“Quzu ətinin qiyməti 50 manata qalxacaq”
Digərləri 21 Mar 2025 23:26:00 78 0
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev açıqlamasında bildirib ki, heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı.
Bu xəbəri də oxu: Bakıda söküntü daha da güclənir – Əmlak bazarına təsiri olacaq?
Son.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycanda son iki ayda heyvanların kəsilməsi məsələsi ilə bağlı təbliğatlar gedir.
"Bəzi mənbələrdə quzuların kəsilməməsi və quzu ətinin pis olduğu barədə çağırışlar edilir.
Bu barədə dövlət orqanlarından eşitdikdə, 1982-ci ili xatırladım. 1982-ci ildə SSRİ dövründə siyasi büro - Moskva qərar qəbul etmişdi ki, toylarda heyvan kəsilməsin, ümumiyyətlə ət kəsilməsin. Əhali kolbasa ilə toylarda iştirak edirdi. Sovet İttifaqı ərzaq proqramı həyata keçirirdi. Effektiv kənd təsərrüfatı siyasəti aparmaq əvəzinə, istehlakçıların seçim hüququ məhdudlaşdırılırdı. Bir çox məsələlər istehlakçıdan asılıdır. Bazarda baş verən müsbət və mənfi nəticələr istehlakçının seçimlərinə əsaslanır. İstehlakçıların israfçılığının qarşısını almaq əsas məsələlərdən biridir. Mütəxəssislər bəzən hökumətin çağırışına cavab olaraq deyirlər ki, quzu əti pisdir.
Düşünürəm ki, dədə-babadan və tarixdən bizə miras qalan, milli adət-ənənələrə daxil olmuş quzu əti ən üstün ətdir düşüncəsindən uzaq olmaq, kənd təsərrüfatını inkişaf etdirmək siyasəti ilə uyğun gəlmir.
Daim proqnoz verirdim ki, yaxın 5 ildə Azərbaycan özünü ətlə tam təmin edəcək. Ancaq çağırışlar edilir ki, quzu əti yeməməli və hətta zərərli olduğu barədə məlumatlar yayılır.
Hamımıza məlumdur ki, heyvanları böyütmək üçün mütləq onlara baytarlıq dərmanları vurulur. Ən uca dağ kəndlərində belə, mala və qoyuna heyvan dərmanları vurulmasa, onlar qırılacaqlar". Müsahibimiz qeyd etdi ki, quzu antibiotik və digər dərmanlar qəbul etməmiş bir canlıdır.
"Altıncı nəsil F-47 döyüş təyyarəsinin hazırlanması ilə bağlı

Rusiyanın xalq artisti Larisa Dolina Moskvanın mərkəzindəki mənzilini 112

Ermənistan baş naziri Nikol Paşinyan şərti sərhəddə atəşkəsin pozulma

Abşeron rayonunun Xırdalan şəhərində diametri kanalizasiya xəttində yara

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun ifadəsi al�

Bu bayram yeni həyat, birlik, rifah rəmzidir və bizim ölkələr arasında do

Qardaş xalqlarımız əsrlər boyu bu bənzərsiz Novruz bayramını qarşılı

Təbiətin yenidən canlandığı, firavan gələcəyin ümidli şəfəqi və Hi

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç millinin Fransa üzərində qələb�

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Ə

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident İlham Əl
