Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür
Siyasət 21 Mar 2025 21:57:00 80 0
Bu bayram yeni həyat, birlik, rifah rəmzidir və bizim ölkələr arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq kontekstində əhəmiyyət kəsb edir. Sizə və Azərbaycan xalqına sülh, əmin-amanlıq, rifah arzulayır və ən xoş arzularımı çatdırıram.
Bu xəbəri də oxu: Özbəkistan Prezidenti: Əminəm ki, dostluğumuz və hərtərəfli əməkdaşlığımız dinamik inkişaf edəcək
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözlər Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.
İrakli Kobaxidzenin təbrik məktubunda deyilir: "Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud olan əlaqələrin səviyyəsini yüksək qiymətləndirirəm. Bu əlaqələr xalqlarımız arasında mövcud olan ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür. Ümumi regional maraqlarla şərtlənən, ölkələrimiz arasındakı müxtəlif sahələrdə səmərəli və çoxtərəfli əməkdaşlığımız nümunəvidir və xalqlarımızın rifahı və inkişafı üçün möhkəm zəmin yaradır.
Əminəm ki, mövcud əməkdaşlığımız birgə səylərimizlə daha da möhkəmlənəcək. Qlobal çağırışlar fonunda regionda sülh və sabitliyin qorunub saxlanılması üçün bizim əməkdaşlığımızın olduqca böyük əhəmiyyət kəsb etdiyini bir daha vurğulamaq istərdim.
Zati-aliləri.
Fürsətdən istifadə edərək, bir daha Sizə ən yüksək ehtiramımı ifadə edirəm". Son.az
Qardaş xalqlarımız əsrlər boyu bu bənzərsiz Novruz bayramını qarşılı

Təbiətin yenidən canlandığı, firavan gələcəyin ümidli şəfəqi və Hi

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç millinin Fransa üzərində qələb�

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Ə

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident İlham Əl

İstanbul bələdiyyə sədri Ekrem İmamoğlunun qanunsuz əmlak əməliyyatlar

"Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Və

Xalq artisti Aygün Kazımova yeni tikdirdiyi evindən danışıb.

İranın İsfahan vilayətinin Natanz şəhərində 5 bal gücündə zəlzələ

Sürücünün nəzərdə tutulmayan yerdə sərnişini endirməsi, eləcədə av

Bakıda fəaliyyət göstərən "Dynamex" çatdırılma şirkətinin �

"Vaqif Gərayzadə, Cavanşir Quliyev, Eldar Mansurov - bu üç şəxs m�

Bahar bayramı münasibətilə təbrik məktubunuza görə Sizə səmimi-qəlbd�
