“1ci Uşaq Teatr Festivalı”nın qalibləri elan edildi FOTO
Kriminal 19 Mar 2025 21:15:00 53 0
"Milli Teatr Günü" nə həsr olunmuş Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Teatr Xadimləri İttifaqı və "EMEDIA GROUP" Media təşkilatının təşkilatçılığı ilə "1-ci Uşaq Teatr Festivalı"nın bağlanış mərasimi baş tutdu. Festival çərçivəsində müxtəlif yaş qruplarından olan uşaqlar teatr sənətinə maraqlarını nümayiş etdirib və yaradıcı çıxışlarını təqdim ediblər.
Bu xəbəri də oxu: “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib
Tədbirdə millət vəkilləri, QHT sədrləri, tanınmış incəsənət xadimləri, mətbuat nümayəndələri və digər qonaqlar iştirak etdilər.
Bağlanış mərasimində çıxış edən Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov festivalın uğurla yekunlaşdığını vurğulayıb və gələn il 2-ci Uşaq Teatr Festivalının keçiriləcəyini elan edib. O, festivalın uşaqlar üçün böyük yaradıcılıq platforması olduğunu bildirib və bu ənənənin davam etdirilməsinin vacibliyini qeyd edib. Həmçinin, gələcək festivallarda daha genişmiqyaslı tədbirlərin və yeni teatr elementlərinin tətbiq ediləcəyini vurğulayıb.
Festivalın təşkilatçılarından "EMEDIA GROUP" Media təşkilatının sədri Elşən Əliyev çıxış edərək festivalın uşaq teatr sənətinin inkişafına böyük töhfə verdiyini bildirib. O, uşaqların yaradıcılıq potensialının dəstəklənməsinin vacibliyini vurğulayaraq, festivalın informasiya təminatında və təşviqində rol oynayan media qurumlarına təşəkkürünü bildirib.
Teatr Xadimləri İttifaqının sədr müavini, Respublikanın Əməkdar artisti, professor Azad Şükürov öz çıxışında festivalın teatr sənətinə yeni nəsil istedadların qazandırılmasına verdiyi töhfəni qeyd edib. O, uşaqların bu kimi layihələrdə iştirakının onların yaradıcılıq potensialını üzə çıxardığını və gələcəyin aktyorları üçün gözəl imkanlar yaratdığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesabl

Maliyyə Nazirliyinin Müasir texnologiyalar və innovasiyalar şöbəsinə müd

Müğənni Üzeyir Mehdizadə Röya ilə duet şərhlərinə cavab verib.

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub

Böyük Britaniya hökuməti martın 18-də Donald Tramp və Vladimir Putin aras

Daha bir sürücünün bir qrup şəxs tərəfindən döyülməsi hadisəsi baş

Mart ayında hava nə qədər sərin olsa da, günəşin zərərli UV şüaları

Prezident İlham Əliyevin Ağdərə rayonunun Suqovuşan və Həsənriz kəndin

Rusiya hərbçiləri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin darmad

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyi

Martın 20-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Ramazan ayında ən çox verilən suallardan biri də səfərdə olan şəxslər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Niderland Krallığın

"Nvidia" şirkəti iri həcmli əməliyyatlara görə, o cümlədən s
