Şavkat Mirziyoyev İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 21 Mar 2025 21:37:00 77 0
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Ermənistanın təxribatlarına Rusiyadan
Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Dəyərli qardaşım!
Baharın oyanışı və yenilənməsi bayramı - Novruz bayramı münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Qardaş xalqlarımız əsrlər boyu bu bənzərsiz bayramı qarşılıqlı mərhəmət və qayğı, xeyirxahlıq, birlik və dostluq kimi ali dəyərləri tərənnüm edən, insanı daim təbiətlə ahəngdar şəkildə yaşamağa səsləyən mübarək bayram kimi geniş qeyd edir və dəyərləndirirlər.
Son illərdə birgə səylərimiz nəticəsində ikitərəfli münasibətlərimizin bütün prioritet sahələrdə ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir.
Əminəm ki, bundan sonra da fəal dialoqlarımız, ortaq səylərimiz və birgə məqsədyönlü fəaliyyətimiz sayəsində dostluğumuz və hərtərəfli əməkdaşlığımız dinamik inkişaf edəcəkdir.
Bu əzəmətli və nurlu anlarda Sizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı inkişaf və rifah arzulayıram". Son.az
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident İlham Əl

İstanbul bələdiyyə sədri Ekrem İmamoğlunun qanunsuz əmlak əməliyyatlar

"Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Və

Xalq artisti Aygün Kazımova yeni tikdirdiyi evindən danışıb.

İranın İsfahan vilayətinin Natanz şəhərində 5 bal gücündə zəlzələ

Sürücünün nəzərdə tutulmayan yerdə sərnişini endirməsi, eləcədə av

Bakıda fəaliyyət göstərən "Dynamex" çatdırılma şirkətinin �

"Vaqif Gərayzadə, Cavanşir Quliyev, Eldar Mansurov - bu üç şəxs m�

Bahar bayramı münasibətilə təbrik məktubunuza görə Sizə səmimi-qəlbd�

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

Qarabağın 30 ilə yaxın işğaldan sonra azad edilməsi regionda yeni səhif�

"Bu, böyük əməkdir: Özünə bu qədər vaxt sərf edib, özünlə mə

Baku TV-nin "Oralarda necədir?" rubrikasının yeni buraxılışı ya
