan ən diversifikasiya olunmuş iqtisadi modellərindən birini qurub. Bu gün: kosmik sənaye inkişaf edir (Hope Mars Mission, lunar proqramlar),süni intellekt üzrə xüsusi nazirlik fəaliyyət göstərir. Eləcə də,qlobal logistika və ticarət mərkəzi kimi rol güclənir, bərpa olunan enerji layihələri ilə dünya enerji xəritəsini dəyişir. Bu, təkcə iqtisadi güc deyil, eyni zamanda Şeyx Məhəmməd bin Zayedin strateji uzaqgörənliyin nəticəsidir.

Dayanıqlı inkişaf və qlobal məsuliyyət

BƏƏ-nin iqlim neytrallığı hədəfi, yaşıl enerji təşəbbüsləri və COP28 kimi beynəlxalq tədbirlərin ev sahibliyi, ölkəni dayanıqlı inkişaf üzrə qlobal liderlərdən birinə çevirib.

Şeyx Məhəmməd bin Zayedin hər zaman qeyd edib ki, "Gələcək nəsillərin hüququ bu günün qərarlarından başlayır."Bu baxış BƏƏ modelini yalnız regional deyil, qlobal səviyyədə nümunəyə çevirir.

Xarici siyasət: Sabitlik və dialoq üzərində qurulan güc balansı

BƏƏ-nin xarici siyasəti emosional reaksiyalara deyil, məsuliyyət və strategiyaya əsaslanır. Bu siyasət üç dayağa söykənir:Sülhün təşviqi, regional sabitliyin qorunması və Diyalog və diplomatiyanın üstünlüyü. Bu yanaşma BƏƏ-ni bölgədə gərginlik yaradan deyil, gərginlik azaldan ölkə kimi tanıdır.

"BƏƏ - onu öz vətəni sayan hər kəsi qəbul edir"-Bu cümlə Prezidentin nitqinin ən güclü məqamlarından biri idi. O, BƏƏ-ni açıq,inklüziv, qonaqpərvər, çoxmillətli bir cəmiyyətin nümunəsi kimi təsvir edir. Bu gün milyonlarla insan üçün BƏƏ sadəcə çalışmaq məkanı deyil, eyni zamanda ikinci vətəndir.

BƏƏ modeli - XXI əsrin inkişaf konsepsiyası

Şeyx Məhəmməd bin Zayedin çıxışı sadəcə bayram nitqi deyildi. Bu nitq: strateji vizionun manifesti, dövlət idarəçiliyi fəlsəfəsinin aydın təsviri, gələcək tədqiqatlar üçün konseptual sənəd və ən əsası, BƏƏ-nin dünyaya bir mesajı idi. Bu mesaj isə bu idi : "Biz gələcəyi gözləmirik - biz onu öz əllərimizlə inşa edirik." Bu gün BƏƏ bütün yalnız region üçün deyil, bütün dünya üçün inkişaf modelidir - dəyərləri qorumadan modernləşməyin, insanı unutmadan güclənməyin mümkün olduğunu sübut edən nadir nümunə.

Ləman komadan ayıldı like
  • 03 Dek 13:20  
Digərləri Ləman komadan ayıldı

Yasamaldakı yaşayış binasında baş verən yanğında ağır xəsarət alan

arrow Ətraflı
Azərbaycanda qəbiristanlıqda rəqəmsal inqilab: Mərhumlar “onlayn profil” açır like
  • 03 Dek 13:04  
Digərləri Azərbaycanda qəbiristanlıqda rəqəmsal inqilab: Mərhumlar “onlayn profil” açır

Azərbaycanda qəbir daşları fərqli formada hazırlanmağa başlanılıb. Art

arrow Ətraflı
Atalara ŞAD XƏBƏR: Ödənişli məzuniyyət veriləcək like
  • 03 Dek 12:59  
Digərləri Atalara ŞAD XƏBƏR: Ödənişli məzuniyyət veriləcək

Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərindən irəli gələrək �

arrow Ətraflı
Azərbaycanda bayram günlərinin sayı artırıldı like
  • 03 Dek 12:52  
Digərləri Azərbaycanda bayram günlərinin sayı artırıldı

Azərbaycanda bayram günlərinin sayı artırılıb.

arrow Ətraflı
Xuraman kərə yağı aldı, marqarin çıxdı like
  • 03 Dek 12:51  
Şou-biznes Xuraman kərə yağı aldı, marqarin çıxdı

Müğənni Xuraman Şuşalı aldığı kərə yağları ilə bağlı yaşadığ�

arrow Ətraflı
Narkotiklərə qarşı yeni sosial çarx təqdim edildi like
  • 03 Dek 12:47  
Digərləri Narkotiklərə qarşı yeni sosial çarx təqdim edildi

Tanınmış bloger Nail Kəmərli narkotik vasitələrə qarşı yeni "Nəf

arrow Ətraflı
Həmin məşhur “iPhone” modeli köhnəldi – Şirkətlə əlaqələri tam kəsildi like
  • 03 Dek 12:27  
Digərləri Həmin məşhur “iPhone” modeli köhnəldi – Şirkətlə əlaqələri tam kəsildi

"Apple" kiçik ekranlı dizaynı ilə öz dövründə böyük populya

arrow Ətraflı
Baku Network Beyin Mərkəzləri Platformasına üzv qəbul edilib like
  • 03 Dek 12:23  
Digərləri Baku Network Beyin Mərkəzləri Platformasına üzv qəbul edilib

"Baku Network" Təhlil və Araşdırmalar İctimai Birliyi rəsmi şə

arrow Ətraflı
İran parlamentindən daha bir qalmaqallı görüntü  FOTO like
  • 03 Dek 12:13  
Dünya İran parlamentindən daha bir qalmaqallı görüntü FOTO

İran parlamentinin plenar iclasından çəkilən görüntülər müzakirələr�

arrow Ətraflı
Bakıya yağış, rayonlara qar yağacaq like
  • 03 Dek 12:12  
Digərləri Bakıya yağış, rayonlara qar yağacaq

Dekabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Ağsuda dələduzluq edən "vəzifəli şəxs" həbs olundu like
  • 03 Dek 12:04  
Digərləri Ağsuda dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən

arrow Ətraflı
Bahalaşma olacaq  1 aydan da az vaxt qalır: XƏBƏRDARLIQ like
  • 03 Dek 12:00  
Digərləri Bahalaşma olacaq 1 aydan da az vaxt qalır: XƏBƏRDARLIQ

Gələn ay idxal avtomobilləri kəskin bahalaşa bilər.

arrow Ətraflı
"Sizinlə danışan təyyarə bələdçisi Hökumə Əliyevadır"  Yeni VİDEO yayıldı like
  • 03 Dek 11:50  
Digərləri "Sizinlə danışan təyyarə bələdçisi Hökumə Əliyevadır" Yeni VİDEO yayıldı

25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayan "E

arrow Ətraflı
Temudan "yolka" sifariş verdi, görün nə gəldi  FOTO like
  • 03 Dek 11:45  
Digərləri Temudan "yolka" sifariş verdi, görün nə gəldi FOTO

Tiktokda çəkilən görüntülər maraq doğurub.

arrow Ətraflı
"Mavi balina" oyununun qurbanı olan 13 yaşlı Kəmalənin ad günündən like
  • 03 Dek 11:40  
Digərləri "Mavi balina" oyununun qurbanı olan 13 yaşlı Kəmalənin ad günündən

Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə baş

arrow Ətraflı