“Yalan söhbətdir, uşağı yediribiçirib çıxmışam”
Digərləri 21 Mar 2025 22:36:00 69 0
22:36
Bu xəbəri də oxu: "Azərbaycanlılarla birgə yaşamaq istəmədik"
Xəbər verdiyimiz kimi, Tovuzda uzun müddət evdə tək qalan körpə aşkarlanıb.
Son.az "Baku TV"yə istinadən xəbər verir ki, hadisə körpənin anası - Göygöl rayon sakini 39 yaşlı Aygün Qədimovanın kirayə qaldığı mənzildə qeydə alınıb.
"Mən işləmirəm, evdə oluram. Ayın 17-si saat 11-dən sonra evdən çıxmışam. Axşam saatlarında zəng gəldi ki, xəstəxanadadır. Şəklini çəkib atmışdılar. Uşağı yedirdib-içirib elə çıxmışam evdən. Ev sahibi evdə olub. İddiaları qəbul etmirəm, 4 gün deyil. Kim nə deyirsə, yalan söhbətdir. Yoldaşımla rəsmi nikahım yoxdur. Başqa nikahdan iki qızım var, bu, oğlandır. Qızlarım Göygöldə bibimgilin yanındadır", - Aygün Qədimova deyib.
Daxili İşlər Nazirliyinin əməkdaşı Eşqin Qasımov isə bildirib ki, Tovuz Rayon Polis Şöbəsinə rayon ərazisindəki mənzillərdən birində azyaşlı uşağın uzun müddət valideyn nəzarətindən kənarda və qapalı qapı arxasında qalması barədə məlumat daxil olub:
"Dərhal polis əməkdaşları həmin ünvanı müəyyənləşdirib və baxış keçirib. Bu zaman 1 yaş 2 aylıq körpənin gün ərzində uzun müddət valideyn nəzarətindən kənarda qalması müəyyən olunub. Polis əməkdaşları həmin körpəni dərhal ixtisaslaşmış xəstəxanaya aparıb. Müayinə zamanı onun hər hansı həyati təhlükəsinin olmadığı müəyyən edilib. Uşağın anası müəyyən olunub. Hazırda araşdırmalar davam etdirilir".
------------- 15:15 "Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində evdə tək qalan körpə anaya qaytarılmayıb, hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək".
Son.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Abşeron rayonunun Xırdalan şəhərində diametri kanalizasiya xəttində yara

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun ifadəsi al�

Bu bayram yeni həyat, birlik, rifah rəmzidir və bizim ölkələr arasında do

Qardaş xalqlarımız əsrlər boyu bu bənzərsiz Novruz bayramını qarşılı

Təbiətin yenidən canlandığı, firavan gələcəyin ümidli şəfəqi və Hi

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç millinin Fransa üzərində qələb�

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Ə

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident İlham Əl

İstanbul bələdiyyə sədri Ekrem İmamoğlunun qanunsuz əmlak əməliyyatlar

"Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Və

Xalq artisti Aygün Kazımova yeni tikdirdiyi evindən danışıb.

İranın İsfahan vilayətinin Natanz şəhərində 5 bal gücündə zəlzələ
